Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 27-01-2026 17:46 | Bölmə: Slayd

“ABŞ İranı vuracaqsa, bu, havadan zərbə ola bilər. Dəniz piyadalarından istifadə real deyil. Ən yaxşı halda İranda lokal hərbi əməliyyatın keçirilməsi mümkündür. İrana hava zərbələrini 12 günlük müharibə zamanı da müşahidə etdik. İrana ilk hücumu İsrail etmişdi, ABŞ prosesə sonradan qoşuldu. İsrail faktiki olaraq İranın hava hücumundan müdafiə qüvvələrini məhv etdi. Bu müharibə zamanı İsrailin cəmi bir qırıcısı zədələnmişdi. Əgər İsrail qısa müddətə İranda hava müdafiə sistemlərini dağıda bildisə, görün, ABŞ nələr edə bilər. Üstəlik, İsrail qırıcıları havada yanacaq doldurmaq məcburiyyətində qalırdı. ABŞ gəmiləri isə indi İranın yaxınlığındadır və bu dəfə yanacaqdoldurma çətinliyi də olmayacaq”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə mümkün ABŞ-İran müharibəsindən danışarkən deyib.
Hərbi ekspertin sözlərinə görə, ABŞ-nın imkanı var ki, gəmilərdən eyni anda İrana yüz ədəd “Tamagavk” raketi buraxsın: “Təsəvvür edin ki, əvvəl qırıcılar İranın hava müdafiə sistemlərini sıradan çıxarır, ardınca gəmidən yüz ədəd raket atılır, daha sonra görünməyən təyyarələr bomba atır, İranın hərbi struktur və qərargahları dağıdılır. Məsələyə bu yöndən baxsaq ABŞ İranı “şumlaya” bilər. Məsələn, bu, keçən həftə mümkün deyildi, çünki ABŞ-nın bölgədə hərbi mövcudluğu tam deyildi. İndi isə əlavə gəmirlər də təyinat yerinə çatıb”.

A. İsazadə
A. İsazadə İranın ABŞ hücumlarına müqavimət imkanlarını da qiymətləndirib:
“Amerika dünyanın o başındadır və İran onu vura bilməz. Üstəlik, İranın bölgədəki ABŞ gəmilərini də vurması çətindir. Çünki gəmilərin müdafiəsini təşkil etmək üçün 39 ədəd hava hücumundan müdafiə sistemi ya quraşdırılıb, ya da yoldadır. Yəni İran birbaşa ABŞ-ı hədəfə ala bilməyəcək. Əvəzində İsrail hədəfə gələcək, İran raketləri İsrailə atılacaq. Keçən müharibədə də gördük ki, İran raketləri - ciddi hava müdafiəsi olmasına baxmayaraq - İsrailə çata bilir. Çünki İran İsrailin bir aerodromunu və hansısa laboratoriyasını vurmuşdu. Yəni İranın belə imkanı var”.
Hərbi ekspert bildirib ki, İranın ABŞ-a gücü çatmadığı üçün bölgə ölkələrini, xüsusilə, ABŞ-la yaxşı münasibəti olan dövlətləri təhdid edir: “Bu, İranın ənənəvi siyasətidir. Ancaq həmin dövlətlər də İranın belə bir addım ata biləcəyini nəzərə alaraq müdafiə sistemlərini saz vəziyyətdə saxlayırlar”.
İsazadə əlavə edib ki, İrana qarşı hərbi addımların atılıb-atılmayacağı siyasi gedişlərdən asılıdır. Onun sözlərinə görə, hazırda zəif olsa da, tərəflər arasında diplomatik imkanlar mövcuddur və danışıqlar üçün qapılar tam bağlanmayıb: “Hər şey bu danışıqlardan, tərəflərin razılığa gəlib-gəlməyəcəyindən asılı olacaq”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər