Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tarix: 28-01-2026 14:09 | Bölmə: Slayd

Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır

Qısa müddət ərzində Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrandakı müxtəlif bazalara enib.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı qeyri-rəsmi mənbələrə istinadla yazıb.

İddiaya görə, təyyarələrdə elektron müharibə sistemləri, uzaqmənzilli hava hücumundan müdafiə raketləri və gəmi əleyhinə sistemlər daşınır.

Rusiya mətbuatı isə İran və Rusiyanın Sibirdə qitələrarası ballistik raket sınağı keçirməsi barədə iddiaları davam etdirir. Xəbər rəsmi olaraq təsdiqini tapmasa da, təkzib də edilməyib.

ELÇİN





Bölməyə aid digər xəbərlər