Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2026 12:05 | Bölmə: Slayd

ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS) prezident Donald Trampın qərarından bir il sonra ABŞ-nın Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) 78 illik üzvlüyünün rəsmi olaraq başa çatdığını açıqlayıb.
Reyting.az xəbər verir ki, rəsmi bəyanatda ÜST-ə ayrılan bütün Amerika maliyyə vəsaitinin dayandırıldığı və təşkilatda çalışan ABŞ vətəndaşı olan bütün əməkdaşların geri çağırıldığı bildirilib.
Beləliklə, Trampın ikinci prezidentlik müddətinin ilk günündə imzaladığı icra sərəncamı ilə başlayan ÜST-dən çıxma prosesi rəsmi şəkildə yekunlaşıb.
ÜST-nın məlumatına görə, ABŞ-nın təşkilata olan borcu 130 milyon dolları keçib. ABŞ rəsmiləri isə çıxış prosesinin tamamlandığını, lakin ayrılmanın “tam və problemsiz” olmadığını qeyd edirlər.
Ekspertlər bildirirlər ki, ABŞ-nın ÜST-dən çıxması ölkənin epidemiyalarla bağlı erkən xəbərdarlıq mexanizmlərinə və digər dövlətlərin kritik səhiyyə məlumatlarına çıxışında ciddi boşluqlar yarada bilər.
Corctaun Universitetinin ictimai səhiyyə hüququ üzrə eksperti Lorens Qostin qeyd edib ki, ABŞ-nın təşkilatdan ayrılması qlobal pandemiyalara qarşı mübarizəni zəiflədəcək, eyni zamanda Amerika alimlərinin və əczaçılıq şirkətlərinin yeni təhlükələrə qarşı vaksin və müalicə vasitələri hazırlamaq imkanlarına mənfi təsir göstərəcək.
Amerika Yoluxucu Xəstəliklər Assosiasiyasının rəhbəri Ronald Nahass bu qərarı “uzaqgörənlikdən uzaq və elmi baxımdan məsuliyyətsiz” adlandırıb.
Qeyd edək ki, ÜST-nın yaradılmasında aparıcı rol oynayan və uzun illər təşkilatın ən böyük maliyyə dəstəkçilərindən biri olan ABŞ, quruma rəsmi olaraq illik təxminən 111 milyon dollar üzvlük haqqı və 570 milyon dollar könüllü ianə ayırıb.
N. ORUCOV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər