00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Feyzullanın çimməkliyi - Akif Cabbarlı yazır
Tarix: 10-10-2018 19:51 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri...)
Bu əhvalatı mənə istedadlı, güclü zəka və qələm sahibi olan qonşum – Qulu Ağsəs danışıb. Deməli, qonşumun şərti olaraq Feyzulla adlandırdığı kəndçisi kasıbyana həyat sürürmüş. Əkin-biçin işlərindən savayı imkanlı yerlilərinin əvəzinə mal nobatına da gedirmiş. Bir sözlə, çörək qazanmağın yolunun hansı çətinliklərdən, ziqzaqlardan keçdiyini gözünün altına alanlardan imiş.
Bir gün Feyzullanın paytaxtda yaşayan imkanlı həmkəndlilərindən birinin yolu doğma yurda düşür. Adəti üzrə vaxtilə sinif yoldaşı olmuş Feyzullaya baş çəkir. Feyzulla da naxırdan təzə gəlibmiş. Arvadı Sərvinaza ocağın üstünə iri bir qazanda su qoymağı tapşırıbmış ki, yaxalanıb, təzək iyindən azacıq da olsa azad olsun. Şəhərdən gələn dostunu evə dəvət etsə də, Nemət heç cür razılaşmır. Onu da maşınına mindirib, rayon mərkəzinə babat bir “ujin” eləməyə yollanırlar. Necə deyərlər, nağıl dili yüyrək olar. Feyzulla ilə Nemət heç yerdə qərar tutmayıb, düz Bakıyadək maşın qovurlar. Səbəb isə sadəcə Nemətin üç yüz kilometrlik məsafədə heç bir kafeni, restoranı bəyənməməsi olub. Nə isə... Bakıya çatan kimi Feyzulla ilə məşhur saunaların birində çox cavanların həsrətində olduğu yüz cür ləzzətin dadını çıxarmağa girişirlər. Rus hamamı, fin hamamı, massaj, pivə, sonra da kabab, araq və sair və ilaxır. Oradan da yollanırlar şəhər kənarındakı otellərdən birinə. Nemət tanış qızlardan da dəvət edir. Feyzulla gecə səhərədək burada elə bir kef çəkir ki, heç yatanda yuxusuna da girməzdi. Sözarası onunla dünyanın alabəzək kefini çıxaran qızdan özünə paytaxtda bir alababat iş də soraqlayır. Qız da elə ertəsi gün onu Şüvəlanda – xalasının bağında xidmətçi, həm də bağban işinə düzəldir. Deyir ki, darıxma, xalamın işlərini yola ver, həftədə, on gündə bir özüm də sənə baş çəkəcəm. Kənddən gətirdiyin odu-alovu külə çevirmək bizlikdir, qaqaş!
Bu minvalla nə az-nə çox, düz üç il Feyzulla Şüvəlan bağında görmədiyi günləri görür, yeyib-içir, hətta özü üçün feysbuk səhifəsi də açır. Nə isə, lap kinolardakı kimi həyat sürür. Bir gün Nemətə deyir ki, kənddən ötəri, Sərvinazdan, balalarımdan ötrü burnumun ucu göynəyir. Maraqlıdır ki, ötən müddətdə Sərvinazdan, qohum-əqrəbadan da bir xəbər-ətər çıxmamışdı. Bəlkə də Feyzullanı ölmüş hesab edirdilər. Nə deyək, Allah bilən yaxşıdır.
Nemət bu sözlərdən təsirlənir, dostunu da götürüb yollanırlar rayona. Feyzullanı kənddəki evinin qənşərində düşürür, dərhal uzaqlaşır. Qorxur ki, evdəkilər Neməti urvatsız edərlər. Nə isə... Feyzulla həyətə girib, qorxa-qorxa, utancaq qızlar kimi evin kandarına yaxınlaşır. Elə bu vaxt Sərvinaz tələm-tələsik qolunda iri hamam dəsmalı ocağın üstündəki qaynar qazana yaxınlaşır, suyu iki vedrəyə boşaldır, götürüb Feyzullaya tərəf boylanır:
- Feyzi, suyun hazırdır, aparıram tövləyə, gəl yaxalan, sonra oturub bir çaydan-zaddan içərik ikilikdə.
P.S. Zənnimcə, bu cür mövzulara kinorejissorlarımız diqqət yetirsələr, pis olmazdı.
***
İldırımın dili necə açıldı?
Aylar uzunu çalışandan sonra İldırım biznes strukturlarından birinə işə düzələ bilmişdi. Ona bu məsələdə yaxından kömək edən qohumu başa salmışdı ki, bu idarəyə hər adam yaxın düşə bilmir. Odur ki, İldırım həmişə dilini dinc saxlamalı, yersiz söhbətlərdən, lazımsız müdaxilələrdən yan qaçmalıdır. Belə olarsa, hörməti artar, hər hansı bəlalardan da uzaq olar.
İldırım qohumunun dediklərinə bir müddət əməl eləyə bildi. "Problem yoxdur", "bu iş mənlikdir", "darıxmayın, bu məsələni beşcə dəqiqəyə həll edərəm", "hər şey əladır" və s. vədləri, replikaları dilinə gətirmirdi.
Müdir, digər vəzifəli işçilər nə soruşurdularsa, sadəcə başını bulayır, çiynini çəkir, ya da mənasız baxışlarını haralarasa tuşlayıb, balıq kimi susurdu.
Bir gün iclasların birində müdir hərləyib-fırlayıb sözü İldırımın üstünə gətirdi:
- Mən başa düşmürəm, bu oğlanın dili var, ya kökündən dilsizdi. Bu kişi təklikdə də, camaat yanında da nə soruşuram, mənimlə lal dili danışır, gözünü bərəldir, çiyinlərini atır, qulaqlarını oynadır, barmaqlarını şaqqıldadır. Belə olmaz, danışmaq, fikrini, düşüncəni dilinlə - müdir bu arada uzun dilini lap çölə də çıxarır - demək, çatdırmaq lazımdır. Eşitdin, adə?
- Eşitdim, müdir, eşitdim.
Neçə vaxtdır danışmayan İldırımın səsi salona yayıldı:
- Eşitdim, amma yenə danışmayacam. Danışım, nə deyim ey? Dediyimlə mitilimi atacaqsan axı bayıra. Məni sənə tapşıran qohumumun tövsiyəsinə əməl etməsəm, işimi itirərəm, axı. Deyim ki, burada qanunsuzluq baş alıb gedir, qohumbazlıq, yerlibazlıq adi hal alıb, deyim ki, atın qabağına ət, itinkinə ot qoyursunuz, daha nə deyim, korrupsiyaya qurşanmağınızdan, camaatın halalca əmək haqqını, mükafatını da basıb yediyinizdən danışım? Daha nələri deyim? Demirəm də, qardaş. Nəyimə lazımdır? Bu qədər çatışmayan cəhətləri düzəltmək mənəmi qalıb? İnşallah, bu məsələlərə bir əncam çəkilər, onda mənim də ürəyim açılar. Ürəyim yox ey, bax elə lap dilim də açılar ey, dilim də...
***
Bağışla, ora düşməmişəm...
Həsənqulu Quliyev Novruz bayramında çox yüksək vəzifədə işləyən qonşusuna zəng edib hal-əhval tutmaq, təbrik etmək və çoxdan bəri planlaşdırdığı xahişi dilə gətirmək istəyir. Qonşusu dərhal Həsənquludan soruşur:
- Dünən axşam xəbərlərə baxmamısan?
- Yox, baxmamışam.
- Çıxardılar axı məni işdən. Hazırda sərəncamdayam. Görək, sonrası nə olur.
- Qardaş, sən Allah, məni bağışla. Deyəsən axı mən ora düşməmişəm. Əşi, bu telefonların lap zayı çıxıb, vallah...
***
Qohumum pomidoru niyə sata bilmirmiş?
Keçən əsrin səksəninci illərində paytaxtın Passaj adlanan bazarında rastlaşdığım mənzərə indiyədək yadımdadır. Ağdaşda yaşayan qohumlarımdan biri özü yetişdirdiyi tərəvəz məhsullarından xeyli yığıb bu bazara gətirmişdi ki, satıb balalarının ehtiyaclarını ödəsin.
Bir dəfə yolumu həmin bazardan saldım. Hal-əhval tutandan sonra Sahib kişi hirslə əlini piştaxtaya çırpıb, sözün əsl mənasında nərildədi:
- Lobyanı, badımcanı satmışam, bu mamadora yaxın duran yoxdur daaa. Heç rus arvadları da almır. Gül kimi maldır. Bilmirəm nə azar keçib camaatın canına.
Gülmək məni tutdusa da, özümü yığışdırıb "necə yəni mamador, ay Sahib?" dedim. Mamador nədir, bəlkə pomidor demək istəyirsən?
- Hə daa, yazıb qoymuşam da üstünə.
Sahibin sarı karton parçasına səliqəsiz şəkildə "mamador" yazıb, pomidor tığının üstünə atdığının şahidi olandan sonra hər şey mənə aydın oldu.
Danışığında təhrif etdiyi sözün, eləcə də səhv yazılışı Sahibin başına bəla olmuşdu. Camaat məsələnin dərinliyinə varmadan "mamador"un yanından elə hey səssizcə ötüb keçmiş, ləzzətli Ağdaş pomidorunun dadını çıxarmaq imkanını əldən buraxmışdılar. Bəlkə də elə bilmişdilər ki, "mamador" pomidora oxşasa da, Afrikadan-zaddan gətirilmiş hansısa geni dəyişdirilmiş tərəvəz məhsuludur.
P.S. Elə bu yerdə bir vaxtlar Bakı kəndlərinin birində ət dükanının üstünə vurulmuş bir yazı yadıma düşdü - "Halal kesilmiş taza dona əti".
Şirvan rayonlarının birində də mağazanın üstünə belə yazmışdılar - "Avtozapçast hissələri maqazini".
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər