00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Professional yaltaqlıq nümunəsi - Akif Cabbarlı yazır
Tarix: 03-02-2021 12:21 | Bölmə: Akif CABBARLI

Yaşıltəpə Ərazi İdarəsinin bütün əməkdaşları hər səhər adəti üzrə rəis Barxudar İmanquliyevi binanın giriş qapısında qarşılayır, hal-əhval tutur, sonra da sıravi əsgərlər komandiri necə müşayiət edib kazarmaya ötürürlərsə, bax o cür kabinetinə kimi mətin addımlarla yola salırlar. Rəis də özündən razı halda köməkçisinin taybatay açdığı qapıdan şeşələnə-şeşələnə içəri keçib boyundan xeyli hündür kreslosuna yayxanır.
Günlərin birində yenə iş başlayar-başlamaz binanın arxa girişində rəisi qarşılayanlardan biri – yəni ki, lap birincisi, birinci müavin rəhbərin salamını cavablandırmadı. Bu da ki, təbii olaraq rəisin diqqətindən yayınmadı. O, hirsli-hikkəli baxışlarla müavinini süzüb acıqlı halda soruşdu:
- Nə olub, Qulam müəllim, salamımı niyə almırsan? Bəlkə qulağına ayrı söhbət-zad çatıb? Yadında saxla ki, mən bu rayondan gedəsi olsam, mənim əmrimdən azı bir saat qabaq səninki oxunacaq. Tak çto, işini bil...
Birinci müavin olduqca küskün halda dilləndi:
- Cənab rəis, incimişəm sizdən. Ürəyinizə də başqa şey gəlməsin.
- Nə olub ki, nə pisliyim keçib sənə? Ümumiyyətlə, bax bu işçilərin hansına kəm baxmışam, çörəyini kəsmişəm? Deyin də, mən də bilim. Mən bu rayona gələndən adam kimi gün görürsünüz, yağ-bal içində yaşayırsınız.
- Yox ee, cənab rəis, vallah, özüm də utanıram səbəbini deməyə.
- Yenə də olsun, hər halda salamımı almamağının səbəbini bilməliyəm axı.
- Cənab rəis, düzünü desəm, sizdən ona görə incimişəm ki...
Birinci müavin yenə fikrini axıra çatdırmadı. Ərazi İdarəsinin əməkdaşları hamılıqla bu dialoqun hansı sonluqla bitəcəyini səbirsizliklə gözləyirdi. Rəis də maraqla müavininin nə cür izahat verəcəyinin intizarındaydı.
Nəhayət, Qulam müəllim boğazını arıtlayıb yazıq bir görkəm alaraq bu cür söylədi:
- Cənab rəis, neçə gündür fikir verirəm, Allah gözümü töksün yalan deyirəmsə, nədənsə gözümə yaman sınıx görünürsünüz ey. Nə isə səbəbini soruşmağa da cürət eləmirəm, heç özünüzə baxmırsınız ey... Bax, Sizdən inciməyimin də səbəbi bununla bağlıdır. Elə eləməyin də, noolar... Axı, biz hamımız Sizinlə nəfəs alırıq.
***
Ədəbiyyata düşəsi kələk
Adamların bir-birinə kələk gəlməyini, yeri gələndə hansısa işin xatirinə aldatmağını çox görmüşük. Bəzən heç nədən tələyə düşən vaxtlarımız da olub. Amma pirə, ocağa kələk gələn, azdıranlara da rast gəlirik. Elə N kəndinin duzlu-məzəli, zarafatcıl sakinlərini – Səfər kişi ilə Musa dayını götürək.
İndi sizə danışacağım əhvalat çoxdan, sovet dönəmində baş verib. O uzaq illərdə Ağdaş ticarətdə, indiki dillə desək, biznes məsələlərində öndə gedən rayonlardan olub. Ətraf rayonların camaatı, elə bizim Qəbələnin sakinləri də hər həftəsonu Ağdaşın mərkəzi kolxoz bazarına və Türyançayın sahilində meydan sulayan mal-qara bazarına tələsər, kənddən gətirdikləri mer-meyvəni, qoyun-quzunu, inəyi satar, sonra da zənbillərini evə, ailəyə gərəkli ərzaqla, pay-parça ilə doldurub geri dönərdilər.
Günlərin birində yazının əvvəlində adlarını çəkdiyim kişilər neçə vaxtdan bəri bəslədikləri cöngələri “QAZ 51” markalı yük maşınına mindirib yollanırlar qonşu rayonun mal meydanına. Sürücünün də şahidliyi ilə öz aralarında vədələşirlər ki, işləri yaxşı getsə, heyvanlara babat pul versələr, yollarının üstündəki Mirusuf ağanın ocağına adama bir onluq qoyacaqlar. Nə isə. Cöngələri elə bil bazarda səbirsizliklə gözləyirmişlər. Müştərilər dərhal heyvanların başlarına kəndir keçirib dostların ürəyindən keçəndən də artıq məbləğ ödəyirlər. “QAZ 51”-in sürücüsü qayıdıb deyir ki, Mirusuf babanın gücünə, zoruna daha heç bir sözüm yoxdur. Səfər və Musadan isə səs çıxmır. Sadəcə, razılıqla başlarını yelləyir, sonra bir kənara çəkilib nəyi isə qısaca müzakirə edirlər.
Evə alınası şeyləri də kuzovda yerləşdirib geri dönürlər. Pirin lap qənşərində maşını saxlayan Əli kişi sərnişinləri dəhmərləyir:
- Hə, düşün, nəzirinizi verin, yolumuza davam eləyək.
Dostlar kabinadan düşüb pirin həyətinə keçirlər. Mərmərdən olan sinədaşının üstündəki ağır güldanı ehmalca qaldırırlar. Adətən yetim-yesir, əlsiz-ayaqsız adamlar üçün qoyulan pulların üstünə növbə ilə adama bir 10-luq atırlar. Sonra da Səfər Musanın, Musa da Səfərin qoyduğu pulu götürüb dərhal piri tərk edirlər. Deməli, həm borclarından çıxır, həm də ehtiyacı olan birisi kimi pirə verilən nəzir-niyazdan bəhrələnirlər...
Lap tarixə... Yox-yox, ədəbiyyata düşəsi kələk nümunəsidir ha...
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər