00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Xarala heyva yox, alma atarlar...” - Akif Cabbarlı yazır
Tarix: 06-04-2021 14:15 | Bölmə: Akif CABBARLI

Yaxşı yadımdadır, 2008-ci ilin iyulunda - Çin Olimpiadası ərəfəsində MDB ölkələrini təmsil edən bir qrup jurnalist bu ölkəyə yaradıcılıq ezamiyyətinə yollanmışdı. Onların arasında AzərTac-ın əməkdaşı Vladimir Morozkov və “Azərbaycan” qəzetinin xüsusi müxbiri kimi bu sətirlərin müəllifi də vardı. Səfərimizin məqsədi Olimpiadaya hazırlığın vəziyyətini öyrənmək və mətbuatda işıqlandırmaq idi.
Müxtəlif respublikalardan gələn jurnalistlər ilk gündəncə Pekinin yüksək komfortlu otelinin vestibülündə dərhal dostlaşdılar və hamılıqla Çin Xarici İşlər Nazirliyinin təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyə başladıq. İyirmi günlük səfər proqramımız çox zəngin idi - Pekinəki və əyalət şəhərlərindəki nəhəng idman arenalarına baş çəkir, müvafiq strukturların fəaliyyəti ilə tanış olur, xüsusi təyyarə reysləri ilə ölkənin cənubunadək səfərlərə çıxır, Çinin mədəniyyəti, iqtisadiyyatı, əhalinin həyat tərzi ilə ətraflı tanış olurduq. Sonralar mən işlədiyim qəzetdə “Çində əsl pələng sıçrayışı” adlı silsilə yazılarımda səfər təəssüratımı oxucularla bölüşmüşəm. İndi isə səfər zamanı rastlaşdığımız və iştiakçısı olduğumuz maraqlı məqamlardan birini xatırlamaq istərdim.
...Əyalətlərdən birində yaraşıqlı qəsəbənin girəcəyində bizi lap Sovet vaxtlarında olduğu kimi şüarlarla, transparantlarla, milli musiqi sədaları altında qarşıladılar. İstər-istəməz SSRİ vaxtında kolxozlara gedən təşviqat briqadalarının qarşılanma prosesini yada saldıq. İndi haqq dünyasında olan Volodya təmiz azərbaycanca, şirin Bakı ləhcəsi ilə dedi ki, qədeş, adam özünü lap “geroy sostruda” (Sosialist Əməyi Qəhrəmanı – A.C.) kimi hiss edir ha. Nə isə. Bizim gəlişimiz münasibətilə təsərrüfatın əksər üzvləri açıq səhnə ətrafına toplaşdı və çal-çağır başladı. Bir az keçmiş konfransiye elan elədi ki, indi qonaqlar öz dillərində mahnı oxuyacaq və onlara məxsusi hazırlanmış hədiyyələr də təqdim olunacaq. Dərhal yanımızda oturan Livan əsilli erməni Mesropa qəti olaraq tapşırdıq ki, olma-ola “Sarı gəlin”i oxuyasan, sonra bizdən küsmə, axırın pis qurtaracaq. Çünki Ermənistanın adının əlifba sırası ilə əvvəl çəkilmək ehtimalı vardı. Amma elə oldu ki, çinli aparıcı Azərbaycandan gələn qonaqları birinci dəvət elədi. Vladimirlə birgə səhnəyə qalxdıq. Bildiyim qədər rus dostum da musiqi ilə, oxumaqla o qədər də yaxınlıq eləmirdi, amma geriyə yol yox idi. Volodya çubuqları götürüb iri dəfi döyəclədi və biz ikilikdə yadımızda olan milli Azərbaycan mahnılarını alababat səsləndirməyə çalışdıq. Çox həyəcanlı anlar yaşadıq. Bir onu eşitdim ki, Volodya zarafatyana tərzdə “almanı atdım xarala” misrasında arabir heyva sözünü də səsləndirir. Sonra mən oxuya-oxuya ha çalışdımsa da, mahnı “heyvanı atdım xarala” kimi Çin səmasında yayılmaqda idi. Nə isə, avtomatik olaraq mahnılar bir-birini əvəz edirdi. Sonra “sarı gəlin”i təriflədik, “yarın bağçasına” girdik, daha sonra “qaragilə” dərdik və s. və i.
Hədiyyələrimizi götürüb bir kənara çəkilmişdik ki, orta boylu bir çinli oğlan bizə yaxınlaşdı və gülə-gülə astadan təmiz azərbaycanca dilləndi:
- Əziz dostlar, yaxşı oxudunuz, amma mən bilən sizlərdə xarala heyvanı yox, almanı atarlar axı...
Sonra o, əlini çiynimə qoyub xoş bir təbəssümlə sözünə davam elədi:
- Qardaş, keçən payız Bilgəh sanatoriyasının həyətində məndən əla bir “Kitayski” elektrik fanarı aldın ha, qiymətdə də sənə bir balaca keçmişdim, yadından çıxmamışam ki, Van Tut Sunam da...
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər