00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“...mənim adım Bobikdir” - Akif Cabbarlı yazır
Tarix: 22-09-2020 11:27 | Bölmə: Akif CABBARLI

(hekayə)
...Mənim adım Bobikdir. Hələ lap küçük vaxtı, heç sarı tükümü tökməmişdim, azıb glib çıxmışdım Çoxmərtəbəli, Çoxmənzilli Binaların həyətinə ha, onda geniş, sərin talvarın altında oturub nərd oynayan kişilər ovuclarında mənə sərin su içirtmiş, yaxınlıqdakı marketdən sosis alıb nəzakətlə yemləmişdilər də. O kişilərdən biri ucadan səslənmişdi ki, bu küçüyün adını Bobik qoyaq. Daha bilmədim ki, niyə mənə bu adı qoyurlar. Doğrusu, hansı ölkəyə, hansı millətə məxsusluğunu da anlamadım. Bu adla çağırılmağıma bir nəfər kimi razılaşmışdılar.
Bobik bu sözləri deyib susdu. Onun kədərli, qüssəli gözlərindən, intizarlı baxışlarından çox şey oxumaq olardı. Bobik köhnə, içi-başı tamamilə tökülmüş kreslonun içində özünə lap cənnətdə olduğu kimi rahatlıq tapmışdı. Restoranın həyətinə ilk atılan, desant rolunda olan it kimi vaxtilə bu ictimai iaşə obyektinin şefinə məxsus olan, sonradan köhnə əşya kimi həyətin ucqarındakı yaşıllığa tullanan kresloda yuva düzəltmiş, gün-güzəran qurmuşdu. Sonradan bu həyətə daha bir it gətirilib azdırılmışdı. İndi Bobiklə üzbəüz oturub çəhrayı dilini seyrək dişlərinin arasından səliqəsiz şəkildə sallayıb həvəslə ləhləyən köpək Bobikin ağrılı-acılı hekayətinə həvəslə qulaq asırdı.
Hə, mənim əziz dostum, o həyətdə məni sevir, əzizləyirdilər. Suyumu, çörəyimi verir, başımı tumarlayırdılar. Günlər ötdükcə şosenin o tayında, köhnə neft buruqlarının arasındakı yöndəmsiz daxmanın darısqal həyətində keçirdiyim ağrılı-acılı günləri yavaş-yavaş unutmaqda idim. Ev sahibi cantaraq, hirsli-hikkəli Həsənqulu kişinin anama, bacı-qardaşlarıma verdiyi zülmü, əziyyəti yaddaşımda saxlasam da, daha o qədər də fikir eləmirdim. Yeni ünvanda yaşayan ziyalılar, qəlbi geniş insanlar mənə lütfkarlıqla yanaşır, qayğısız böyüdürdülər. Sonralar bu məkana ala-bula rəngdə bir köpək də gəlib çıxdı. Təbiətin qanunudur, onunla dostlaşdıq, məsələ lap sevgi həddinə gəlib çıxdı. Amma hansısa mülahizəyə görə, görünür, məni gələcək əzab-əziyyətdən, qayğı və problemlərdən qurtarmaq üçün həyətimizdəki nəcib və xeyirxah xanımlardan biri müvafiq tibb müəssisəsinə apardı, yüngülvari əməliyyat etdirib, yenidən doğma ocağıma qaytardı. Başa düşürdüm, balalamamağımı, əlavə əziyyətə düşməyimi istəmirdilər. Mən də taleyimlə razılaşdım. Həm də ki, anamı gətirdim gözümün qabağına, doğub-törəyib, sonra da min bir əziyyətə qatlaşmağın arzuolunmaz nəticələri və fəsadları ilə üzləşməkdən bərk qorxdum. Ürəyimdə mənə canımyandılıq edən şəxslərə minnətdarlıq da elədim. Eşitdiyimə görə, bu barədə yazıblar da.
Köpək Bobikə çox diqqətlə qulaq asırdı, həm də ürəyində şükür edirdi ki, nə yaxşı, onu da harasa aparıb bıçaq altına verməyiblər. Bu prosesdən sonra cavan, enerjili köpəyin halı necə olardı axı...
- Hə, Bobik, sonra nə oldu? Danış, maraqlıdır mənim üçün.
- Sonrası nə olacaq, əzizim, yaşayırdım özüm üçün, yavaş-yavaş ətə-qana dolurdum. Həyətimiz çox vaxt küləkli olurdu, yel vurub, yengələr oynayırdı. Üstünə sağlıq, canım belə havalara dözmürdü, dilxor olurdum. Bunu duyan yaxşı insnlar mənə bir evcik - həyətdə domik deyirdilər - düzəltdirib gətirdilər. Zəncirə salmaq istədilər, inan ki, bağrım çatladı. Özün bilirsən də, bu, nə demək olardı. Sözün düzü, nəslimizdə belə şey görünməmişdi. Anam da zəncirsiz, sərbəst gəzib-dolaşıb həmişə. Doğrudur, Həsənqulu kişi onu da, bizi də gecə-gündüz heç nəyin üstündə kötəkləyir, kələyimizi kəsirdi. Ancaq boynumuza zəncir-zad keçirmirdi. Ən azı buna görə onu bağışlayırdıq, üstünə heç mırıldamırdıq da. Nə isə, dartıb zənciri qırdım, bir günlüyə qaçıb uzaqda gizləndim, sonra yenə üzə çıxdım. Doğrusu, məndən inciməmişdilər, əksinə, hiss elədim ki, darıxıb, qəribsəyiblər. Amma sonradan özümdən asılı olmayaraq, bağışlanmaz səhvə yol verdim. Əvvəlcə bir müddət giriş qapısının girəcəyində oturdum, uşaqlarla əyləndim, ötüb keçənə təbəssümlə, nəvazişlə baxdım. Bir sözlə, mehribançılıq, səmimiyyət və ülfət üçün hər priyoma əl atdım. Sonralar isə... Sonralar isə yolverilməz hərəkətə qol qoydum. Qapı açılan kimi soxdum özümü içəri. Liftin qabağında, arxa meydançada özümə yer elədim. Bəzən gecələr də içəridə qalırdım. Qapılar bağlı olanda isə özümü saxlaya bilmirdim, yan-yörəmi isladırdım, bəzən o biri məsələ də olurdu. Bir, iki, axır ki, məni sevənlər, qəlbimə yaxın buraxdıqlarım bu hərəkətimə dözmədilər, lənətləməyə, hətta çubuqlamağa başladılar. Onları qınamırdım, ürəyimdə haqq qazandırırdım. Camaat səni yedirdir, içirdir, sən də durub yediyin qabın içinə...

Sonra başıma gözlənilməz bəla gəldi. Günlərin birində - furqon “Jiquli” deyirlər – məni belə bir maşının baqajına basıb düz gəitrdilər bax bura. Təsəvvür eləyirsən, əvvəl elə bildim yenə nə isə ədəbsiz bir işimə, səhv hərəkətimə görə həkimə aparırlar. Dedim nə olar, qoy qarşısını alsınlar. Amma danışıqlarından, hərəkətlərindən dərhal anladım ki, yox, bu xına o xınadan deyil. Söhbət məni sözün əsl mənasında it kimi azdırmaqdan gedir. Bax, indi neçə vaxtdır buradayam. Şükür ki, sən gəlib çıxmısan, daha darıxmıram. Darıxmaq deyəndə oradakılar üçün çox darıxmışam, lap burnumun ucu göynəyir, amma bilmirəm o sobakavoz bir də gəlib məni geri qaytaracaq, yoxsa yox. Hər halda ümidimi üzməmişəm, bəlkə o kişini kimsə yola gətirdi, “bişirdi”, dalımca göndərdi, deyə bilmərəm. Hər halda hər şeyə bir çıxış yolu var. Bəlkə hansısa yolla həvəsləndirələr, şirnikləndirələr, onda köhnə həyatıma qayıda bilərəm. Gözləyək. Yol tapa bilsəm, and içirəm, səni də özümlə apararam.
- Ay Bobik, elə danışdın ki, məni lap kövrəltdin – köpək ayaqlarını geri çəkib gərnəşdi, sonra möhkəmcə əsnəyib Bobikə bir az da yaxınlaşdı:
- Heç sənin köhnə məhəlləndən bura yeyib-içməyə gələn yoxdur? Bəlkə görsələr...
- Yox-yox, onların bura yolu düşmür. Bura gələnlər cüt-cüt gəlib, tək-tək çıxıb gedirlər. Qabaq qapıdan gəlib, dal qapıdan əkilirlər. Hər dəfə də ayrısı ilə. O gün bir qız düz üç dəfə gəldi, daha biləmmədim ki, burada nəyi yaddan çıxıb qalıbmış. Elə də danışırdı ki, guya bura yox, eləcənə evdən qıraq yerə birinci dəfə gedir. Daha nə deyim, bizim adımız çıxıb. İşləyən, qulluq göstərən də biz, yeri gələndə döyülüb, söyülən də biz. Sözümün canı var, əziz köpək, bilirəm, məlumatım var. Uzaq Sibirdə bizimkiləri xizəyə qoşurlar, at yerinə, maral yerinə. Oliqarxların bağlarını qoruyuruq, dağda çobanların qoyun-quzusunu otarırıq, ovçuların qabağına düşüb quş quşlayırıq, kənddə canavarın qabağına çıxırıq mərdi-mərdanə. Canım sənə desin, hansı birindən danışım. Sonra da adımıza yüz şəbədə qoşurlar; filankəs it günündədir, filankəs itin-qurdun dilini bilir, filankəsin canı it canıdır, iti öldürənə sürütdürərlər və sair və ilaxır.
Adamların bəziləri bizi itə yox, lap itdən də betərinə oxşadır. Qoy eləsinlər, amma azacıq dara düşən kimi yenə bizi yada salırlar. Canım yaxşı adamlara qurban olsun. Hər halda yaxşıların hesabına yaşayıb ömür-gün sürürük. Şansı gətirən, bəxti üzünə gülən həmcinslərimizə necə var qulluq göstərən, nazını çəkənlər də var. İmkanlı adamlar var ki, itlərini kursa yazdırır, bir neçə xarici dil öyrətdirirlər. Elələri də var ki, yanlarına salıb təyyarə ilə Moskvaya, Riqaya aparıb, cins sortlarla görüşdürürlər. Elə bağ evləri, villalar var ki, itləri üçün ayrıca guşə, xidmətçi ayırırlar, yedikləri kababdan onlara da nuş elətdirirlər. Qoy olsun. Bu, bir qismətdir, tale payıdır. Doğrusu, belələrinə həsəd aparmıram. Hər halda əti ətimizdən, qanı qanımızdandır, elə deyilmi? Bax elə bu restoranın müdiri Əmrah kişini götürək, bu adam razı olmasa, bizim burada nə itimiz azıb, hə? Sözə bax ha, itimiz azıb. Özümüz it ola-ola yenə onların işlətdiyi ifadədən istifadə edirik. Qardaş, yaxşı insanlar olmasa, günümüz it günündən də pis keçər. Dayan e, yenə it günü?..
Bobik bu sözləri deyib susdu. Amma yaşarmış gözləri açıq-aşkar yol çəkməyə başladı. Xəyalən özünü Çoxmərtəbəli, Çoxmənzilli Binanın geniş, rahat həyətində onu sevənlərin, xoşlayanların arasında hiss elədi. Ala-bula köpəyin sifətində isə izaholunmaz bir təbəssüm, istehza dolu ifadə dolaşmaqda idi...
P.S. Bu hekayə Bobiki tanıyanlar və unutmayanlar üçün qələmə alınıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər