00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Beş canavar əhvalatı - Akif Cabbarlı yazır
Tarix: 14-10-2020 21:08 | Bölmə: Akif CABBARLI

Ucqar dağ rayonlarının birində N kəndində fantaziya sarıdan o qədər də korluq çəkməyən Qüdrət adlı bir kişi çayxana gopları ilə ad-san qazanmışdı. Kənd ağsaqqalları, cavanlar, lap elə məktəblilər də onun duzlu-məzəli söhbətlərini, ağappaq yalana bürünmüş danışıqlarını maraqla dinləyir, keflərinə şəkər qatırdılar.
Günlərin birində çayxanada yenə Qüdrət kişinin başına toplaşanlar qəribə bir əhvalatın dinləyicisi oldular. Kişi bir gün əvvəl gecə ikən qonşu kənddən qayıdarkən rastlaşdığı mənzərəni bütün təfərrüatı ilə nağıl elədi.
Hə, başınıza dönüm, iş elə gətirdi ki, maşın rast düşmədi, piyada gələsi oldum. Kəndimizə lap az qalmış söyüdlü sahədən keçən şəlməşikdə (sıx və hündür otluqda) qarşıma beş canavar çıxdı. Özümü itirmədim, cibimdən elektrik fanarını çıxarıb, yalquzaqların gözlərinə tuşladım. Dişlərini elə qıcamışdılar ki, dedim daha axırımdır. Amma özümü itirmədim. Möhkəm nərə çəkib cumdum canavarların üstünə.
Elə bu yerdə kəndin ziyalı və həm də baməzə kişilərindən olan Cahangir müəllim Qüdrətin sözünü yarımçıq kəsdi:
- Ay Qüdrət, oralarda canavar-zad nə gəzir? Özü də beşi birdən. Bəlkə...
Qüdrət dərindən nəfəs alıb “ay müəllim, bəlkə beş olmayıb, amma dördünü nağd gördüm” – dedi.
- A kişi, dörd canavar nə gəzir söyüdlükdə? Bir yaxşı fikirləş.
- Əşi, nə danışırsan, heç olmasa, üçü olub ki...
Beləliklə, Qüdrət beşdən birə düşür. Bu rəqəmə də şübhə ilə yanaşıldığını görən fantazyor dostumuz axırda belə deyir:
- Vallah, fızıllıqdan eynilə canavarların səsi, hənirtisi kimi səs gəlirdi. İndi daha nə deyim, axır ki, hansı heyvansa olub da. Daha məni nə divara qısnayırsınız? İnanırsınız-inanın, inanmırsınız, cəhənnəmə-gora inanın.
***
“Qismətə bax ey...”
Sovet dönəmində N kəndində iki əmioğlu yaşayırdı. Fərruz kolxozun baş aqronomu işləyirdi. Babat dolanışığı vardı, özü də yeyib-içən, qonaqpərvər oğlan kimi tanınırdı. Bəxtiyar isə gözünü yalnız pensiyaya dikmişdi, çulunu sudan birtəhər çıxardanlardan idi.
Fərrux hər gün işdən-gücdən sıyrılıb günorta vaxtı mütləq evinə baş çəkir, xanımının bişirdiyi təamlardan dadırdı. Özü də yanında yarım litrlik araq şüşəsi, müxtəlif cür şorabalar. Sonra da bir saatlığa ləzzətli dincəlib işinə qayıdırdı. Bəxtiyar əmisi oğlunun dəqiq qrafikli həyat tərzindən xəbər tutub qərara gəlir ki, hər günorta vaxtı özünü versin Fərruxgilə. Bir gün, beş gün, bir ay... Hər dəfə də əmioğlu ilə yeyib-içəndən sonra ayağa qalxıb əlini göylərə tutub ədəb-ərkanla “şükür Sənə, İlahi” deyir, sonra da əlavə edirdi: - Qismətə bax ey...
Fərrux da eləməyib tənbəllik, günlərin birində adekvat tədbir görür – yeyib-içməyini bir saat irəli çəkir. Arağını içib, üstündən də bir siqaret çəkib, uzanır həyətindəki taxta, özü üçün rahatca mürgüləyir. Bəxtiyar da adəti üzrə nahar fasiləsi başlayanda həyət qapısını taqqıldadıb gəlib oturur Fərruxun böyründə. Ordan-burdan söhbət edir, dərdləşirlər. Amma Bəxtiyarın bir gözü həyətin o başındakı mətbəxə sarı dikilir. Lakin qatar artıq yola düşmüşdü, sadəcə beş-on dəqiqədən sonra ona limonlu, mürəbbəli çay gətirirlər. Çayı içib, kədərli-kədərli udqunub: - Əmioğlu, bəs nahar eləməmisən hələ? – deyir.
Fərrux Bəxtiyara ciddi şəkildə təpinir, qeyzlə ayağa qaldırır:
- Ə köpəkoğlu, neçə aydır rejimimə uyğun hər gün kəndin o başından basa-basa gəlirsən, yeyib-içib əlini yanına silirsən, sonra da deyirsən ki, qismətə bax ey... İndi hanı o qismət, çağır səni yemləsin də. Bu müddətdə bircə dəfə eşitmədim ki, mənə ürəkdən bir sağ ol deyəsən, ailəmizə, özümə xeyir-bərəkət, bol ruzi arzulayasan. İndi əkil mənim həyətimdən, get öz qismətini ayrı yerdə axtar.
Deyilənə görə, Bəxtiyar bu sözlərdən qətiyyən inciməyib, əksinə, qəşş eləyənədək gülüb özü üçün.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər