00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Milli Mətbuat günü ərəfəsində düşüncələr... - Akif Cabbarlı yazır
Tarix: 14-07-2021 14:42 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
Yazıçı-publisist
Yarım əsrə yaxın müddətdə yazı-pozu ilə məşğul olan, televiziya və radioda, ölkənin tanınmış nəşrlərində çalışan bir qələm adamının ola bilər ki, nostalji duyğuları kimi dəyərləndirilən düşüncə və qənaətlərini qəbul etməyənlər də kifayət qədər tapılacaq. Amma yenə də ürəyimdən keçən və vaxtilə dilimə gətirdiyim, kağıza köçürdüyüm fikirləri yenidən səsləndirmək istədim. Mümkündür ki, həmkarlarım təqdim edəcəyim qeydlərlə tanışlıqlarını yada salacaq və niyə təzədən bu köhnə fikirləri xatırlatmaqda məni qınayacaqlar. Sözün düzü, mətbuat adamının bağlandığı, ömrünü, taleyini həsr etdiyi peşə ilə bağlı qürurverici və bəzən təəssüfləndirici məqamlara yenidən qayıtması, zənnimcə, təbii qarşılanmalıdır.
Son vaxtlar mətbuata dövlət qayğısının gücləndirilməsi, yeni, daha mütərrəqi bir qurumun - Media Agentliyinin yaradılması bu sahənin işıqlı gələcəyindən xəbər verir. Qəzetlərə və saytlara nəzərəçarpan fəaliyyətlərinə görə xüsusi layihələr əsasında maddi yardımların ayrılması, hansısa şəkildə kömək göstərilməsi təbii ki, bu mətbuat orqanlarının məsuliyyətini artırır, yaradıcı kollektivlərin öz potensiallarını daha geniş miqyasda sərgiləməsinə rəvac verir. Media Agentliyi öz imkanlarından daha geniş şəkildə istifadə etmək iddiasındadır və biz bu qurumdan daha uğurlu layihələrin reallaşdırılmasını gözləyirik.
Azərbaycan Mətbuat Şurası qəzet redaksiyalarının və jurnalistlərin ideya-siyasi və mənəvi cəhətdən düzgün istiqamətləndirilməsi, rekertçiliklə məşğul olan cızma-qaraçılarla mübarizə sahəsində səmərəli işlər görür. Yeri gəlmişkən, Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Məclisinin hamımızın ürəyindən xəbər verən fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları Məclisin daim müşahidə radiusundadır. Elə buradaca deyim ki, Media Agentliyi də yaşlı və təcrübəli jurnalistlərin yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli istiqamətində fəaliyyətini gücləndirsə, bu insanların mənəvi cəhətdən həvəsləndirilməsinə, yenidən cəmiyyətə, media aləminə dönüşünə kömək edərdi. Ustad hesab olunan professionallar arasında ayrıca yazı müsabiqələri keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək Azərbaycan Mətbuat Şurasının və Media Agentliyinin doğma işinə çevrilməlidir. Bu tədbirlər yaşlı qələm sahiblərinin hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə, ahıl jurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Mən əvvəlki yazılarımda da qeyd etmişəm, bu cür praktika dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi nüfuzlu nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam.
Yaradıcılıq diskusiyaları, səviyyəli mətnlərin yüksək qiymətləndirilməsi indi xeyli aktuallaşıb. Redaksiyalar da bu istiqamətdə səmərəliliyi artırmalıdırlar. Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin dalınca gedərlər.
Bu gün elektron mediada da genişmiqyaslı islahatlara ciddi ehtiyac duyulur. Doğrudur, indi televiziya və radio kanallarında öz işini sevən, qabiliyyətli gənclərin sayı getdikcə artmaqdadır. Amma gəlin unutmayaq ki, ara-sıra rast gəlinən bəzi neqativ halların qarşısının alınması günün başlıca tələblərindən birinə çevrilib. Belə halların qarşısını almaq üçün ən etibarlı faktor isə ictimaiyyətdir. Biz bu gün sovet dövrünü çox ürəkdən tənqid edir və deyirik ki, o dövrdə qanunlar televiziya verilişlərinə bəsitlik gətirirdi. İdealizə etmək fikrindən uzağam, amma bu mənada o dövrün bir yaxşı cəhəti də var idi – ictimai təşkilatlar, kino xadimləri, bəstəkarlar, rəssamlar, yazıçılar təşkilatları, digər bu kimi qurumlar televiziyanın formalaşmasında, ideoloji-siyasi istiqamətinin müəyyənləşməsində böyük rol oynayırdı. Bu cür təşkilatlarla Azərbaycan Televiziyasının sıx əməkdaşlığı böyük səmərə verirdi. Mahnı janrının problemləri, dilçilik məsələləri və digər mövzular ciddi müzakirə olunurdu. Sevindirici haldır ki, Azərbaycan Televiziyası belə ənənələri bu gün də uğurla davam etdirir. Digər telekanalların da ziyalılarla, yaradıcı təşkilatlarla əməkdaşlığını gücləndirməsini arzulayırıq.
Gəlin unutmayaq ki, cəmiyyətin bütün kateqoriyaları televiziyalardan həyata normal baxış, insanların mənəviyyatına, yaşam tərzinə uyğun verilişlər, musiqi proqramları, filmlər göstərməyi arzu etməkdə tam haqlıdırlar. Televiziyalar cəmiyyətə köklənməli, amma tamaşaçıya hər hansı yad ideologiyanı, mənəvi etik ölçülərdən uzaq düşüncələri sırımamalıdırlar. Bugünkü gənclik, yetişməkdə olan nəsil televiziya ekranlarında gördüklərini ideal hesab edir, hərəkətlərini göstərilənlərlə və danışılanlarla eyniləşdirməyə cəhd edirlər. Bu tendensiyadan isə televiziyalr sui-istifadə etməməli, öz iddialarını yeritməyə çalışmamalıdırlar. Bu da televiziya proqramlarını hazırlayan əməkdaşlardan və aparıcılardan yüksək professionallıq, mənəvi-etik yetkinlik tələb edir. Təəssüf ki, hələ də telekanallarda bu prinsipləri doğrultmayan kadrlara da rast gəlirik.
Müasir medianın diqqətçəkən problemlərindən çox danışmaq olar. Onlardan biri də mövzu seçimi ilə bağlıdır. İndi ölkənin ən populyar, say-seçmə saytlarında belə sensasiya və operativlik naminə heç bir ictimai yükü və mənası olmayan informasiyalara gen-bol yer ayrılır. Ailədaxili münaqişələr, qohumların, ərlə arvadın bir-birinə sui-qəsdi, qonşudakı dul qadına edilən seksual basqı, suvarma və bağ sahələrinin hasarlanması üstündə qardaşların davası, hansısa cavan oğlanın, yaxud yeniyetmə qızın intihara cəhd göstərməsi, ucqar dağ rayonunda yolu keçən inəyin “KamAZ”la vurulması və sair və ilaxır “hadisələr” niyə mətbuatda dönə-dönə tirajlanırsa, başa düşülmür.
Bunların əvəzində son vaxtlarda Bakı çimərliklərində yaranan xaotik vəziyyət, insanların çimərliyə pulsuz girişinə qoyulan qadağalar, ümumən dənizin xeyli hissəsinin hansısa oliqarxlar və pullu, imkanlı şəxslər tərəfindən icazəsiz hasarlanması (dünyanın heç bir yerində belə hallarla rastlaşmazsınız), ictimai nəqliyyatdakı problemlər, fermerlərin öz məhsullarını realizə etməsində yaranan süni əngəllər, məktəblilərin və tələbələrin yay tətilini daha səmərəli keçirməsinə mane olan baryerlər, brokonyerlərin meşələrdəki qiymətli ağacları amansızcasına qırıb tələf eləməsi, azyaşlı qızların zorla ərə verilməsi, pensiyaçı vətəndaşların güzəranı və digər saysız-hesabsız problemlər barədə yazılar dərc olunsa, oxucular üçün faydalı olar, saytlara və qəzetlərə nüfuz qazandırardı.
Ölkəmizdə medianın inkişafı şəksizdir. Qəzet və jurnallarda, televiziya və radiolarda, saytlarda çalışan peşəkar jurnalistlər elmin, sənətin, ədəbiyyatın, siyasətin ən müxtəlif sahələri barədə maraqlı, bitkin, yüksək səviyyəli yazılarla minlərin, milyonların sevimlisinə çevrilə biliblər. Qoy, onların işini Allah avand eləsin. Jurnalistikaya qəlbən bağlanan, ağ kağıza ürəyindən gələn qızıl kimi kəlmələri səbrlə, dəyanətlə, ləyaqətlə köçürən həmkarlarıma çətin və şərəfli yaradıcılıq yollarında uğurlar arzulayıram.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər