00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Teloxronitel” - Akif Cabbarlı yazır
Tarix: 25-08-2020 13:27 | Bölmə: Akif CABBARLI

Hava qəfildən dəyişdi. Sabir avtobusun pəncərəsindən səmada sürüşən qapqara buludlara baxıb öz-özünə söyləndi: - yağacaq, özü də şıdırığısından.
Doğrudan da bir azdan yanağını söykədiyi gömgöy şüşəni iri yağış damcıları döyəcləməyə başladı. Külək də sürətlənmişdi, vıyıltısı köhnə kolxoz arabasını xatırladan “PAZ” avtobusunun salonunda xoşagəlməz ab-hava yaratmışdı. Sərnişinlər zənbillərini eşələyib isti pal-paltar axtarırdılar ki, əyinlərinə keçirsinlər.
Sabir xaraktercə deyingən olmasa da, yüngülvari vasvasılıqdan da uzaq deyildi. Bu cür havada uzaq yola çıxdığı üçün ürəyində özünü məzəmmət eləməkdən vaz keçəmmədi: - sənə lazım idimi bu vurhavurda, payızın qışa dönhadönündə paytaxtdakı isti mənzilini tərk eləyib üç yüz kilometr yolu basa-basa ucqar dağ rayonuna yollanasan... Sonra da öz-özünə təskinlik verdi: - əşi, dostunun sözünü yerə salası deyildin ki... Necə olsa da beş il bir yerdə oxumuşuq, yataqxanada bir otağın hamıya nümunə göstərilən dost sakinləri kimi tanınmışıq. İndi də səni daş daşımağa çağırmayıb ki. Deyib dur gəl, təmiz dağ havası ud, baldan, qaymaqdan yeyib cana gəl də. Bakının yeknəsəq, cansıxıcı həyatından aralanıb kənd mühitində beş-on gün dincəlməyin nəyi pisdir ki? Həm eynin açılar, cana gələrsən, həm də oturub bir-iki hekayə yazarsan da özünçün. Kənddə də ki, gün işığına çıxarılası mövzu nə qədər desən.
Sabir tələbə dostu Cavidin israrlı təkliflərindən sonra subaylığın imkanlarından yararlanmağı qərara almış, pay-pürüşdən, isti paltarlarından götürüb uzaq Yaşıltəpəyə yollanmışdı. İndi isə yağışın, küləyin arzuolunmaz hisslər doğurduğunun fərqində olub-olmamağının heç bir əhəmiyyəti yox idi. Yol yarı olmuşdu, daha düşüb geri qayıdası deyildi ki...
Avtobus dar, çala-çuxur dağ yollarını yorğun kolxoz atları kimi ürəksiz, candərdi dırmaşır, geridə də qalın, xoşagəlməz qoxulu tüstü buraxırdı. Sürücü öz həmkarlarına xas olan deyingənlik nümunəsi sərgiləyir, söyüb-söylənirdi; - min dəfə demişik, ərizə yazmışıq ki, bu yolları düzəldin, avtobusları, bax elə mənimkini də yenisi ilə dəyişin. Mən cəhənnəm, camaat yazıqdır axı.
Yağış getdikcə şiddətlənirdi. Səmanın dərinliklərində şimşəklər oynayır, ildırım çaxırdı. Hava qaraldıqca ətraf daha da qorxunc görkəm alırdı. Arabir eşidilən göy gurultusu sərnişinlərin sifətində qorxunc ifadələrlə müşayiət olunurdu. Hamı ürəyində mənzil başına tez çatmağı arzulayırdı. Sürücü isə tələsmirdi. Görünür, bu yollara yaxından bələd olmağı onu qismən sakitləşdirir, ürəyində isə yalnız sərnişinlərin sağ-salamatlığı barədə düşünürdü.
Axır ki, Yaşıltəpəyə yetişdilər. Avtovağzalın köhnə, xırman quraqlıqlarına oxşayan talvarının altında müsafirləri gözləyənlərin nigaran baxışları meydan sulayırdı. Sabir avtobusun pilləkənindən birbaşa əziz dostu Cavidin güclü qolları arasına düşdü.
Paytaxtdan gələn qonağı ikimərtəbəli, qədim üslubda tikilmiş kirəmitli evin həyətində qarşıladılar. Dostunun valideynləri Sabiri doğma balaları kimi bağırlarına basıb üstünə yüz cür nemət düzülmüş stolun ətrafına dəvət etdilər. Bir az aralıda manqal tüstülənirdi. Yağış kəssə də, hava xeyli soyuq idi. İsinməyin ən asan yolunu seçdilər, tut arağından bala-bala vurub qızışdılar. Söhbət uzandı, xatirələr çözələndi. Gecədən xeyli keçmiş Sabiri ikinci mərtəbəyə qaldırıb, yatacağı, dincələcəyi otağı göstərdilər.
Ona tək çarpayılıq otaq ayırmışdılar. Doğrusu, daha söhbət eləməyə, mırt vurmağa həvəsi də qalmamışdı. Yolun yorğunluğunu ancaq şirin yuxu çıxara bilərdi. Şüşəbənddə asılan hisli neft lampasının zəif işığı bəs eləyirdi ki, pal-paltarını soyunub isti yorğanın altına girsin.
Allah bilir, neçə saat yatmışdı ki, qulağına qəribə, anlamadığı bir səs gəldi; elə bil kimsə qəmli bir nəğmə oxuyur, ya da ki, neydə nisgilli bir hava çalırdı. Qəfildən gözlərini açdı və... çarpayısı ilə üzbəüzdə, təxminən iki addımlıqda hələ rəngini tam anışdıra bilmədiyi iri bir ilanın dikələrək ona sarı baxdığını, haça dilini oynatdığını gördü. Əvvəl elə bildi ki, hələ yuxudadır, gözlərini bir an açıq saxladı, sonra kipriklərini aşağı-yuxarı oynatdı. Yox, yuxu-zad görmürdü. İlan ona tərəf çox zəndlə baxır, arabir də anlaşılmaz, izaholunmaz notlarla öz nəğməsini oxuyurdu. Bunu adətən fışıltı adlandırsalar da, Sabir özlüyündə qəti qərara gəldi ki, bu sirli varlıq sadəcə həmcinsləri kimi fışıldamır, İlahidən gələn bir rapsodiyanı dilə gətirir, səsləndirirdi.
Sabir qorxsa da, vahimələnsə də, bu işin necə qurtaracağını səbrlə gözləməyə başladı. İlan öz işində idi, dikəlmişdi, yarısı havada idi, baxışları da düz Sabirin sifətinə zillənmişdi. İşin tərsliyindən qonağın məlum darıxma anları da başlamışdı. Onsuz da yatdığı otaqda bioloji tələbatını ödəməsi üçün heç bir şərait yox idi. Həyətə düşmək şansı da sıfıra enmişdi. İlan ona “icazə” vercəkdimi, bir Allah bilirdi, bir də ki, həyətdə var-gəl edib ara-sıra havaya kəskin hürüş nidaları göndərən boz köpəyin qorxusundan hara çıxmaq olardı ki...
Sabirin keçirdiyi hissləri, baş verə biləcək olayları duymaq və nəticə çıxarmaq isə yalnız Şerlok Holms kimi insanların işi idi. Bizim bu məsələyə qarışmağımız və qonağa çıxış yolu göstərmək heç ağılımızın ucundan da keçməzdi.

Nə isə. Zaman öz işində, ilan öz kefində, Sabir də ki... Daha nə deyim. Səhərin gözü açılar-açılmaz ilan ehmalca döşəməyə yayılaraq otağın baş tərəfindəki qədim buxarıya tərəf süründü və bir andaca yox oldu. Sabir isə sadəcə heykəl kimi yerinin içidə quruyub qalmışdı. Zorla qolunu qaldırdı, sonra ayağının birini, daha sonra o birini tərpətdi. Yox, ölməmişdi. Dərindən nəfəs aldı. Başının ağrısını kəsmək üçün gicgahlarını ovuşdurdu.
Qapı açıldı və Cavid tələm-tələsik içəri girdi. O, Sabirin halını görüb dərindən bir ah çəkdi:
- Qardaşım, necəsən? Gəlmişdi, eləmi? Sabir, sən məni bağışla, əzizim, Allah mənim başıma bir yekə daş salsın. Mən gərək səni əvvəldən xəbərdar edəydim, ya da elə sənin yanında yataydım. O, bizim ev ilanımızdır. Bu mülkdə yaşayırlar nəsillikcə. Sadəcə, səni qorumaq, guya baş verə biləcək kənar təhlükələrin qarşısını almaq üçün gəlib oturub otaqda, bir növ teloxronitellik edib. O, bunu sadəcə özünün vəfa borcu bilir. Vallah, nə deyim, işinə qarışa bilmərik. Anam ona hər gün süd içirdir, ailəmizin üzvü kimi hörmətini saxlayırıq. Sən Allah, üzürlü hesab elə, səni əvvəlcədən duyuq salmağı unutmuşam.
Sabir qulaq asdı, dinlədi və... heç nə danışmadı. Sadəcə, beynində bu hadisəni hekayələşdirmək üçün süjet xətti qurmağa başladı. Hekayənin adı da belə olacaqdı – “Teloxronitel”.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər