00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
Tarix: 09-09-2024 12:18 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
Sentyabrın 8-i mənim və tələbəlik illərinin əziz və mehriban dostları üçün olduqca ağır, üzücü xəbərlə açıldı. Sübh tezdən BDU-nun jurnalistika fakultəsinin 1973-cü il məzunlarından birinin, vicdanlı jurnalistika adının sadiq və dönməz daşıyıcılarından olan Hidayət Elvüsalın dünyasını dəyişdiyi barədə xəbəri bu sətirlərin müəllifi, 612-ci qrupun həyatın acılı-şirinli marafonunda hər bir çətinliyə sinə gərən, xoş və ağır günlərində bir-birinə hayan olan, güvənən, etibarlı, bu gün də ayaqda olan tələbələri böyük sarsıntı ilə qarşıladı. İtirə-itirə gedirik, Hidayət də heç kimi incitmədən, əziyyət vermədən, özünəməxsus təmkinlə bu həyata və bizə “əlvida” söylədi. Beləcə, tələbəlik illərinin yadigarlarından birini, gözəl insan, şair, publisist, redaktor, bəstəkar kimi ad-san qazanan, öz yaradıcılığı, insanpərvərliyi, mərdliyi ilə böyük xətir-hörmət, nüfuz sahibi olan Hidayət öz doğma Kəlbəcərinin görüşünə gedə bilmədi. Amma hər birimizin, onu tanıyan, sevən, hörmətini saxlayan qələm və əqidə dostlarının qəlbində özünə əbədi yuva qurmağı bacardı.
Qrup yoldaşımız, tanınmış qələm sahibi Maral Poladovanın şəxsi təşəbbüsü ilə biz Hidayət Elvüsalın 75 illiyi ilə bağlı bir kitab nəşr etdirmək qərarına gəlmişdik. Çox heyflər olsun ki, bu kitabı sağlığında ona çatdıra bilmədik. Vaxtsız əcəl buna imkan vermədi. Həmin kitab üçün yazdığım “Sərrast söz ovçusu” başlıqlı qeydlərimi hörmətli oxucuların diqqətinə yetirirəm.
Tələbəlik dostum, sonralarsa qələm yoldaşım Hidayət Elvüsal Kəlbəcərdən paytaxta ali təhsil dalınca gələndən o uca dağlardan, qranit qayalardan qopub Bakıya doğru səmt götürən sap-sağlam, artıq cilalanmış, ovxarlı bir saytal vətən daşıydı ki, sıralarımızda və qəlbimizdə özünə dostluq, yoldaşlıq və vətəndaşlıq pasportu qazanmışdı.
Onu tanıdığım, dəmir kimi möhkəm əllərini sıxdığım ilk gündən bu adamın saf əqidəli, mərd xarekterli, vicdanlı və duyğusal bir vətən oğlu olduğu qənaətinə gəlmişdim və universitet illərində bu qənaətim özünü həyatın bütün mərhələrində və məqamlarında tamamilə doğrultdu. Onun Kəlbəcər haqqında, o ulu yurdun sadə insanları, sənət adamları, şair və yazıçıları haqqında duzlu-məzəli söhbətləri sanki hələ qələmə alınmamış poetik nümunələr, orijinal nəsr əsərləri kimi yaddaşımdadır. Hidayətin söhbətlərimizə rəng qatan şərhləri, el ağsaqqallarından, aşıq və şairlərdən gətirdiyi misallar onun sonradan bütün ucalığı ilə boy göstərəcək bədii yaradıcılığından soraq verirdi.

Hidayət istər sovet dövründə, istərsə də müstəqillik illərində yazdığı hekayələrdə, həyat etüdlərində baş mövzu kimi əsildə öz həyatını, yaşantılarını, rast gəldiyi hadisələri götürürdü və asanlıqla öz bədii məqsədinə çatırdı. Onun hekayələrində rast gəldiyimiz qəhrəman və personajlar Mirzə Cəlilin və Haqverdiyevin, Mopassan və Çexovun, eləcə də Əziz Nesinin əsərlərindəki obrazları xatırladır bizə. Düşüncə və danışıq tərzinə, həyat mövqeyinə və istənilən vəziyyətdə özünü aparmaq və bu vəziyyətdən çıxmaq qabilliyətinə görə. O, obrazları ilə davranmağı, onlarla dostluq etməyi, lazım gələrsə küsüb – barışmağı asanlıqla bacarır. Yaratdığı obrazlar da Hidayəti sən deyən incitmir, asanlıqla dil tapır, tezliklə ortaq məxrəcə gəlirlər.
Hidayətin yaradıcılıq metodoliyası yorucu deyil, novatorluq mahiyyətində, tam orijinaldır. Məhz buna görə də hələ “Səhər” qəzetində işləyərkən “Belə-belə işlər” rubrikası ilə araya - ərsəyə gətirdiyi yazılar əl - əl gəzir, dillərdə dolaşırdı.
Hidayətlə eyni vaxtda bir kollektivdə də işləmişik – “ Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində. O, hansı mövzuya üz tuturdusa uğuru mütləq idi. Yüksək erudisiyası, səriştəli təhlili, söz, leksikon bolluğu, ədalətli və düzgün mövqeyi həmişə ona uzalığı gətirirdi. Təbii ki, redaksiya rəhbərliyi və oxucular Hidayət Elvüsal imzasına hədsiz hörmət bəsləyirdilər və ondan yeni-yeni, rəngarəng mövzularda yazılar gözləməkdə haqlı idilər. Hidayət də təbii ki, yalnız özünəməxsus təmkin və səbirlə yeni mövzular axtarışında idi və oxucu istəklərini bacarıqla, ustalıqla reallaşdırırdı. Sonralar da harada işləməyindən asılı olmayaraq öz əqidə prinsipinə sadiq qalan Hidayət Elvüsal bu gün də, ömrünün müdrik çağında hansı mövzuya üz tutrsa öz yaradıcılıq məqsədinə asanlıqla nail olur.
Son vaxtlar tez-tez görüşməsək də ara-sıra zəngləşir, hal-əhval tuturuq. Mətbuat Şurasında 75 illiyi ilə bağlı tədbirdə son illərin məlum sıxıntıları ilə bağlı çox fikir çəkdiyi, iztirab keçirdiyi dərhal hiss olunsa da dağlar oğlunun əvvəlki qürurunu, şahanəliyini olduğu kimi qoruyub saxladığı qartal baxışlarından açıq-aydın duyulurdu. Təbii ki, yurd itkisi, vaxtsız gedən dostların nisgili( Mənə elə gəlir ki, ən əziz dostu, tələbə yoldaşımız Yusifin xəstəxanaya aparılarkən məhz Hidayətin qucağında bu dünyaya əlvida deməsini dostumuz ömür boyu unutmayacaq, bu kədərli anın acısını yaşayacaq) 75 yaşlı dostumuzun, 612-ci qrupun sərrast söz ovçusu, polad xarakterli tələbəsi kimi bu gün də fəxr etdiyimiz, qürur duyduğumuz Hidayət Elvüsalın yaradıcı düçüncəsinə, mətinliyinə, şuxluğuna xələl gətirməyəcək.
Çünki qarşıda hələ Hidayəti yeni yaradıcılıq uğurları gözləyir. Yaşa, yarat, əziz dost!
P.S. Ümidvaram ki, hörmətli oxucular bu qeydlərdəki zaman fərqini və yanaşma tərzini yəqin ki, nəzərə alacaqlar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər