00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İki dost itin restoranda görüşü - Akif Cabbarlı yazır
Tarix: 02-03-2023 11:17 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
Bobik aylardan bəzi üzünü görmədiyi və gecə-gündüz görüşmək həvəsi ilə yaşadığı ala-bula köpəyi qarşısında görəndə gözlərinə inanmadı. Çirkli, bir az da kobudlaşmış pəncəsi ilə dostunun başını sığalladı, göz yaşları ilə islanmış yanağını itin sifərində gəzdirdi.
- Səni də azdırdılar eləmi? Şükürlər olsun ki, azıb-təzməmisən, gəlib buralara, özümün yanıma gəlib çıxmısan. Bu restoranın həyətində sənə də daldalanmağa bir guşə tapılar. Buranın sahibi çox istiqanlı, səxavətli adamdır. Səni də yola verər, dağa-daşa salmaz. Deməli, o çoxmərtəbəli, çoxmənzilli binaların həyətindən səni də didərgin saldılar. Yadında olar da yəqin ki, bizə himayədarlıq edən, əlinə düşəni yedirdən kişini və bir nəcabətli xanımla qızını bəziləri necə qınayırdılar, az qala məşhər ayağına çəkirdilər. Yemədikləri dolmanı, sür-sümüyü zibil qutusuna atırdılar, amma bizdən əsirgəyirdilər. O ağsaqqal da dəqiq bilirəm ki, boğazından kəsib bizi yedirirdi. Bu vəziyyət çox davam eləmədi və komendanta yol tapdılar, o da bir dələduz mühafizəçiylə anlaşıb bizi azdırmağı tapşırdı. Yaxşı ki, o gün sən ələ düşmədin, amma məni bir furqon maşına basıb düz gətirib bu restoranın yaxınlığındakı çöllüyə buraxdılar. Amma nə olsun, yaxşı insana rast gəldim, məni yola verdi, azuqəmi bol elədi. İndi də sən gəlib çıxmısan, baş-başa verib ömrümüzü sürərik.
Bobiklə ala-bula köpək görüşmədikləri günləri az qala saatbasaat xatırladılar, xeyli kövrəldilər də. Bobik söhbətin şirin yerində dərindən köks ötürüb son vaxtlar eşitdiyi və çox pərişan olduğu məsələnin üstünə gəldi.
- Yəqin bilirsən, bu arada bəzi üzdəniraq adamlar nəslimizə qarşı necə amansızlıq göstərirlər. Deyirəm necə daşürəkli, qəddar olasan ki, tüfəngi götürüb günahsız, taleyinə on-on beş il yaşamaq şansı yazılan heyvanları qırıb tökəsən yan-yana. Niyə axı? İt bəyəm durduğu yerdə kiməsə hücüm çəkər, kiminsə dizindən, ayağından dişdək götürər? Dünyasında ola bilməz. Adamı da hirsləndirəndə, qəzəbləndirəndə daşı götürüb çırpır kiminsə başına, bıçağı soxur qarnına. Qardaş, döymə, ağacı götürüb tolamazlama, it də səni dişləməsin də. Yem verməyin lazım deyil, heç olmasa kötəkləmə də. Dilsiz-ağızsız heyvanla nə işin var axı... Aparıb itləri çölün düzündə boğuşdurur, qanlarına qəltan edirlər. Belə olanda itlər quduzlaşar, aqressiyaya düçar olarlar da...

Bobik öz həmcinslərinin insanlara elədiyi yaxşılıqlardan, göstərdikləri xidmətdən də xeyli danışdı.
- Hə, mənim əzizim, adamlar deyir ki, itlər bizim dostumuzdur. Bu sözləri əbəs yerə işlətmirlər. Çobanlar tranzistoru açıb mahnıya qulaq asanda, internetdə qurdalanıb şellənəndə qoyunları biz güdmürükmü? Qarlı-şaxtalı yerlərdə xizəyə qoşur, həyət-bacalarını qoruyur, sərhədlərdə əsgərlərlə birgə keşik çəkir, basdırılmış minaları axtarır, polisin, gömrükçünün köməyinə çatır, dağıntıların altından insanları tapıb çıxarır, əllilərin, zəif görənlərin küçəni adlamasına yardımçı oluruq. İndi bütün bunların əvəzində nə görürük? Hansısa axmaq quyruğumuzdan yapışıb dərəyə tullayır, maşına qoşub sürütləyir, üstümüzə benzin töküb alışdırır, zəhərləyir, güllələyir, daha nələr, nələr...
Bilirsən də, xaricdə belələrinin başına nə oyun açırlar-həbs edirlər, cərimələyirlər. Eşitmişəm ki, xarici ölkələrin çoxunda itlər şəhərin lap ortasında arın-arxayın gəzib-dolaşırlar, heç kimdən də qorxmurlar. Onları vaxtlı vaxtında müayinə edir, dərmanlarını verirlər. Çox yaxşı haldır ki, burada da humanitar təşkilatlar, xeyriyyəçi insanlar bizim üçün saxlanma düşərgələri yaradır, qayğımızı çəkirlər. Belə olan halda yaşamağa, insanlara təmənnasız xidmət göstərməyə həvəs də artır axı...
Sən də yaxşı bilirsən ki, anasından ayrılan it küçükləri sahibini yaxşı və yaxın dost gözündə görürlər. Bu sahiblərin bəziləri isə sonradan dönük çıxır, daşürəkli olurlar. Bax belə hallar bizi üzür, yaxşılara inamı, etibarı da heçə döndərir. Nə yaxşı ki, həmcinslərimizi geniş mənzillərdə, bağ evlərində, villalarda saxlayır, əzizləyirlər. Olsun, bu bizim üzağlığımızdır. Deməli, qədirbilən insanlar çoxdur, canları sağ olsun.
Ala-bula köpək Bobikin dediklərinə tam şərik çıxdı və o da öz növbəsində itlərə qarşı şiddət göstərənləri o ki var qınadı.
- Bir də ki, ay Bobik, itlərə ad qoymaqda da əndazəni aşırlar axı. Gör necə adlar qoyurlar - Kral, Paskal, Kleopatra, Atom, Lazer, Pıuton, Domkrat, daha nə bilim nələr. Gül kimi qədimi it adlar var -Toplan, Bozdar, Bənək, Gümüş, Toppuş, Qarabaş, Muncuq və sair və ilaxır. Elə sənin də adın iprotnıdı - Bobik.
Bobik bu fikirlə razılaşdı, ancaq bildirdi ki, bu adı ona aralarında böyük xətir -hörmət olan bir ağsaqqal qoyub, daha dəyişəsi deyil ki...
Bilmirəm o kişi niyə məni belə adlandırıb. Bəlkə də vaxtilə belə adda iti olub, onun xatirəsinə görə mənə bu adı verib. Hər halda o kişi də daxil bütün yaxşı insanlara, xeyirxah, nəcib və çörəkverən adamlara böyük hörmətim var. Allah onları qorusun, onların işığını da bizim kimi həmişə insanlara möhtac olan varlığın üstündən əskik eləməsin.
Ala-bula köpək Bobikin dediklərini könül xoşluğu ilə qarşıladı, razılıqla başını tərpətdi və gödərək quyruğunu buladı.
...Bir azdan isə səxavətli restoran sahibi Ağaverdi kişi Bobiki və onun dostunu təzə mal ətindən bişirilmiş şapalaq boyda kotletlərə qonaq edəcəkdi.
Bölməyə aid digər xəbərlər

(alleqorik hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər