00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Şükranlıq, yaxud boz küçüyün taleyi
Tarix: 13-11-2018 15:11 | Bölmə: Akif CABBARLI

(Hekayə)
Yayın qızmar günlərində binamızın qənşərindən keçən şose ilə olduqca sürətlə şütüyən maşınların seyrəldiyi məqamları ucsuz-bucaqsız səhrada bir ovuc suyu necə arzulayırsansa, lap elə o cür də ələdüşməz qənimət təki sayırdıq. Müxtəlif peşə sahiblərinin, əsasən də dağ-mədən işçilərinin, dəniz neftçilərinin və geoloqların yaşadığı Çoxmərtəbəli, Çoxmənzilli Binanın sakinləri səhər işə gedəndə bu yolu zülümlə keçir, axşamlar da eyni əziyyəti çəkirdilər. Adamlar güc-bəla, qəfil qəzalardan zorla qorunaraq qaça-qaça magistralı adlayır, nə vaxtsa gələcək avtobusu səbirsizliklə gözləyirlər. Təkəmseyrək elektrik dirəkləri günəşin atəş saçan şüalarından yayınmağa bəs eləmirdi. Allahdansa adam yoğunluğunda da deyildilər ki, kölgəsində beş-üç dəqiqə daldalanasan. Günlərin birində bu işıq dirəklərinin həndəvərində bir-birindən qəşəng, totuq it küçükləri peyda oldu.
Küçüklərin bir-biri ilə kürməklənməsi, min oyundan çıxması istidən bezən adamlarda təsviroulnmaz xoş ovqat yaradırdı. Bina sakinləri, xüsusən də qadınlar bu küçüklərə xüsusi ehtiram bəsləyirdi. Dayanacağa yetən hər kəs çantasından çıxardığı bükülünü açıb, ədəb-ərkanla küçüklərin qabağına toyuq budu, sosiska, kotlet qoyur, sonra da onların bu təamları necə həvəslə, acgözlüklə yeməyinə tamaşa edirdilər. Təbii ki, bu anasız, kimsəsiz küçükləri yemləməyi savab bilir, Allaha xoş getdiyi üçün ürəklərində qəribə bir rahatlıq da tapırdılar.
İsti günlər cıdır atları kimi qovhaqovda, bu küçüklər də böyüməyində idilər. Tanınmış geoloqlardan olan Asif Yaşıldərəli hər üç küçüklə ortaq dil də tapmışdı danışmağa, dərdləşməyə. Küçüklər bu kişini görəndə ayaqlarına dolaşır, şalvarının balaqlarını dartışdırır, qalxıb lap əllərini də yalayırdılar. Asif müəllim evdən gətirdiyi yeməyi küçüklərə yedirməyincə işinin dalınca getmirdi. Hətta bir gün kapron balonu kəsib, balacalar üçün su qabı da düzəldib gətirmişdi. Binanın pəncərəsindən baxanların çoxu kişinin bu qonaqpərvərliyinə, insanlığına “əhsən” desə də, onu qınayanlar da tapılırdı – “Buna bax ey, ağsaqqal kişidir, küçüklərə ovcunda su da içirdir” – deyə mızıldanırdılar. Asif müəllim bütün bunları bilsə də, it küçüklərinə mehrini-məhəbbətini azaltmırdı. Söz düşəndə də deyirdi ki, Allahın yaratdığı heyvanlardır, sahibsizdirlər, görürsünüz ki, anaları da yanlarında deyil. Bəs, bu binəvalar gözümüz görə-görə acındn ölməlidirlər?
Çoxmərtəbəli, Çoxmənzilli Bina sakinlərinin müraciətlərindən sonra xeyirxah insanların köməyi ilə yola işıqfor qoydular, dayanacaq quraşdırdılar. Bundan sonra şosenin, necə deyərlər, havası alındı, sürücülər qırmızı işığın hökmünə “Amin” dedilər, camaat da hər iki tərəfə rahatca keçməyə başladı.
Asif müəllim bir gün işə gedəndə gördü ki, küçüklərin ikisi yoxa çıxıb. Tənha qalan isə yazıq-yazıq ətrafa boylanır, kəsik-kəsik zingildəyirdi. Küçüyün boz-bulanıq gözlərindən nigarançılıq qarışıq qorxu hissi boylanır, bütün bədəni şaxtalı havada olduğu kimi aramsız titrəyirdi.
“...Biz anamızı çox erkən itirdik. Sizin binanızla üzbəüz dəniz qırağında, neft buruqlarının arasındakı yöndəmsiz bir komanın sahibi heç nəyin üstündə bir dəfə anamı amansızcasına kötəklədi. Yazıq anam bir həftə acığından dilinə heç nə vurmadı və günlərin birində ömrünü balalarına bağışladı. Biz də baş götürüb it hürən yox, işıq yanan tərəfə - sizin binanın yaxınlığına gəldik. Sağ olun, hamınızdan razıyıq, siz olmasaydınız, çoxdan gəbərib getmişdik. Dünya yaxşılardan xali deyil. Heyif ki, qardaşlarımı aparıb getdilər. Necə oldu, qoy deyim.
Dünən axşamüstü yanımızda vaqon boyda bir CİP dayandı. İçəridən ağ bantikli, gombul bir oğln uşağı bizi göstərib qışqırırdı:
- Papa, papa, o küçükləri götür, aparaq bağa, mən onlarla oynamaq istəyirəm, axı...
Uşağın atası yanında oturan kişiyə əmr elədi ki, düşüb baxsın görək hansımız köpəkdirsə, onu qoysun maşına. Kişi düşüb ədəbsiz-ədəbsiz bir-bir quyruğumuzu qaldırıb yoxladı görsün hansımız hansındanıq. Qardaşımın birini maşına qoyanda elə zingildədi ki, ürəyimin başına od düşdü. Onun çığırığına uşaq da dözmədi, dedi ki, o biri qardaşını da götürün, bu da ağlamasın. Elə oldu, qardaşlarımı da aparıb getdilər. Təki canları sağ olsun, Allah eləsin üzlərinə yaxşı baxsınlar, heç yerə qovub eləməsinlər. Qardaşlarım da naxələf çıxmazlar. Bağda yaşasalar da, dağ vüqarlı olduqlarını sübut edərlər. Nəyə qadiriksə, xırda küçük də olsam, yaxşı bilirəm”.
Asif müəllim qəti qərara gəldi ki, bu küçüyü o taya, Çoxmərtəbəli, Çoxmənzilli Binanın həyətinə aparsın. Küçüyə ad da fikirləşmişdi. Əvvəl onu “Tuzik” deyə çağırdı. Sonra köpək olmadığını nəzərə alıb, sadəcə “Tuzka” deyə səslədi. Küçük bu adı dərhal qəbul elədi. Asif müəllim həyətin bir küncündə ona yemək və su qabı qoydu. Bundan əvvəl isə həyətdəki kranı açıb, balacaya ovcunda su içirdi. Bu iş hər ikisinin ürəyinə o dərəcədə yatdı ki, sözlə ifadəsi mümkün deyil. Sonra işə gecikməyini qətiyyən nəzərə almayıb, mənzilinə qalxdı. Həyat yoldaşının borş üçün hazırladığı sümüklü ətin üç-dörd tikəsini salfetə büküb aşağı düşdü. Tuzka onu səbirsizliklə gözləyirdi.

“Bu kişinin yaxşılığını ömrüm boyu unutmaram. Dostları, məhəllə yoldaşları ilə talvarın altında kölgədə oturub nərd oynayanda da elə bir gözü həmişə üstümdə olur. İlk vaxtlar hamıya az qala bir-bir başa salırdı ki, kimsəsiz heyvanlara qayğı göstərmək Allaha xoş gedir, Tanrı əvəzini verir. Bax, bu küçük Yaradanın əmri ilə, müasir dillə desək, “vizası” ilə gəlib çıxıb bura. Məhəlləmizin uşaqları da qoy görsünlər ki, ürəyi yumşaqlıq, mərhəmətlilik nə deməkdir. Asif müəllim biz itlər haqqında nələr bilirmiş... Səbirlə izah edirdi, başa salırdı ki, itlərə havayı yerə insanın dostu demirlər. Onlar əsgərlərin, polislərin, gömrükçülərin həyata keçirdiyi əməliyyatlarda əsl mənada can qoyurlar. İtləri soyuq, qarlı-şaxtalı ölkələrdə at yerinə kirşəyə də qoşurlar. Dağlarda qoyun güdən çobanlar çadırda rəngli jurnalları vərəqləyib çılpaq qadın şəkillərinə acgöz-acgöz baxanda itlər sürünü otlaqda canavardan, ayıdan dördgözlə qoruyurlar. Həyət evlərinin, dənizkənarı bağların da əvəzolunmaz yaraşığı elə itlər deyilmi? Mən özüm həyətimizə yad adam gələndə dərhal tanıyıram. Bircə ağız hürən kimi işlərini bilirlər. sakinlərin rahatlığına görə yad itləri, pişikləri də bacaran yerə qədər həyətimizə qoymuram”.
Asif müəllim həyətdə hamı ilə mehriban davranır, səmimiliyi, ünsiyyətcilliyi ilə seçilir. Lamiyəni isə lap balası kimi sevir, əzizləyir. Bu qız ali təhsillidir, tanınmış şirkətlərin birində işləyir. Anası da geoloq idi, bir neçə il olar ki, təqaüdə çıxıb. Lamiyə boz küçüyü görən kimi ona ürəkdən bağlandı. O, Asif müəllimi daha əziyyətə salmaq istəmir, özü tez-tez mağazaya qaçır, ətdən, toyuqdan alır, xırda-xırda doğrayır, Tuzkanın başını sığallaya-sığallaya gətirdiklərini səbirlə ona yedirdir. Tuzka da minnətdarlıq əlaməti olaraq qıza yallanır, az qala üz-gözünü yalayır. Elə bil bu gənc qızın Allahındandır, küçüyü əzizləyir, tumarlayır, yüz cür dillə danışdırır.
“Həyətdə hamının yerini-yurdunu yaxşı bilirəm. Uşaqdan-böyüyə üstlərinə qaçır, ayaqlarına dolaşıram. Siftələr çaşıb mənə təpik ilişdirənlər də olurdu, elə bilirdilər ki, qapan, dişləyən itlərdənəm. Sonradan vərdiş elədilər. İnanın, əli zənbilli qadınları görəndə ürəyimdən keçir ki, kömək edim, sonra fikirləşirəm ki, düz gələn iş deyil, ayrı cür fikirləşərlər. Uşaqlar da yaxın dostumdur, bir yerdə ora-bura qaçır, oynaşırıq özümüz üçün. Oğlan uşaqları əvvəllər məni daşlayar, cırnadardılar, sonradan Asif kişi bunu onlara qadağan elədi. Yəqin fikirləşib ki, küsüb gedərəm. Bir də ki, hara gedəsiyəm axı... Anamı öldürən bir əclafın yanına ömründə qayıtmaram. Qardaşlarımın da yerini haradan bilim, lap axtarıb tapsam da, məni onların yanına buraxmazlar. Bantikli, ağbəniz oğlanın papası çox qansız, rəhimsiz adama oxşayırdı. Bilmirəm haradan rastımıza çıxdı. Uşaqları aparmasaydı, elə bu həyətdə bir yerdə girələnərdik. Buranın sakinlərindən yerdən-göyəcən razıyam, yaxşı insanlardır. Düzdür, aralarında deyingəni, demaqoqu da var. Bir-birinin dalınca danışan, qonşusunun gəlir-çıxarını, lap elə mənzilindəki otaqların da sayını hesablayan, ürəyinə salanlar tapılır. Biri var, həyətə girən maşınların, qonaq-qaranın statistikasını aparır, köhnə sakinlərin dosyesini əzbərdən bilir. Əlbəttə, hər kəsin özünəməxsus xasiyyəti var, təki canları sağ olsun, yəqin düzələrlər”.
Günlər keçir, Tuzka həyatından razı halda böyüyür, pərvazlanırdı. Məhəllə camaatının sevimlisinə çevrilən küçük ara-sıra yoxa çıxır, saatlar sonrası peyda olurdu. Günlərin birində həyətə ala-bula, zəhmli bir köpəklə qayıtdı. Əvvəl-əvvəl həyətdə gəzişən, talvarın altında nərd oynayan sakinlərə zəndlə, sınayıcı nəzərlərlə baxdı ki, görək bu gəliş camaatın ürəyindən olacaq, ya yox. Düzdür, həyatdan az-çox baş çıxaran cavanlardan bir-ikisi ala-bula köpəyi daşlayıb qovsalar da, Tuzkanın xətrinə sonradan bunu da tərgitdilər. Hamıya məlum oldu ki, bu köpək elə-belə peyda olmayıb, bura Tuzkanın eşqinə gəlib çıxıb. Bəli, həyat öz axarında idi və dünənin küçüyü indi özünə ürəyincə olan sevgili tapa bilmişdi.
“Bu köpəyi mənə sanki sehirli bir varlıq göndərmişdi. Dost olduq, sonra bu dostluq ayrı hissə çevrildi, onu bir gün görməyəndə varlığımdan yox olurdum. Mənə verilən bir tikəni yarı bölürdük. Yaraşıqsız, kobud olsa da, zövqümcə idi. Ona daş atılanda ürəyim ağrıyırdı. Qaçırdı, yox olurdu, camaat çəkilib evlərinə gedəndən sonra yenidən qayıdırdı. Gəzişirdik, dərdləşirdik, oynayırdıq özümüz üçün. Günlərin birində həyatımın ən ağır səhifəsini üzü qaranlığa çevirəsi oldum. Hansısa idarənin əməkdaşları qəribə bir maşınla həyətə gəldilər və bu köpəyi tutub apardılar. Məni də götürmək istəyirdilər, Lamiyə bu kişilərlə necə tərs-tərs danışdısa, ürək eləmədilər. Mənim sevimli, ala-bula köpəyim isə o gedən getdi. Bir neçə gündən sonra qız məni də maşına mindirib lap uzaqlara apardı. Güman edirdim ki, azdıracaq, sonra gördüm ki, yanılmışam. Məni bizə baxan həkimlərin yanına apardı, anlamadığım dildə nəsə danışdılar, sonrası dəqiq yadımda deyil. Sən demə, iynə vurub, ən strateji əzalarımı çıxarıb atıblar bayıra. Beləliklə, məni ömürlük olaraq analıq sevincindən məhrum elədilər. İndi həyətdə bəziləri “hə, daha küçükləməyəcək, təkcə özü bəsimizdir, it sürüsü nəyimizə lazımdır?” deyə öyünə-öyünə danışırlar. Daha deyə bilmirəm ki, sizi bu günə salsaydılar, yaxşı olacaqdımı, ay binəvalar? Sevgili köpəyimi ilim-ilim itirdiniz, onun yadigarını böyütmək şansımı da əlimdən aldınız. Hə, sonra daha nələr fikirləşirsiniz?
Birdən deyərsiniz ki, Lamiyədən incimişəm. Yox, əsla. Dəqiq bilirəm ki, o, məni xilas eləmək üçün bu addımı atıb. Yəqin fikirləşib ki, balalasam, hamımızı bir yerdə gedər-gəlməzə göndərəcəklər. Odur ki, mənim qısır da olsa, bu həyatda yaşamağımı, ömür-gün sürməyimi istəyib. Bir tanışına da mənim üçün əla bir evcik-domik düzəltdirib, gətirib qoyub pəncərələri ilə üzbəüzdə. Düzdür, hələ girib oturmuram, havalar soyuyanda yəqin ki, öz yuvamda gecələyəcəyəm. Allah Lamiyəni xoşbəxt eləsin, qapısı açılsın, oğullu-uşaqlı, bəxtəvər ana kimi ömür-gün sürsün”.
P.S. Tuzka ilə bağlı həyətdə çox əhvalatlar olub, amma uzun-uzadı danışıb, kimisə yormaq istəmirəm. Bu hekayəni yazmağı götür-qoy edəndə tanışlarımdan biri dedi ki, bu cür qanacaqlı, geniş düşüncəli küçüklərdən biri də onların həyətində məskunlaşıb – adı da Bobikdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər