00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Elbrus Şahdağlinskinin sonuncu arzusu
Tarix: 14-02-2020 11:22 | Bölmə: Akif CABBARLI

(Hekayə)
Səkinin lap qırağında dayanmışdı. Dairəvi yolun o tayına kəsəsinə keçmək istəyirdi. Əslində piyadalar üçün nəzərdə tutulan keçid o qədər də uzaqda deyildi – cəmi on-on beş addım aralıdan rahatca addımlayıb avtobus dayanacağına çata bilərdi. Tənbəllikdənmi, ya beynində fırlatdığı min cür fikir-xəyaldan özünü də işə saldı, qəfil dairəvi yolu sola dönən “Mercedes”in sürücüsünü də. Sürücü əyləci ləngimədən bassa da, tanınmış memar Elbrus Şahdağlinski tappıltı ilə kapotun üstünə sərələndi...
...Bunlar Misir ehramlarıdır, bunlar da fironların qəbirləri. Aha, mən niyə ehramların lap təpəsinə motosikllə çıxmaq istəyirəm axı... Hə, bu da Manhetten, Nyu-Yorkun ən uzun, izdihamlı prospekti. Bu da ki, brodveyli zənci tanışımdı, zənciri gör havada necə oynadır, Allah-Allah. Baho, deyəsən, Krit adasına çatdıq axı. Gəmimizin kapitanı sarışın, hündürboylu türk balasının bizi qonaq elədiyi rakı necə də dadlıdır...
Elbrus müəllim ağzını ləzzətlə marçıldatdı. Sonra ağır-ağır göz qapaqlarını qaldırdı. Hər yer mavi rəngə boyanmışdı. Divarlar, ətrafdakı adamlar, yer, göy, səma masmavi idi. Qulğına astaca pıçıltı səsi gəldi: “Çox tez ayıldı, görünür, anestezioloq dozanı az eləyib”, “görəsən, bir də yatırdaq, yoxsa...”, “anası namaz üstündə imiş, Allah balalarına, nəvələrinə bağışlayıb”.
Qollarını qaldırmaq, əlləri ilə harasa toxunmaq istədi. Alınmadı. Dodaqlarını bir-birinə yaxınlaşdırıb nə isə demək, bir qurtum su içmək arzusunu dilə gətirmək istədi, bacarmadı.
...Yüz cür rəngə çalan xalça səmada elə uçurdu ki, sanki reaktiv təyyarədə idi. Xalçanın qıraqlarına ərəbcə, rusca, azərbaycanca çoxlu yazılar yazılmışdı. “İki yüz nömrəli yük” və “Qruz № 200” sözlərini oxuyan kimi anladı ki, bundan o yanası yoxdur, ölüb qurtarıb, ağlayanı çatmır. Uçan xalçanı idarə edən başı ağ çalmalı, uzunsaqqal kişidən soruşdu ki, hara uçuruq, məni hara aparırsan axı?
- Hara aparacağam, özün həmişə uşaqlara demirdin ki, məni “Qurd qapısı”na zada yox, doğulub-böyüdüyüm Yaşıltəpəyə aparın. İndi biz də lazımi yerlərdən kağız-kuğuz düzəldib səni aparırıq istədiyin, arzuladığın məkana. İndi nə deyirsən, ata məhləsinə düşürək ölü namazı üçün, yoxsa birbaşa...
- Yox, qadası, dədəmin məhləsi mənə yasaqdır. Embarqo qoyublar. Bütün yaxşılıqların əvəzi kimi bu qadağa tətbiq olunub mənim yaşayışıma, həyatıma və sonuma. Qədirbilənlik eləmədilər, indi çəkmir məni həyət-baca, küsmüşəm, incimişəm. Yaxşısı budur, enin məscidin həyətinə, hər halda Allah evidir. Doğrusu, namaz qılan, oruc tutan olmasam da, Allahımı, peyğəmbərimi tanıyan, haqq-ədalət tərəfdarı, mərhəmətli və imanlı adam olmuşam.
- Ay kişi, nə danışırsan, nə sayaqlayırsan? Şükür ki, özünə gəlmisən. Allah həkimlərimizin üzünü ağ eləsin, onlardan razı olsun. Beş-üç günə, inşallah, ayağa qalxarsan.
Elbrus müəllim bu sözlərin kimin dilindən səsləndiyini dərhal anladı. Xanımı Məryəm idi. Qadının rəngi avazımışdı, kiprikləri də yaş gilələrinin arasında aramsız rəqs edirdi. Qorxduğu, həyəcanlandığı üçün bütün vücudu əsirdi.
Həkimlər qadını palatadan çıxartdılar və əmin etdilər ki, həyat yoldaşı uzağı bir həftəyə evdə olacaq.
Sonralar necə oldu, hansı hadisələr baş verdi, çox da təfərrüatına getməyəcəyəm. Ancaq bir onu deyim ki, Elbrus müəllim sürücünü bağışladı, yanına çağırıb qulağına onu da pıçıldadı ki, təqsir özündədir. Arvaddan gizlin əməlinin nəticəsi belə olmalıydı. Gərək çıxdığı binanın qənşərinə taksi çağırtdıraydı. Eybi yox, yaşasa, sonrakı əməllərində belə məqamları mütləq nəzərə alacaq.
İndi də Elbrus Şahdağlinski sağalıb ayağa duran kimi hansı işin dalınca getdi, nələri yoluna qoymağa çalışdı, qısaca o barədə...
...Notariat kontorunda işləyənlər çaş-baş qalmışdılar. Ölkənin nüfuzlu memarlarından olan Elbrus Şahdağlinski ucqar dağ rayonunda yaşayan qardaşının xahişi ilə ona göndəriləcək mülkiyyət etibarnaməsinə hələ heç kimin rastlaşmadığı və ağlına belə gətirmədiyi bir bənd də yazılmasını qətiyyətlə israr edirdi. O, hüquqi akta bir cümlə əlavə etdirmək istəyirdi – “Elbrus Şahdağlinski vəfat etdikdən sonra onun nəşi axırıncı dayanacaqdan – yəni qəbiristanlıqdan əvvəl yolüstü cənazə namazı qılınması və mərhumla vidalaşma məqsədilə qardaşının ailəsinin məskunlaşdığı atadanqalma həyətdə 1 (bir) saatlığa qoyulsun və bunun müqabilində əvvəlcədən müəyyən olunmuş məbləğdə rüsum ödənilsin. Qarşılıqlı razılaşma baş tutmadıqda isə cənazə birbaşa Yaşıltəpə məzarlığına aparılsın”. Kontorda işləyənlər təcrübəli hüquqşünaslar idi və fəaliyyət göstərdikləri neçə illər ərzində bu cür müraciətə, xahişə, diktəyə rast gəlməmişdilər. Elbrus müəllim isə tutduğunu buraxan adama oxşamırdı.
- Ay qardaşlar, ay bacılar, ay rəis, vallah, ürək sözümdür, dediyimi yazın, sənədləşdirin, ömür qısadır, mənim də ki, xeyli yaşım var. Üstəlik, bu yaxınlarda avtoqəza ağrısı yaşamışam, streslə əlbəyaxa olmuşam. Həyatımı da ki, bax, bu etibarnaməni istəyənə və onun havadarlarına həsr eləmişəm. Yaşadığı binanı da özüm tikdirmişəm. İndi, necə deyərlər, dırnağı ovcuna batıb, fikirləşib ki, birdən bu həyət-bacaya, evə-eşiyə, əkin sahələrinə iddiam-zadım olar. Əsla. Dünya malında gözüm yoxdur. Görürsünüz, etibarnaməni də lap uzun müddətə verirəm. Qoy rahat olsunlar. Bunun müddəti qurtaranda mən həyatda olmayacağam, bu, aksiomdur. Oğlumun isə haradasa yetmiş yaşı olacaq. O vaxtlar da heç kim neçə on illər əvvəl nə yazıldığının, hansı öhdəlik götürüldüyünün fərqində olmayacaq. Belə bir şəraitdə mənə nə qalır – heç olmasa, son mənzilin bir addımlığında bircə saatlığa da olsa, atamın həyətində ruhum gəzib-dolaşsın, özü üçün kef eləsin. Molla lazımi ritualı yerinə yetirsin, camaat da yalandan-gerçəkdən acılı-şirinli göz yaşları töksün özləri üçün. Sonra da bay-bay. Yamacdakı allı-güllü qəbiristanlıqda rahatlan da özün üçün. Ol yüz ilin, min ilin ölüsü. Daha insana nə gərəkdir? Vallah, uçan xalçanın sahibinə də demişdim ki, cənazəni məscidin həyətinə düşürsün, razılaşmışdı. Sonra fikirləşdim ki, sizdən bir sənəd alım, dədəmin həyətində camaatla son görüşümü keçirib o dünyaya rahat köçüm. Necədir? Məncə, buna haqqım çatır. Hə, nə deyirsiniz?
İndi məni başa düşdünüzmü, anladınızmı, ay mənim əzizlərim. Mən qanunpərəst, düzlüyü sevən adamam. İstəyirəm hər şey qanun çərçivəsində həll olunsun. Nə olar, etibarnaməyə mənim mətnimlə bir qısa əlavə edin, təsdiqləyin, hər şey də bununla yoluna qoyulsun. İcarə haqqını da indiki dövrün maliyyə durumuna münasib şəkildə müəyyənləşdirin. Hər halda övladlarımın gücü çatar təsdiqlənmiş xərci ödəməyə.
Bu sözlərdən sonra rəis bütün işçiləri öz kabinetinə dəvət elədi. Elbrus müəllimə də dedi ki, bir az gözləsin, qısa müşavirədən sonra yəqin ki, müəllimin ürəyincə olan bir qərar çıxararlar.
Bu məsələnin sonrası nə oldu, doğrusu, dəqiq məlumatım olmadığından heç nə deyə bilmərəm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər