00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Gözəlim Bakını gəzmək istərəm...” - Akif Cabbarlı yazır
Tarix: 21-04-2020 13:00 | Bölmə: Akif CABBARLI

yaxud hər birimizin can sağlığı Vətənin salamatlığıdır
Son aylar bütün dünyanı dilemma qarşısında qoyan “COVID-19” adlandırılan gözəgörünməz virusun “nüfuz” dairəsi, yayılma arealı genişləndikcə bu “taclı” varlığın hər kəsin gözünün odunu alması haqlı olaraq bir çox suallar doğurur. İndi gecə ilə gündüzü qarışıq salan, ömrü boyu adət etdiyi həyat tərzini dəyişmək zorunda olan, bütün ölkələrdə sağlam yaşamaq devizinə çevrilən “Evdə qalaq, sağlam olaq” çağırışına qoşulan, iki əllə səs verən Adəm övladının gözü yoldadır. Yeni-yeni qalaktikalar kəşf edən, ulduz müharibələrinin çeşid-çeşid layihələrini cızan, yeraltı dünyanın başaçılmaz sirlərini öyrənən, danışan, mahnı oxuyan, insanın ağlına, düşüncəsinə şərik çıxan robotları yaradan alimlərimiz, beynimizi, ürəyimizi, ciyərimizi yenisi ilə əvəzləyən həkimlərimiz, əcəba, nə yaxşı hələ də mikroskop altında ölüm rəqsi bəstələyən “taclı iblisin” qollarını qandallaya bilmir?..
Korona bizi hamılıqla - vəzifəsindən, titulundan, var-dövlətindən, yaşından asılı olmayaraq, sıxıb bir küncə. Vaxtilə məktəblərdə belə edərdilər - dərsdə şuluq salanları, hazırlıqsız şagirdləri müəllimlər müəyyən müddət küncdə üzü divara saxlayar, bu yolla cəzalandırardılar. İndi də bu korona bütün bəşər övladını küncə dirəyib. Nə vaxt cəzadan azad edəcək, o da bilinmir. Dözürük, dözməliyik - özümüzün və hər kəsin can sağlığı naminə hər cür psixoloji basqıya, darıxdırıcı, bezdirici mühitə, gərginliyə baxmayaraq, səbrimizi basmalıyıq. Bu prinsip ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına alternativsiz cavabımızdır. Evdə qalsaq, müəyyən olunmuş qaydalara dəqiq əməl eləsək, təbii ki, virusa yoluxmaq və yaymaq ehtimalını azaldar, nəticə etibarilə hər bir vətəndaşımızın can sağlığına etibarlı zəmin yaratmış olarıq.
Doğrudur, etiraf etməliyik ki, xüsusən yaşlılar, heç bir yerdə işləməyən, əlavə məşğuliyyəti olmayan insanlar üçün çox çətindir. Dörd divar bəzən belə adamları psixoloji cəhətdən çox sıxır, “COVID-19”un daha tez yaxalamaq ehtimalı onları hədsiz qayğılandırır. Amma unutmamalıyıq ki, çoxdan oxumaq istədiyin kitabları vərəqləmək, retro filmləri izləmək, qohum-qardaşla telefon əlaqələrini sıxlaşdırmaq, hətta istedadın və həvəsin varsa, memuar yazmaq, həyət-bacada səliqə-səhman yaratmaq psixoloji gərginliyin aradan qaldırılması üçün olduqca gərəkli və zəruri məşğuliyyətlərdəndir. Yoxlayın, cəhd edin, İnşallah, nəticəsini görərsiniz.
Bioqrafiyamıza sorğu-sualsız daxil olan, hər birimizin dilində vahimə ilə səslənən pandemiya həyatımıza özü ilə bir çox arzuolunmaz, gözlənilməz məqamlar gətirib. Gəlin xatırlayaq, yüzlərlə, minlərlə pərəstişkarını eyni zamanda, bir məkanda bir araya gətirməyi bacaran xalq artistləri Rauf Babayevin, Rafael Dadaşovun dəfninə ailə üzvlərindən savayı kimsə qatıla bilmədi. Bunun bədəlini ödəməyi kimdən, hansı qüvvədən gözləyək? “COVID-19” virusu gözə görünən, əlçatası varlıq da deyil ki, bu sualı onun sifətinə ünvanlayasan.
Neçə-neçə toy-düyünün, yubiley məclislərinin keçirilmə günlərini qeyri-müəyyən tarixlərə adlatdıq. Dostlarımızla, qohumlarımızla üzbəsurət oturub dərdləşməyimiz, bir-birimizin sevincinə, kədərinə şərik olmağımız nə vaxta qaldı, onu da dəqiq bilmirik.
Həyət-bacaya ancaq təmiz hava və bir əlçim gün işığı amacıyla düşən hər kəsin üz-gözündə qara haşiyə kimi dalğalanan nigarançılıq və təşviş duyğularını təsvir etməkdə hədsiz çətinlik çəkirəm. Hər kəs yanından keçən, uzaq dolanan tanışının, dostunun, lap elə ailə üzvünün keçirdiyi iztirablara şərik ola bilməməyin əzabını yaşamaqdadır. Hər birimiz ölüm qorxusunu köhnə odeyal kimi üstümüzdən kənara atmağın çoxlarının ağlına gəlməyən yollarını necə utancaqlıq, abır-həya hissi ilə, ustufluca addımlayırıqsa, təsvir etmək üçün söz tapa bilmirəm.
Allah hər birimizə müəyyən zaman çərçivəsində bir ağrılı, acılı, daim xoşbəxtlik arzusu və iddiası ilə süslənən bir ömür yolu, tale payı qismət eləyib. “COVID-19” bu qismət payına şərik çıxmaq üçün qara caynaqlarını itiləyib və hər birimizlə üzbəüzdədir. Niyə? Niyə ömür payımıza belə acgözlüklə göz dikmisən axı sən? Bu sənsənmi, yoxsa hansısa gözəgörünməz güclərin və qüvvələrin əlində bir alətsən, bilmirəm. Allah eşqinə, əl çək yaxamızdan. Qoy, Tanrının bağışladığı ömrü yalnız Onun əmri və şəhadəti ilə başa vuraq.
Bu sözlər çox güman ki, məni tanıyan və tanıdığım insanların, bütövlükdə bütün soydaşlarımın ürəyində dolandırdığı fikirlərin yazılı ifadəsi kimi yozulacaq.
P.S. Bu günlərdə paytaxtın 20-ci sahə adlanan ərazisində göy-göyərtidən, qatıqdan, süddən satıb, gündəlik çörəkpulunu qazanan yaşlı bir kişi bizə maraqlı və obrazlı bir sual verdi:
- Siz Allah, məni başa salın görüm, bu, koronadı, yoxsa karenadı, hansı millətdəndir?.. Sözümün canı var. Hələ sovetin vaxtında idarəmizdə Karine adında bir qız işləyirdi...
Kişinin fantaziyasına, maraqlı düşüncə tərzinə irad tutası deyildik ki... Nə cür fikirləşmək və düşündüklərini dilə gətirmək hər kəsin müstəsna hüququdur. Bircə onu dedik ki, bu korona yalnız bizim milləti yox, dünyanın hər yerində yaşayan insanları yaxalayıb. Amma sənin dediyin karinalar da əsrlər boyu hörümçək toru kimi hər yeri bürüyüb.
Korona gedəcək, çarəsi tapılacaq, amma karenaların kökü nə vaxt kəsiləcək, bir Allah bilir...
P.S.S. Evdən çıxmağa icazəsi olmayan yaşlı həmkarımın “şəhəri gəzmək, bu günlər yaşıl libasa bürünmüş gözəlim Bakını əriş-arğac dolanmaq üçün burnumun ucu göynəyir” sözləri bu sətirlərin müəllifini də kövrəltdi və qəlbini izaholunmaz, yazıyagəlməz duyğularla siləbəsilə doldurdu.
Hər şey yaxşı olacaq!
Əgər evdə qalsaq!
Unutmamalıyıq ki, hər birimizin can sağlığı bütövlükdə Vətənin salamatlığıdır.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər