Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-03-2017 17:45 | Bölmə: Nadir QOCABƏYLİ

Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrdən biri bizim qonşunun qız nəvəsi imiş. Qaçqındırlar. Bədbəxt qızcığazın ailəsi də əvvəllər babası ilə bir həyətdə yaşayırmış, sonra şəhərə köçüblər. Amma kötük ev və qəbiristanlıq burada olduğu üçün cənazəni də bura gətiriblər.
Getdim başsağlığı verməyə... Dəhşətdi. Qadınlar elə tükürpədici səslər çıxarırlar, adamın qanı donur. Kişilərin hönkürüb ağlaması ürək dağlayır. Adamın əlindən heç nə gəlmir. Susmaqdan başqa...
Bircə onu demək istəyirəm ki, Azərbaycanda sükanı əlinə alanda olan-qalan toyuq ağlı da başından çıxan çoxlu məxluq var. Mən hər gün neçəsinə rast gəlirəm. Onlar neçə-neçə ailəni bədbəxt ediblər və etməkdədirlər. Bu "əzrayılları" durduran, yerində oturdan isə yoxdur. Görünür, nə xalqın, nə də dövlətin bu həşəratlara "gücü çatmır"...
Hərdən ürəyimdən keçir ki, yol hərəkət qaydasını kobud şəkildə pozan maşınların nömrələrini yazıb, DYP-yə göndərəm. Amma fikrimdən vaz keçirəm. Çünki əvvəla bizdə bu işə "işverənlik" deyirlər, ikincisi də, polis hər bir şikayətə görə bölməyə gəlib izahat yazmağı tələb edir. Bunu etsəm, həm adım "ümummilli işverən" olacaq, həm də bütün vaxtım polisdə izahat yazmaqla keçəcək. Eyni zamanda, faktı da sübut etmək lazımdır, bu isəancaq çəkilişlə mümkündür. Kameraların isə çoxusu sanki işləmir. Çünki qayda pozuntuları əksər vaxt elə həmin kameraların "gözü" qarşısında baş verir.
Ancaq nəsə fikirləşməliyik. Çünki heç birimiz bundan sığortalanmamışıq. Bu hadisə hamımızın başına hər gün gələ bilər. Prinsipial adamlara "işverən" kimi düşük, səviyyəsiz bir damğa vuran millətin övladlarının belə ucuz ölümlərlə tələf olması, məncə, təsadüfi deyil. Əlbəttə, geniş fikirləşəndə...
Belə şeylərin qarşısını tam almaq mümkün deyil, amma xeyli azaltmaq olar. Bunun üçün düşüncəmiz dəyişməlidir, bir az ciddiləşməliyik. Bizi ciddi narahat edən problemlərlə sivil mübarizə yollarını öyrənməliyik.
Məsələn, "əzrayıl" sürücülərə qarşı mübarizə aparan qeyri-hökümət təşkilatları yarana və polislə əlbir işləyə bilər. Ancaq bundan ötrü polisin də normal, sivil iş üsullarını mənimsəməsi, ümumiyyətlə isə, ölkədə qanunların işləməsi, hamının qanun qarşısında bərəbərliyinin təmin olunması şərtdir.
Digər tərəfdən, bir millət olaraq gördüyümüz neqativ hadisələrə anında etiraz etmək vərdişinə yiyələnməliyik. Əgər cəmiyyətimiz bir qədər həssas, diqqətli olsa, bu tipli hadisələr xeyli azalar. Sərnişinlər intizamsız avtobus, mikroavtobus sürücülərinə etiraz etməli, bu məsələdə bir-birini dəstəkləməlidirlər. İntizamlı sürücülər intizamsızlara qarşı liberal, laqeyd olmamalıdırlar.
Ancaq xalq bunları özbaşına etməz, edə bilməz. Xalqı gərək öyrədəsən, tərbiyə edəsən, istiqamət verəsən. Bunusa edən yoxdur. Təəssüf ki, televiziyalar, media daha çox pis, lazımsız şeylər öyrədir...
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər