00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Təzə bazar, amma yenə köhnə azar...
Tarix: 10-09-2017 11:30 | Bölmə: Nadir QOCABƏYLİ

Ötən qış böyüdüyüm İmişli şəhərinə yolum düşmüşdü, qohumlara baş çəkəcəkdim. Şəhərə çatanda sürücünün “hara sürüm, qardaş?” sualına, elə yerli ləhcədə “ayın-oyun alacam, bazara tərəf sür” cavabını verdim. Mənzil başına yaxınlaşanda dedi ki, bağışla, amma bazarın qabağına sürə bilməyəcəyəm, çünki “girməli deyil”.
Bir gün əvvəl qar yağdığından, küçələrin kənarı yumşalmış tünd boz qarla, çala-çuxurlar suyla dolmuşdu. Amma bazarın qarşısında əməlli-başlı göl vardı. Adamlar mişar və çay daşlarından, taxta parçalarından, beton qırıqlarından düzəltdikləri süni cığırların üzəriylə kəndirbazlar kimi müvazinətlərini itirməkdən qorxa-qorxa o yan-bu yana hərəkət edirdilər.
Birtəhər bazarın darvazasının qarşısına gəlib çıxdım. İçəri girmək üçün gərək balıqçılar kimi rezin “sapoq” geyəydim, çünki gediş-gəlişdən durulaşıb, lehmə halına gəlmiş palçıq nəinki dayaz çəkmələrimi bərbad hala qoyar, hətta onların içinə dola bilərdi.
Bazarın həyətinə girmək fikrimdən vaz keçib, onun ətrafında sonradan inşa olunmuş dükanlardan bəzi şeylər almağa qərar verdim, ancaq doğrusu, burada hərəkət etmək də asan deyildi. Artıq xeyli bulaşmış çəkmələrim dükanların qarşısındakı səkinin nisbətən qatı palçığında daha dəhşətli duruma düşəcəkdi. Odur ki, buradan alver etmək fikrindən daşınıb, düşdüyüm durumdan çıxış yolu axtarmaq məqsədilə ətrafa boylandım.

Bu bazar 70-ci iilərin sonu, ya da 80-ci illərin əvvəlində köhnə bazarın yerində nikkel konstruksiyalardan inşa olunmuş, üç geniş, hündür zaldan ibarət idi. Bu tikililər köhnə bazara nisbətən kənardan daha müasir görünsələr də, hələ o zaman onların içərisində qışda soyuqdan, yayda isə istidən dayanmaq mümkün deyildi. Odur ki, alverçilər öz mallarını əsasən bazarın geniş həyətində yerə sərib satırdılar. Sonradan köhnə taxatalardan, əyri-üyrü paslı dəmirlərdən piştaxtalar, günlüklər düzəltdilər ki, malları və başları qızmar günəşin altında xarab olmasın. Həmin eybəcər, zövqsüz, bəlkə də, yüz dəfə sökülüb yenidən quraşdırılmış çadırlı piştaxtalar hələ də dururdu. Bazarın ağ nikkeli tamamilə qaralmış, hamısı istisnasız olaraq qırılmış pəncərələrinin yerinə bəzi yerdə taxta, bəzi yerdə faner, bəzi yerdə tənəkə vurulmuş, xaşa çəkilmişdi. Bir sözlə, bazara baxanda adamın əvvəlcə gözləri, sonra ürəyi ağrıyırdı. Ona görə də çox baxa bilmədim. Yaxınlıqda yalan olmasın, təkərlərinin ortasına qədər suyun içində dayanmış “Jiquli” taksilərdən birinə işarə etdim ki, yanıma sürsün. Ondan məni qarşısı təmiz, palçıqlı olmayan marketlərdən birinə aparmasını xahiş etdim...
Geri qayıdarkən yenə bazarın qarşısına gəlib, Bakıya gedən taksilərdən birinə minməliydim. Ancaq qohumlar deyəndə ki, maşınlar artıq oradan getmir, sevindiyimdən onları təkrar qucaqlayıb-öpmək istədim. “Bəs haradan gedir?” sualıma cavab verdilər ki, “Təzə Bazarın qabağından!” “Təzə Bazar? Məgər İmişlidə təzə bazar var?” – sevinc qarışıq təəccübümü gizlədə bilmədim. “Hə, “Stəkan-Nəlbəki”nin yanında təzə bazar tikiblər, bazar işləmir, amma Bakı maşınları indi ordan gedir...” – dedilər.

Qohumlardan biri məni öz “07”-sində deyilən təzə bazarın qarşısına gətirdi. Bakıya yola düşəcək ilk taksinin hələ sərnişini yox idi, odur ki, ilk müştəri mən oldum. Yola çıxmaq üçün gərək daha üç nəfər gələydi, ya da maşının pulunu təkbaşına ödəməliydim. Təbii ki, gözləməyə üstünlük verdim. Çantamı maşının yük yerinə qoyub, telefon nömrəmi sürücüyə verdim ki, maşın dolanda xəbər versin və ətrafı dolaşmağa başladım.
Buralar uşaqlığımın keçdiyi Araz çayı sahilindən, onun üzərindən keçən körpüdən azca aralıdır. O vaxtlar çox hissəsi boşluq olan bu ərazidə təkcə rayon Mərkəzi Xəstəxanası, bir də az əvvəl haqqında danışdığım köhnə bazarla eyni vaxtda və təxminən eyni materiallardan quraşdırılmış “Stəkan-Nəlbəki” restoran-çayxanası vardı. Ancaq indi hər tərəf müasir tikililər və binalarla dolmuşdu.
Təzə Bazarın qarşısında dayandığımdan ilk olaraq elə ondan başlayım. Buralar son dərəcə abad idi, hər tərəfə asfalt və daş plitələr döşənmişdi. Bazarın alaqıpısı müasir üslubda dizayn olunmuş, görünüşü cəlbedici idi. İstər-istəməz içəri keçdim. Hər tərəfinə asfalt və daş döşənmiş, təxminən üç yüzə qədər müxtəlif ölçülü yeni, müasir tipli mağazalardan ibarət geniş ərazidə ins-cins gözə dəymirdi, qu desəydin qulaq tutulardı. Yaxınlaşıb bir-iki mağazanın pəncərəsindən işəri baxdım. İçəridə gözəl rəflər, piştaxtalar, hətta kondisionerlər, su kranları vardı. Geniş və işıqlı otaqlar içərisində müasir üslubda olan yeməkxana da gözümdən yayınmadı. Hətta namaz otaqları da vardı. Bazardan çıxarkən sağ tərəfdəki təmiz və səliqəli ayaqyoluna baş çəkdim, suyu da gəlirdi. Palçıqdan girilməsi mümkün olmayan köhnə bazarda çətin ki belə şərait olaydı.
Bazardan çıxdım. Onun tam yanında “Olimpiya kompleksi”nin müasir bir binası ucalır. Qarşısında nə olduğunu bilə bilmədiyim daha bir qəşəng və müasir bina ucalırdı. Sol tərəfdə benzindoldurma stansiyası, maşın təmiri sexi, yeməkxana və başqa ticarət obyektləri vardı. Təxminən 300 metr aralıda isə çoxmərtəbəli yaşayış binaları gözə dəyirdi. İstər-istəməz düşündüm: niyə ticarətçilər, şəhər əhalisi, ən azından şəhərin cənub tərəfində, buralara yaxın yerlərdə, elə bu binalarda yaşayanlar, Arazın cənub sahilindəki kəndlərdən gələnlər belə gözəl, təmiz, səliqəli, müasir bazarı qoyub, palçıq içində olan, tamamilə dağılmış, antisanitar vəziyyətdə ola bir yerə üz tuturlar?
Elə bu haqda düşünürdüm ki, telefonum zəng çaldı. Sürücü idi, maşının dolduğunu və çıxa biləcəyimizi xəbər verdi.
Yol boyu ordan-burdan, ölkədəki vəziyyətdən, bahalıqdan, rayonumuzun durumundan söhbət edərkən qəsdən bazar mövzusunu da ortaya atdım ki, təzə bazarın niyə boş qaldığını öyrənim. Doğrusu, bir vaxtlar köhnə bazarla bağlı qalmaqallar, mübahisələr haqqında ucundan-qulağından eşitmiş, hətta mətbuatdan bu məsələyə yüksək vəzifəli dövlət məmurlarının adlarının qarışdığı haqda da oxumuşdum. Ancaq təzə bazarla bağlı heç nə eşitməmişdim. Sürücü dedi ki, Təzə Bazar 2013-cü ildə istifadəyə verilmişdi və bir ilə yaxın çox yaxşı da işlədi. “İcarə haqları aşağı olduğundan (ilk vaxtlar hətta almırdılar), qiymətlər nisbətən ucuz idi. Bazarın nəzdində fəaliyyət göstərən “Samara-Market” ən zəruri ərzaq mallarını, xüsusilə də unu maya dəyərindən aşağı qiymətə satırdı. Müştərilərə verilən kuponlar əsasında ayda bir dəfə uduşlar keçirilirdi. İki nəfər xarici avtomobil uddu. Onlarla insan televizorlar, soyuducular, digər məişət avadanlıqların pulsuz qazandılar. Elə biz özümüz də, yəni Bakıya işləyən sürücülər də bura o vaxt gəlmişik. Sonradan nə oldusa, kim neylədisə, bazar dağıldı, hamı yenidən köhnə bazara qayıtdı. Ancaq biz burada qaldıq. Ən azından ayağımız quru yerdədir, maşınlarımız, üst-başımız palçığa batmır, yoxsa şəhərə çatmamış gərək “moyka”ya girəydik”.
Amma nə sürücü, nə maşında olan digərləri sonradan nə baş verdiyi haqda heç demədilər. Mənə elə gəldi ki, onlar nəsə bilirlər, amma deməyə çəkinirlər. Yəqin yenə nəsə yuxarılarla bağlı məsələ idi...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər