Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-09-2016 13:39 | Bölmə: İqtisadiyyat / Müsahibə

Teyyub Əliyev: "İlk növbədə inhisarçılığın qarşısı alınmalı, məmur sahibkarlığına son qoyulmalıdır”
Təkamül Partiyasının sədri, tanınmış iqtisadçı alim Teyyub Əliyev Reyting.az-a müsahibəsində deyib ki, hesablamalarına görə, bugünkü günə real olaraq dollar-manat nisbəti 1 dollar: 2,3 manat çivarındadır. Onun iddiasına görə, əgər hökumət ölkənin idxaldan aılılığının azaldılması üçün təxirəsalınmaz tədbirlər görməsə, ilin axırına kimi, bəlkə də daha tez, qeyd etdiyi məzənnə nisbətinin şahidi olacağıq:
- Real və ciddi iqtisadi islahatlar həyata keçirilməsə, inhisarçılığa real olaraq son qoyulmasa, ölkəmizdə iqtisadi aktivlik azalacaq, idxaldan asılılıq artacaq, işsizliyin səviyyəsi yüksələcək.
Düzdür, son zamanlar iqtisadi islahatların həyata keçirilməsi üçün təqdirəlayiq qərarlar qəbul edilib. Amma onların icra mexanizmi olmadığından nəticələri hələ ki, nəzərə çarpmır.
- Bəs qiymət artımı necə olacaq?
- Qiymətin artmasının qarşısının alınması üçün ölkədə əmtəə və xidmətlərin istehsalının artmasına nail olmaq lazımdır. İdxaldan asılılıq qaldıqca bahalaşma davam edəcək. Ölkədə real iqtisadi islahatlar zəif getdiyindən qiymətlərin artmaqda davam edəcəyi real görünür.
- Bir sıra məhsulların qiyməti qalxır və bundan sonra qalxacağı da istisna olunmur. Bu bahalaşma nə ilə nəticələnə bilər? Narazılıq böyüyərək sosial partlayışla nəticələnə bilərmi?
- Demək olar ki, bütün məhsulların qiyməti günbəgün qalxır. İndi kənd təsərrüfarı məhsullarının mövsümi dövrüdür. Bu və digər səbəblərdən qiymət artımları hələlik ciddi narazılıq doğurmur. Amma 1-2 aydan sonranı proqnozlaşdırmaq çətindir...
Ümid edək ki, hökumət mənsubları vəziyyəti düzgün qiymətləndirib, sosial partlayışın baş verməməsi üçün qabaqlayıcı və təsirli tədbirlər görəcəklər.
- Hökumət hansı addımları atmalıdır?
- Qeyd etdiyim kimi, ilk növbədə inhisarçılığın qarşısı qəti surətdə alınmalı, məmur sahibkarlığına son qoyulmalı, bank sektoru üzərində məmur nəzarəti, məmur sahibkarlığı aradan qaldırılmalı, bank sektorunun fəaliyyətinin sağlamlaşdırılması üçün ciddi tədbirlər həyata keçirməlidir. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və canlandırılması üçün bank faizləri əhəmiyyətli surətdə aşağı salınmalı, istehsal sahibkarlığı stimullaşdırılmalıdır.
- Ümumiyyətlə, hazırkı vəziyyəti nəzərə alsaq, hökumətimizin iradəsini və bacarığını göz önünə gətirsək, qarşıdakı dövrdə Azərbaycanı nə gözləyir?
- Manatın kəskin devalasiyasından keçən il yarım ərzində hökumətin fəaliyyəti nəzərə alınarsa, müsbət nəsə gözləməyə dəyməz. Ciddi iqtisadi islahatların aparılmasında yalnız ölkə başçısı maraqlı görünür, bu məqsədlə müvafiq sərəncamlar, fərmanlar qəbul edir. Ancaq bu sərəncamların, fərmanların yerinə yetirilməsinə nəzarət kifayət səviyyədə deyil. Ümid ona qalır ki, referendumdan sonra təyin ediləcək vitse-prezidentlər bu sahədə müəyyən dönüş yaradacaqlar.
Aparılmış yanlış iqtisadi siyasət nəticəsində Azərbaycan idxaldan asılı vəziyyət düşüb. Bunun, eləcə də, yanlış məzənnə siyasətinin nəticəsidir ki, həm istehsal istehlakı, həm də şəxsi istehlak mallarının qiyməti artmaqda davam edir. Ona görə də hökumətin bir nömrəli vəzifəsi ölkənin idxaldan asılılıq səviyyəsini azaltmaqdır. Bunun üçün əsas diqqət istehsal sahələrinin inkişafına yönəldilməlidir.
- Azərbaycanın nicat yolu hansı sahənin inkişafındadır? Turizm, kənd təsərrüfatı, sənaye...
- Azərbaycanın nicat yolu emal sənayesi sahələrinin, ilk növbədə qida məhsulları istehsal edən sahələrin inkişafına nail olmaqdadır. Bunun üçün respublikamızın bütün regionlarında kifayət qədər xammal bazası və işçi qüvvəsi var. Kənd təsərrüfatının inkişafı üçün yubanmadan iri fermer təsərrüfatları yaradılmalıdır.
Turizmin inkişafı üçün infrasruktur yaxşılaşdırılmalı, xidmət mədəniyyəti yüksəldilməli, turizm xidmətlərinin (bütün növ) qiymətləri ciddi şəkildə aşağı salınmalıdır.
Reyting.azBölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər