Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-02-2026 17:55 | Bölmə: Siyasət

Danışıqlar prosesini sürətləndirmək üçün Ukrayna nümayəndə heyətinin Rusiya lideri Vladimir Putinlə şəxsi danışıqlar aparmaq üçün Moskvaya göndərilməsi ehtimalı nəzərdən keçirilir.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovla əlaqəli “Telegram” kanalı “Ukraine Context” məlumat yayıb.
Bunun səbəbi, hazırkı Rusiya danışıqlar qrupunun Kremldə heç bir təsirinin və müharibənin tənzimlənməsi ilə bağlı vacib qərarlar qəbul etmək səlahiyyətinin olmamasıdır. Bu səbəbdən danışıqlar faktiki olaraq “dayanmış vəziyyətdədir”.
Məlumata görə, Əbu-Dabidə keçirilən son danışıqlarda nümayəndə heyətlərinin görüş yerinin dəyişdirilməsi təklifi irəli sürülüb. Hesab olunur ki, bu, danışıqlarda irəliləyiş əldə olunmasına kömək edə bilər.
Bundan əlavə, “Telegram” kanalı əlavə edib ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner “təhlükəsizlik zaminləri” ola bilərlər. Onların təyyarəsi ilə Ukrayna danışıqçılarının Moskvaya gətirilməsi və hər iki nümayəndə heyətinin Putinlə birbaşa danışıqlar aparması barədə təkliflər səslənirdi.
“Lakin buna baxmayaraq, Rusiya Federasiyasının 2023-cü ildə saxta ittihamlarla qiyabi olaraq “həbs etdiyi” Kirill Alekseyeviç Budanovun iştirakı sual altındadır”, - “Telegram” kanalı vurğulayıb.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirmişdi ki,Ukrayna nümayəndə heyətiMoskvaya gəlmək qərarı verərsə,onların təhlükəsizliyinə taminat veriləcək: “Moskva dəfələrlə Ukrayna tərəfini, xüsusən də Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlara dəvət edib”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər