Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-02-2026 15:24 | Bölmə: Siyasət

Azərbaycan Beynəlxalq Bankının (ABB) son dövrlər problemlərlə üzləşmiş “Bank BTB”ni almaq ərəfəsində olduğu bildirilir. Son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də otururlar. (mənbə: yurd.media). Ötən ilin sonuna olan məlumatlar əsasında mütəxəssislərin apardıqları təhlillər göstərir ki, “Bank BTB” faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.
Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır.
Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.
"Bank BTB"-nin balansındakı əsas risklərdən biri kredit portfelinin böyük hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsidir. 2025-ci ilin son rübünə olan məlumatlara əsasən, bankın kreditlərinin təxminən 70 faizi ipoteka və daşınmaz əmlakla bağlıdır. Biznes kreditlərinin payı cəmi 14 faizə, istehlak kreditlərinin payı isə 14 faizə yaxındır.
Hesabatlar "Bank BTB"-də ciddi likvidlik uyğunsuzluğunun mövcud olduğunu ortaya qoyub. Bankın aktivlərinin böyük hissəsi beş ildən artıq müddətə verilmiş kreditlərdən ibarətdir, halbuki bu aktivlər əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilib. Bu vəziyyət bankı daimi olaraq əmanətlərin yenilənməsindən asılı vəziyyətə salıb. “Azərbaycan Beynəlxalq Bankı” iddianı nə təsdiq, nə təkzib edib.
İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, Mərkəzi Bankın sədri son çıxışında hər hansı bankın böhran ərəfəsində olmadığını deyib:
“Yəni hansısa bankın lisenziyasının ləğvi, bağlanması gözləntisi yoxdur. Sözügedən banka gəlincə, onun iki milyondan artıq mənfəəti var. “Bank BTB” özü də 2025-i mənfəətlə bağladığını açıqlayıb. Sadəcə, adıçəkilən bankın mülkiyyətçiləri haqda xəbərlər yayılıb, problemləri olduğu bildirilib. Yəni hamının bildiyi kimi, bankın keçmiş məmurun ailəsinə bağlı olduğu haqda mətbuatda məlumatlar var. Bu da banka diqqəti artırır. Ancaq “Bank BTB”-nin başqa banka birləşməsində hər hansı problem görmürəm”.
X.Kərimli nəzərə almağa çağırır ki, bankın aktivləri onsuz da böyük deyil:
“Ona görə də başqa bir banka birləşməsi ölkənin ümumi bank sektoru üçün ciddi problem yaratmayacaq. Çünki 22 bank içərisində ən kiçiklərindən biridir, yəni bağlanması maliyyə sistem üçün böyük əhəmiyyət kəsb etmir. Oa bilsin ki, səhmdarlarla bağlı yaranmış problemlər onun digər böyük banka birləşməsinə gətirib çıxara bilər. Hətta bunun səmərəli qərar olacağını gözləyirəm. Çünki “Bank BTB”-nin iqtisadiyyatda rolu demək olar ki yoxdur…”
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər