Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
Tarix: 11-02-2026 08:43 | Bölmə: Siyasət

Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək

İran İslam Respublikasına havadan hücumlar edilərsə belə, Tehranda rejim dəyişikliyi baş verməyəcək.

Reyting.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə CNN Türk telekanalına müsahibəsində danışıb.

O bildirib ki, burada problemli bir məsələ var, lakin bu, rejim dəyişikliyi ilə bağlı deyil və müharibə olsa belə, ona gətirib çıxarmayacaq: “Mən İranla bağlı konkret ssenarilər üzərində spekulyasiya etmək istəmirəm, amma nə hava zərbələri, nə də başqa hərəkətlər rejimi dəyişməyəcək. Bunlar boş illüziyadır”.

Qeyd edək ki, H. Fidanın bəyanatı ciddi əks-səda doğurub.

E. KAMAL





Bölməyə aid digər xəbərlər