BMT Baş katibi nüvə silahları ilə bağlı Moskva və Vaşinqtona müraciət edib
Tarix: 05-02-2026 08:40 | Bölmə: Siyasət

BMT Baş katibi nüvə silahları ilə bağlı Moskva və Vaşinqtona müraciət edib

BMT Baş katibi Antonio Quterreş Moskva və Vaşinqtona müraciət ünvanlayıb.

Reyting.az xəbər verir ki, bu barədə A. Quterreş özü məlumat paylaşıb.

O, Rusiya və ABŞ-ı Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin müddəti bitdikdən sonra nüvə silahlarına nəzarət üzrə yeni saziş üzrə təcili razılığa gəlməyə çağırıb.

“Mən hər iki ölkəni təxirə salınmadan danışıqlar masasına qayıtmağa və yoxlanıla bilən məhdudiyyətləri bərpa edən, riskləri azaldan və ortaq təhlükəsizliyimizi gücləndirən varis çərçivə ilə razılaşmağa çağırıram”, - deyə A. Quterreş əlavə edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər