Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
Tarix: 09-02-2026 08:40 | Bölmə: Siyasət

Belçikada Rusiya-NATO təmasları aşkarlanıb

Rusiya NATO ilə əlaqə saxlayır və buraya diplomatik və hərbi əlaqələr daxildir.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfiri Denis Qonçar jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Rusiyalı diplomat deyib ki, səfirlik Rusiya tərəfinin fövqəladə təmas nöqtəsi olaraq qalır və NATO bundan xəbərdardır.

Qonçar ona da aydınlıq gətirib ki, təmaslar ilk növbədə konkret insidentlər zamanı gərginliyin azaldılmasına yönəlib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər