00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mirzə Həsən xan Pirniya - Ənvər Çingizoğlu yazır
Tarix: 14-05-2021 09:15 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar dövlətinin baş nazirlərindən biri də Mirzə Həsən xan Pirniyadır. O, siyasətçiliyi ilə yanaşı, tarixçiliyi ilə də tanınıb.
Həsən xan Mirzə Nəsrulla xan oğlu 1872-ci ildə İsfahan əyalətinin Nayin şəhərində anadan olub. Qardaşları Hüseyn xan və Əli xanla birgə özəl məktəbdə oxuyub və 1899-cu ildə Tehran Siyasi və Hüquq Universitetində təhsil alıb. Sonra Rusiyaya yollanıb. Rusiyada ali hüquq təhsili aldıqdan sonra İrana dönüb. Xarici İşlər vəzarətində çalışıb.
Həsən xan 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başlayıb. Rus, fransız, türk və ərəb dillərini bilib. 1907-ci ildən, atasının vəfatından sonra Müşirüddövlə ləqəbini daşıyıb.
Mirzə Həsən xan Müşirüddövlə 1907-ci ildən 1908-ci ilədək Qacarlar dövlətinin Xarici işlər vəziri olub.

Mirzə Mirzə Həsən xan Müşirüddövlə sonra Ədliyyə naziri kimi ilk konstitusiyanın yazılmasında rol oynayıb.
Mirzə Həsən xan Müşirüddövlə Mirzə Həsən Vüsuqüddövlə kabinəsində Ədliyyə naziri seçilib.
Mirzə Həsən xan Müşirüddövlə 4 dəfə İranın Baş naziri təyin edilib. Onun hökuməti dönəmində Şeyx Məhəmməd Xiyabani üsyanı, Mirzə Kiçik xan Cəngəli qiyamı və Rza xanın Qacar xanədanının yıxmağa başlaması ən önəmli olaylardır.
Mirzə Həsən xan Müşirüddövlə ilk dəfə 14 mart 1915-ci ildən 1 may 1915-ci ilədək Qacarlar dövlətinin rəisülvüzərası olub.
Mirzə Həsən xan Müşirüddövlə ikinci dəfə 3 iyul 1920-ci ildən 27 oktyabr 1920-ci ilədək Qacarlar dövlətinin Baş naziri postunu tutub.

Mirzə Həsən xan Müşirüddövlə üçüncü dəfə 20 yanvar 1922-ci ildən 11 iyun 1922-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub. Dövlət büdcəsinin təsdiqində fikir ayrılığı olduğu üçün vəzifəsindən istefa verib.
Mirzə Həsən xan Müşirüddövlə dördüncü dəfə 15 iyun 1923-cü ildən 28 oktyabr 1923-cü ilədək Qacarlar dövlətinin hökumətinə başçılıq edib. Daxili böhrana və Hərbi nazirlə konfliktə görə yenidən istefa verməli olub.
Onun Baş nazirliyi dönəmində Milli Məclis sədri qardaşı Hüseyn xan Mötəmənülmülk idi. O, Qacarlar dövrünün xeyirxahlığı ilə ad qazanmış şəxslərindən sayılırdı. Bir dəfə Həsən xan qardaşından parlamentdə məruzə etmək üçün vaxt alır. Çıxış səhər saat səkkizə təyin olunur. Səhər saat səkkiz olur. Müşirüddövlə vaxtında gəlib çata bilmir. Mötəmənülmülk saatına baxır və səkkizdən beş dəqiqə keçdiyini gördükdə deyir: “Daha Baş naziri içəri buraxmayın!” Beş dəqiqə sonra Müşirüddövlə özünü çatdırır, ancaq onu parlamentə buraxmırlar.
Mirzə Həsən xan Müşirüddövlə modern ədalət sisteminin qurucularındandır. İran Ədalət Divanını, modern məhkəmələri yaradıb və İran cəza qanununu həyata keçirib.
Mirzə Həsən xan Müşirüddövlə 1925-ci ildən sonra Pirniya soyadını qəbul edib.
Həsən Pirniyanın evindən hazırda Tehranda "Muşirüddövlə imarəti" adıyla muzey kimi istifadə olunur.

Həsən Pirniya tarixçi idi. Həyatının son on ilini elmi çalışmalarla və mədəni tədbirlərlə keçirib. Üç cildlik “Qədim İran tarixi” əsərini çap etdirib. Bu kitaba nəzər salaq.
Müəllif əsərinin birinci cildində etnik prosesləri izləyir. O, İranda və Yaxın Şərqdə, eləcə də Kiçik Asiyada etnosların (qəbilələrin, tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması haqqında antik yunan tarixçilərindən iqtibas etdiyi mülahizələrlə fikir formalaşdırır. Oxuculara təqdim olunan bu əsər irandilli xalqların etnogenezi probleminin araşdırılması sahəsində yeni addım idi. Ona qədər irandilli xalqların (talışlar, giləklər, mazandaranlılar, kürdlər, lorlar və tatlar) etnognezi problemi indiyədək İranın tarixi etnoqrafiyasında xüsusi tədqiqat predmeti olmayıb.
Maraqlıdır ki, paniranist bir tarixçi olan Həsən Pirniya adını qeyd etdiyimiz kitabında Şumer dilinin Ural-Altay dil qrupuna məxsus olduğunu yazır.

Həsən Pirniya kimi bəzi İran tarixçiləri iddia edirlər ki, Həxamənişlər “İrana girdiklərində divlərlə, yəni alçaq və mədəniyyətsiz əski yerli qövmlərlə rastlaşmışlar”. (H.Pirniya: ''Qədim İran Tarixi", I cild.)
Həsən Рirniуа hetlər haqqında bеlə yazır:
“Hetlər baradə 1840-cı ilədək məlumat əldə edilməmişdir. Anсаq indi məlum olmuşdur ki, оnlаr miladdan 1700 il əvvəl Kiçik Asiуаdа öz dövlətlərini уаrаtmışlаr və bu dövlət 1000 il mövcud olmuşdur. М. ə. VII əsrdə hetlərin yaratdıqları dövlət aşşurlar tərəfindən suquta uğradılmışdır." (H.Pirniya: ''Qədim İran Tarixi", I cild. s. 48-49).
"Aşşurlar Asiyada 500 il hökmrаnlıq etdilər. Onların itaətindən çıxan ilk əhali madilar oldu. Оnlаr azadlıqları uğrundа döyüşür, rəşаdət göstərirdilər. Вundаn sоnrа Asiyanın digər məzlum xalqları da tezliklə azad və müstəqil oldular”. (H. Pirniya, I cild. s,175).

Həsən Pirniya Xəzər dənizinin cənub-qərbində yaşayan kadusiləri talışların əcdadı hesab edərək “kadus” sözünün müasir “taluş”, “taliş” sözlərinin yunanlaşmış forması kimi təsdiqləyir. Həsən Pirniya bu mülahizə ilə bağlı yazır:
“Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. “Kadus” sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur”. (H.Pirniya: ''Qədim İran Tarixi", I cild.).
Həsən Pirniya özünün "İrane bostan" adlı əsərində Midiya atlarını belə təsvir edir:
"Gözəllik, dözümlülük və hərəkət sürətinə görə Midiya atları dünyada məşhur idilər". (H.Pirniya: ''Qədim İran Tarixi", I cild)
Həsən Pirniya Midiya əhalisi haqqında yazırdı:

"Tayfanın bir hissəsi çох qədim idi. Dörd yerə bölünürdülər. Onlаr döyüşçülər, tacir və mаldаrlаr təbəqəsindən ibarət idi. Sonrakı dövrlərdə burа ruhanilar və qəsbkarlar da əlavə оlundu. Midiya dövründə bu 4 təbəqə mövсud idi, çünki mağlar mad tayfalarlndan olub ruhаni təbəqəsini təşkil edirdilər. Sоnrаlаr Bardiyanın hökmranlığı dövründə mаğların dövlətdə mövqeyi güclənmiş və Madın dövlət məzhəbinin rəsmiləri olmuşdular”. (Н. Pirniya. I cild. s. 307).
Həsən Pirniya Pliniyə istinad edərək yazır:
“Plini yoncanı Midiya otu (Herba Medica) adlandıraraq demişdir: onu iranlılar Daranın Avropaya qoşun çəkdiyi dövrdə o qitəyə aparmışlar”. (H.Pirniya: ''Qədim İran Tarixi", I cild)
Həsən Pirniyanın kitabında dalanlı, düyünlü məsələlər çoxdur. Amma ilk təşəbbüs olduğu üçün təqdirəlayiqdir.
Mirzə Həsən xan Pirniya 8 noyabr 1935-ci ildə Tehran şəhərində vəfat edib.
Mirzə Həsən xan Pirniya Mirzə Əhməd xan Əlaüddövlənin qızı Şükuh xanımla ailəli olub. Davud xan adlı oğlu var idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər