00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Rza şahın tacgüzarlığı - Ənvər Çingizoğlu yazır
Tarix: 28-07-2021 17:52 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Rza xanın atası Abbasəli xan (bəzi qaynaqlara görə Dadaş bəy) (1815-1878) Savadkuhda sərhəng (polkovnik) rütbəsində xidmət edib. Anası Nüşafarin Zəhra xanım qafqazlı mühacir olub. Soyca İrəvan ayrımlarındandır.
Rza xan 1895-ci ildən 1921-ci ilədək İran Kazak briqadasında xidmət edib. Adi kazak sıravisindən sərtib (briqadir) rütbəsinədək yüksəlib.
Rza xan Sərdar Sipəh 1920-ci ildə Tehrana hücum planı hazırlayıb. Onunla əlbir olan zabitlər: sərtib sevvum Əhməd ağa (Əmir Əhmədi), sərhəng tamam Mürtəza xan (Yəzdanpənah), sərhəng duvvum Məhəmməd xan Zəkəriyya (Şahbəxti), sultan Rzaqulu xan (Əmir Xosrovi) və Bağır xan Bəmbi (Nikandiş). Onlar Mehrabada daxil olublar.
Əhməd şahın zəifliyini və imperializmin istəklərini icra etməyə boyun əymədiyini görən İngiltərə müstəmləkəçiləri İrandakı siyasətini başqa bir pərdə altında həyata keçirməyə başlayıb. Onlar Londonda Tehranın siyasət səhnəsi üçün yeni bir proqram hazırlayıblar. Nəzərə alınıb ki, ingilislərlə yaxın əlaqəsi olan Seyid Ziyaəddinin başçılığı ilə gizli komitə təşkil edilsin. Bu komitənin vəzifəsi dövlət çevrilişi hazırlamaq olub. Bu çevrilişin icraçı qüvvəsi İran kazak briqadası olmalı idi ki, o vaxt cəngəllilərlə vuruşmaq üçün Qəzvində yerləşirdi. Kazak polkovniki Rza xan ingilis agenti Ayren Sayd ilə Qəzvində görüşüb onun göstərişi ilə kazak dəstələrini 21 fevral 1921-ci ildə Tehranın üzərinə yeridib, dövlət idarələrini tutub və dövlət çevrilişi edib. Bu çevriliş nəticəsində Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə yeni hökumət yaradılıb. Rza xan şahın fərmanı ilə «Sərdar-e Sipəh» ləqəbi alıb kazak dəstələrinin komandanı təyin edilib.
Rza xan Sərdari-Sipəh 1921-ci ilin aprel ayında Hərbi nazir vəzifəsinə keçib.

Seyid Ziyaəddinin başçılıq etdiyi hökumətin əsasən iki məqsədi var idi: İranda milli azadlıq hərəkatını yatırtmaq, İran-Sovet münasibətlərinin yaranması və inkişafına mane olmaq. Lakin imperializmin bütün təşəbbüslərinə baxmayaraq 1921-ci ilin fevral ayının 26-da Sovet-İran müqaviləsi Moskvada imzalanır. Bu müqavilə ilə Sovet-İran münasibətlərində tamamilə yeni bir mərhələ başlayır. İranın mütərəqqi mətbuatı və cəmiyyətləri bu müqaviləni alqışlayıblar, şairlər sovet hökumətinə, V. İ. Leninə öz dərin minnətdarlıqlarını səmimi şeirləri ilə ifadə ediblər.
Seyid Ziyaəddinin «Qara kabinet» adlanan hökumətin başında cəmi 90 gün qalıb. Rza xanla olan münaqişə və ixtilaflarına görə, eləcə də sarayın və Əhməd şahın Seyid Ziyaəddinə olan nifrətinə əsasən 1920-ci il may ayının 25-də şahın əmri ilə onun baş nazirliyinə son qoyulub. Seyid Ziyaəddinin yerinə bir qədər əvvəl Xorasan valisi olub, Məhəmmədtağı xan Püsyan tərəfindən Məşhəddə tutularaq Tehrana göndərilmiş Əhməd xan Qəvamüssəltənə zindandan çıxarılıb Baş nazir təyin edilir. Bu kabinədə də Rza xan Hərbi nazir vəzifəsində qalır. İranda azadlıq hərəkatının birinci düşməni olan Rza xan həm öz intiqamını Məhəmmədtağı xandan almaq, həm də İngiltərə imperializminin göstərişini yerinə yetirmək üçün Xorasana silahlı qüvvə göndərib, oradakı feodal başçılarını da ayağa qaldırıb, Xorasan üsyanını qan dənizində boğub.
İngiltərə imperializmi çarizmin süqutundan sonra İranı tam müstəmləkəyə çevirmək ümidini itirsə də, öz mövqelərini imkan daxilində möhkəmləndirməyə, İngilis-İran neft şirkətini qorumağa, Şahənşah bankını, kapitulyasiya rejimini saxlamağa, öz casuslarını hökumət orqanlarına yerləşdirməyə imkan tapıb. Eləcə də İngiltərə imperializmi İranda sosializm ideyalarının yayılmasının qarşısını almaq, iki qonşu ölkənin normal dostluq münasibətlərinin yaxşılaşmasına əngəl törətmək, qarətçilik siyasətini burada davam etdirmək üçün Rza xanı ən əlverişli adamı hesab edib onun mövqelərini hər vasitə ilə gücləndirib. Rza xan İran ictimaiyyətinin gözünü qamaşdırıb rəğbətini qazanmaq üçün əvvəlcə «Cümhuriyyət» şüarını ortalığa atıb. Bunun bir səbəbi də İranın Əsas qanununda şahlığın Qacar sülaləsinə məxsus olması maddəsi idi. Cümhuriyyət şüarını ortalığa atmaqla şahlıq üsul-idarəsinə ağır zərbə vurmaq məqsədi güdülürdü. Bununla Rza xan hakimiyyəti ələ almaq üçün çoxdan düşündüyü məqsədinə çatmaq, yolunu təmizləmək niyyətində idi. Lakin İranın mütərəqqi mətbuat orqanları, eləcə də Məclis bu şüarın arxasında nələrin ⎯ hansı siyasi-ictimai məqsədlərin gizləndiyini duyub güclü müqavimət göstərib. Buna görə də Rza xan əlində olan hərbi qüdrətdən maksimum istifadə etməklə Məclisdə öz tərəfdarlarını hər vasitə ilə artırıb. Əhməd şahın da Avropada olması və zəifliyi Qacar sülaləsinin süqutunu sürətləndirib. Rza xanın 1921-ci il çevrilişindən sonra bütün ixtiyarı əlinə alması da bu işdə az rol oynamayıb.

Rza xanın 1921-ci il çevrilişi Böyük Britaniya tərəfindən dəstəklənib. İngilislər ona silah-sursat veriblər. Böyük Britaniya Rusiyanın İranı tərk etməsini istəyib, çünki onların müstəmləkəçiliyini Hindistana təhlükə olaraq görüb. Son dövrlərdə güc sahibi olan şahların heç biri güclü və bacarıqlı insanlar deyildilər. İran ruslara qarşı iki döyüşü itirmişdi və günbə-gün xarici istilanın ölçüsü artırdı. 1921-ci ildə ruslardan dəstək alan Mirzə Kiçik xan Gilan Sovet Respublikasını elan edib. Eyni zamanda Xorasan kürdləri öz bölgələrində qarışıqlıq yaratmağa başlayıblar.
Təbatəbai ilə qurduqları hökumət 100 gün davam edib. Sonda Rza xan hakimiyyəti ələ keçirib Baş nazir olub. 26 oktyabr 1923-cü ildə Rıza xan Baş nazirliyə başlayıb və Sultan Əhməd şah Britaniya səfirliyinə, sonra isə Avropaya qaçıb.
Bütün İranda mərkəzi dövlət hakimiyyətini möhkəmləndirmək adı altında əslində hərbi diktatura quruluşu yaratmış Rza xan 1925-ci ilin sonlarında (31 oktyabr) Qacar sülaləsini devirib. Rza xan dekabrın 12-də özünün Rza şah Pəhləvi soyadı ilə İranın irsi şahı elan edilməsinə nail olub. Üç gün sonra - 15 dekabr 1925-ci ildə, o, şahlıq taxtına əyləşib və rəsmi olaraq Pəhləvi xanədanını qurub.

Rza şahın tacgüzarlığı 15 dekabr 1925-ci ildə baş verib. Tacqoyma mərasimi Tehranda Gülüstan sarayında keçirilib. Tacgüzarlıqda iştirak edən dövlət məmurları:
1. Məhəmmədəli Füruği – Baş nazir, kəyan tacını götürmüşdü;
2. Əbdülhüseyn xan Teymurtaş – Saray naziri, pəhləvi tacını götürmüşdü;
3. Abdulla xan Əmir Təhmasibi – Hərbi nazir, Nadir şahın qılıncını götürmüşdü;
4. Əsədulla xan Əsəd – Poçt və Teleqraf naziri, Mirvari tacı götürmüşdü;
5. Fatimi – Ədliyyə naziri, səltənətin cavahiratla bəzənmiş əsasını götürmüşdü;
6. Mirzə Ələkbər xan Davər – Faydalar naziri, “Dəryayi-Nur” brilyantını götürmüşdü;
7. Hüseyn Dadgər – Daxili işlər naziri, səltənət qalpaqını götürmüşdü;
8. Murtuzaqulu xan Bayat – Maliyyə naziri, Rza şahın timsalını götürmüşdü;
9. Əhməd ağa Əmir Əhmədi – Əmniyyət rəisi, səltənət gürzünü götürmüşdü;
10. Nəsrulla xan Ayrım – general-mayor, Şah İsmayıl Səfəvinin qılıncını götürmüşdü;
11. Abbasqulu xan Cəlayır - general-mayor, səltənət qalxanını götürmüşdü;
12. Əli xan Nəqdi – general-mayor, Şah Abbas Səfəvinin qılıncını götürmüşdü;
13. Mahmud xan Ənsari – general-mayor, bəzənmiş qılınc götürmüşdü;
14. Hüseyn ağa Xüzai – general-mayor, səltənət təbərzinini götürmüşdü;
15. İsmayıl xan Şəfai – general-mayor, Şah İsmayıl Səfəvinin zirehini götürmüşdü;
16. Həbibulla mirzə Cahanbani – general-mayor, Nadir şahın kamanını götürmüşdü;
17. Qasım xan Vali – general-mayor, süslənmiş oxqabı götürmüşdü;
18. Mirzə Davud xan Miftah – Xarici işlər naziri;
19. Çıraqəli xan Pəhləvi – Rza şahın pişkarı;
20. Mirzə İnayətulla xan Səmii – Tehranın valisi;
21. Mahmud xan Cəm – Baş nazirin müavini;
22. Mirzə Yusif xan Müşar – Maarif naziri əvəzi.

Zərdüşti olan Ərbab Keyxosrov həm də vəzifə sahibi kimi tacgüzarlığa qatılıb. Mirzə Həsənəli xan Qaffari Xarici işlər vəzarətinin yüksək çinli nümayəndəsi kimi xarici qonaqları qarşılayıb.
Sərtib Mürtəza xan Yəzdanpənah Rza şahın əyləşdiyi kolyaskanın sağ işığının, sərtib Həbibulla xan Şeybani sol işığın yanında dayanıblar.
General-mayor Xudayar xan Xudayari səltənət bayrağını tutub; Nəzmiyyə rəisi olan sərhəng Məhəmməd xan Dərgahi, bələdiyyə rəisi olan sərhəng Kərim ağa Buzarcamehri bayraqdarlar idilər.
General-mayor Mahmud xan Ayrım cənub ordusunun komandanı kimi, sərtib Canməhəmməd xan Dəvəli-Qacar şərq qoşunlarının komandanı kimi, Məhəmmədhüseyn xan Ayrım şimal-qərb qoşunlarının komandanı kimi paradda iştirak edib.
Vəliəhd böyük oğlu Məhəmmədrza təyin edilib. O, xüsusi geyimdə tacgüzarlıqda iştirak edib.
Ali ruhanilərdən Hacı Mirzə Yahya İmamcümə Xoyi və Ağa Mirzə Seyid Məhəmməd Bəhbəhani iştirak ediblər.
Rza şahın tacgüzarlığı bağlı xüsusi xütbə oxunmuş, sikkə zərb edilib. Xütbəni Tehranın İmamcüməsi oxuyub.

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər