00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Əliəsgər Hikmət: Hikmətin atası - Ənvər Çingizoğlu yazır
Tarix: 11-03-2022 21:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran mətnşünaslıq elminin görkəmli nümayəndələrindən biri mənalı ömrünün çoxunu bu çətin və şərəfli işə həsr etmiş ədəbiyyatşünas alim Əliəsgər Hikmətdir. O, fundamental tədqiqatları ilə yanaşı, geniş mətnşünaslıq fəaliyyəti və tərcümələri ilə də elmi mühitdə şöhrət qazanmışdı.
Əliəsgər Hikmət 16 iyun 1892-ci ildə Qacarlar dövlətinə bağlı Fars əyalətinin mərkəzi Şiraz şəhərində dünyaya gəlmişdi. Müəzzəmüddövlə (Heşmətülməmalik) Əhmədəli Mustovfinin oğlu idi. Əcdad və uluları elm adamları olmuşdular. Ana tərəfdən məşhur təbib Hacı Həsən xan Fəsainin nəvəsi idi. Bəzi tədqiqatçıların qənaətinə görə Hikmət yəhudi əsillidir.

Əliəsgər Hikmət orta təhsilinə “Mədrəse-ye Qədime-ye Mansuriyyə”də başladı. 1915-ci ildə Tehrana gedərək tanınmış alimlərdən dərs aldı. Sonra Tehran Amerikan Kolecinə daxil oldu. Bu kollecdən məzun olduqdan sonra Təhsil nazirliyində çalışmağa başladı (1919). 1925-ci ildə bu nazirliyə müfəttiş təyin edildi. Bir müddət bu vəifədə işlədikdən sonra 1927-ci ildə Ədliyyə nazirliyinə dəyişildi. 1930-cu ildə hüquq sahəsində incələmələr və çalışmalarla məşğul oldu və təhsilini tamamlamaq üzrə Avropaya getdi. 1932-ci ildə Sorbonna universitetinin ədəbiyat fakültəsini bitirdi. 1934-cü ildə Tehrana çağrılaraq Təhsil nazirliyində bir vəzifəyə təyin edildi, ayrıca Tehran universitetində İran ədəbiyatı dərsləri verməyə başladı.
Əliəsgər Hikmət 1935-ci ildə Tehran universitetinin rektoru təyin edildi. UNESCO İran Komissiyası və Milli Əsərlər Cəmiyyətinin sədri olaraq çalışdı. Bir müddət Xarici İşlər naziri və nazir müavini vəzifələrini daşıyan Hikmət 1953-cü ildə Hindistan səfirliyinə təyin edildi. Lahor, Dehli və Aliqarh universitetləri tərəfindən ona fəxri doktor ünvanı verildi. Daha sonra təqaüdə çıxdı (1957).
Əliəsgər Hikmət şəxsi kitabxanasındakı zəngin əlyazma və daşbasma kitab koleksiyasını Tehran universitetinin Ədəbiyat fakültəsi kitabxanasına bağışladı.
Əliəsgər Hikmət 5 mart 1980-ci ildə Tehran şəhərində vəfat etdi. Ana yurdu Şirazda dəfn edildi.

Əliəsgər Hikmət bir çox əsərləriin müəllifidir. Onun çap olunmuş əsərlərindən bəzilərini sadalayaq: “Uṣul-i fənn-i münəẓara” (Tehran, 1316 hş.); “Müṭalaʿa-i təṭbiqi-yi Romeo vü Culiyetta ba Leyla vü Məcnun” (Tehran, 1317 hş.); “Dərsi əz divan-i Ḥafiẓ” (Tehran 1319-1320 hş.); “Zindəgi-yi Cami və ya sadəcə Cami” (Tehran, 1322, 1363 hş.. Bu əsəri Türkiyə müəllif M. Nuri Gəncosman tərəfindən “Cami: Həyatı və əsərləri” adıyla Türk dilinə çevrilmişdir [3. basqı, İstanbul, 1991]); “Risalə dər Bab-ı Əmir ʿƏlişir Nəvai” (Tehran, 1326 hş.); “Parsi-yi nəġz” (Tehran, 1330 hş.); “Əms̱al-i Qurʾan” (Tehran, 1333 hş.); Nəqş-i parsi bər əḥcar-i Hind” (Kəlküttə, 1957; Tehran, 1338 hş.); “Sərzəmin-i Hind” (Tehran, 1337 hş.); “Nüh göftar dər tarix-i ədyan” (Şiraz, 1339 hş.; Tehran, 1341 hş.); “İslam əz nəẓərgah-i danişməndan-i qərb” (Tehran, 1340 hş.).
Görkəmli mətnşünas alim İranın klassik irsini tədqiq, tərtib və çapına bir ömür sərf etmişdi.
Əliəsgər Hikmət həm də şair idi. Onun divanı Sadat Nasıri tərəfindən “Söxən-i Ḥikmət” adıyla çap edilmişdir (Tehran, 1351 hş.).
Bu fədakar elm adamının xeyli tərcümələri də var. Nikola Həddad Mısrinin “Rah-i zindəgani” (həyat yolu) (Tehran, 1346 hş.); Şeksipirin “Əfsanə-i dilpəẕir” (Tehran, 1321 hş.); Yenə onun, “Pənc dram” (Beş dram) (Tehran, 1321 hş.); E. Braunun, “Əz Sədi ta Cami” (Sədidən Camiyədək) (Bu əsər E. Braununn “Literary History of Persia” adlı əsərinin III cildinin tərcüməsidir [Tehran, 1327 hş.]). Kalidasanın “Şakuntala ya ənguştər-i qomşudə” (Şakuntala və ya itmiş üzük) (Bu əsər V əsrdə yaşayan Hind şairi Kalidasanın Sanskrit ədəbiyatının şah əsərlərindən “Abhicnanaşakuntala” adlı oyununun tərcüməsidir [Bombay, 1336 hş.]); Lev Tolstoyun “Rəstaxiz” (Dirilmə) (Tehran 1339 hş.); Edvard Şier, “Əlvaḥ-i Babil” (Babil lövhələri) (Tehran, 1341 hş.); Corci Zeydanın “Əmin u Məʾmun” (Tehran, ts.) əsərini fars dilinə tərcümə etmişdir. Bədii tərcümədə orijinalın dilini bilmək, onu hərtərəfli anlamaq vacib şərtdir. Ə. Hikmət bir çox şərq və qərb dillərini bilirdi.
Görkəmli alimin Avropa ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən fars, hind ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələd olması, onun tədqiqatlarında özünü göstərir.

Rəşidəddin- Meybudinin, Xacə Abdullah Ənsarinin təfsiri olaraq da bilinən “Kəşfül-əsrar və ʿuddətül-əbrar” (Tehran, 1331-1339/1952-1960) adlı on cildlik əsəriylə Əmir Əlişir Nəvainin “Məcalisün-nəfais”ini (Tehran, 1323 hş.) nəşrə hazırlayan mətnşünas alim Əliəsgər Hikmətin dərgilərdə dərc olunmuş çox sayda məqaləsi var. Yorulmaz tədqiqatçının böyük səyi və gərgin əməyi sayəsində tarixin qaranlığında qalan əsərlər gün işığına çıxmışdı.
"Əmsali-Quran" kitabının müəllifi Əliəsgər Hikmət dəqiq araşdırmalardan sonra zaman ötdükcə camaat arasında məsəl kimi işlənən iki yüz qırx beş ayədən söz açır.
Əliəsgər Hikmətin araşdırmaları təkcə İran tədqiqatçıları tərəfindən deyil, eləcə də Avropanın iranşünas alimləri tərəfindən yüksək qiymətləndirilmiş, bir sıra araşdırmalarda ondan istifadə edilmişdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər