00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Kazım xan Səyyah: araqarışdıran.. - Fotolar
Tarix: 05-10-2021 09:59 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
“Mənim adım Kazım xan Səyyahdır. İran jandarmeriyasının kapitanıyam. Bu şəxs isə Böyük Britaniya qoşunlarının komandanı Edmund Ayronsayddır”. O özünü və ingilis nümayəndəsini Rza xan Savadkuhiyə belə təqdim edib.
Kazım xan Qacar elinin Sepanlı oymağındandır. Atası Rza çox məşhur adam deyildi.
Kazım xan 1895-ci ildə Tehran şəhərində doğulub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Sonra Osmanlı dövlətinə yollanıb, İstanbul şəhərində hərbiyyə məktəbində artileriya şöbəsində oxuyub. Məktəbi topçu zabit kimi bitirib. Osmanlı ordusunda xidmət edib. Kapitan rütbəsinədək yüksəlib.

Birinci Dünya müharibəsi ərəfəsində Beynəlnəhreyndə xidmət edib. İngilislərlə müharibədə əsir düşüb. Əvvəlcə ona ölüm hökmü oxunub. Sonra ölüm hökmünü həbslə əvəz ediblər. Bir müddət Hindistanda əsir düşərgəsində qalıb. Birinci Dünya müharibəsi başa çatandan sonra həbsdən azad olunub.
İrana dönəndən sonra yardım üçün Kazım xan Seyid Ziya Təbatəbaiyə müraciət edib. Onların tanışlığının maraqlı tarixi var. Böyük qardaşı doktor Zöhrab xan Yefrem xan Davidyantsla dostluq edirdi. Hər ikisi də 1912-ci ildə şahzadə Salarüddövləyə qarşı vuruşda öldürülüb. Zöhrab xan ölməmişdən əvvəl kiçik qardaşları Kazım xan və Əli xanı Seyid Ziyaya tapşırıb.
Kazım xan tutulandan sonra bacısı o zaman Baş nazir olan Mirzə Həsən xan Vüsuqüddövləyə (8 avqust 1918 – 3 Jiyul 1920) müraciət edib.
Qərəz, Tehrana dönən Kazım xan Seyid Ziya Təbatəbainin yardımı ilə jandarmeriyada işə düzəlib. 1919-cu ildə digər zabit yoldaşları ilə Maşallah xanın tutulmasında iştirak edib.

Kazım xan Səyyah zirəkliyi sayəsində dövlət işlərində təmsil olunmağa başlayıb. Hətta onu 1919-cu ilin payızında Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə danışıqlara gedən dəstənin tərkibinə daxil ediblər. 14 nəfərdən ibarət nümayəndə heyətinə Mirzə Musa xan Məfxəm əl-Məmalik, xarici işlər nazirinin katibi Seyid Bağır Kazimi, Daxili İşlər Nazirliyinin nümayəndəsi Yusif Muşar, Maarif Nazirliyinin nümayəndəsi Rza Fəhimi, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Rəhim Ərcümənd, Maliyyə Nazirliyinin nümayəndəsi Tərcüman əs-Sultan, Ümumi Mənfəət Nazirliyinin nümayəndəsi şahzadə Məhəmmədcəfər mirzə və digərləri daxil olub.
Diplomatlar 1919-cu ilin 6 noyabr tarixində “Qafqaz Merkuri” şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatıblar. Onları Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı Bakıda yaşayan iranlılar qarşılayıblar.
İran hökuməti öz nümayəndələrinin qarşısına iki mühüm məqsəd qoymuşdu. Onlardan birincisi Azərbayan hökumətini regional konfederasiyanın yaradılmasına razı salmaq, digəri iranlı tacirləri narahat edən gömrük, poçt və qeydiyyat kimi mühüm məsələlərin həllində Bakı ilə razılıq əldə etmək idi. Konfederasiya məsələsinə dair paralel olaraq Paris sülh konfransına ezam edilmiş İranın nümayəndəsi Firuz mirzə Nüsrətüddövlə (1889–1937) ilə Azərbaycan Respublikasının nümayəndəsi olan Əlimərdan bəy Topçubaşov arasında danışıqlar aparılıb. Nüsrətüddövlə xarici işlər nazirinə vurduğu teleqramda bu istiqamətdə Azərbaycan nümayəndə heyəti və Britaniya xarici işlər naziri olan lord Kerzonla geniş və faydalı müzakirələrin aparıldığını bildirib, Bakıya ezam edilmiş komissiyanın bu məsələ ilə daha yaxından məşğul olmasını xahiş edib.
Tərəflər arasında bir neçə ay davam edən danışıqlar nəhayət ki, 1920-ci ilin mart ayında uğurla başa çatıb.
İran heyətinin rəhbəri Seyid Ziyaəddin Təbatəbai bütün müqavilə və protokolları Kazım xan Səyyahın vasitəsilə Baş nazir Vüsuqüddövlənin təsdiqinə göndərir. Özü isə heyəti Bakıda qoyaraq bir sıra texniki məsələləri həll etmək üçün Ənzəliyə yollanıb.

Kazım xan İrana dönəndən sonra İran Kazak dviziyasının Qəzvin otryadına (dəstəsinə) qərargah rəisi göndərilir. Həmin dövrdə polkovnik Vsevolod Dmitriyeviç Staroselskini komandirlikdən kənarlaşdırıb, əvəzinə Sərdar Hümayun Qasım xan Vali təyin etmişdilər. Ona bu işdə Seyid Ziyaəddinin tapşırığı ilə Məsud xan Keyhan köməklik göstərirdi.
Bu dönəmdə 1921-ci il çevrilişinə hazırlıq gedirdi. Çevrilişin “rejissoru” ingilis generalı Edmund Ayronsayd idi.
Rza xan da həmin dönəmdə Qəzvin dəstəsində xidmət edirdi. Ümumi razılığa gələndən sonra Qəzvin dəstəsi Tehrana yollandı. Tehran yaxınlığındakı Şamabadda beş nəfərin - Rza xanın, Seyid Ziyaəddinin, sərtib Əhməd xan Əmir Əhmədinin, mayor Məsud xan Keyhanın və onun arasında bir andnamə hazırlandı. Hər kəs and içdikdən sonra çevrilişə başladılar.
Birinci çevriliş alındı. Rza xan Kazım xana sərhəng (polkovnik) rütbəsi verib, Tehran şəhərinin şəhribanısı (hərbi rəsi) təyin etdi. O, Seyid Ziyanın tapşırığı ilə dövlətin bir neçə aparıcı məmurunu qandalladı.
Kazım xan Səyyah 25 mart 1921-ci ildə Tehranın Yusifabad bölgəsinin jandarm rəisi təyin olundu. Bir ay sonra isə ordunun qərargah rəisi vəzifəsinə dəyişildi.
Kazım xan Səyyahın can dostu Seyid Ziyaəddin Təbatəbai çevirilişdən sonra Baş nazir (21 fevral 1921 – 4 iyun 1921) seçilmişdi.
Ölkədə demokratik hərəkatı yatırdıb, qayda-qanun yarada bilmədiyindən tezliklə mülkədar-burjua dairələri Siyid Ziyaəddinə qarşı çıxış etməyə başladılar. Əski aristokratiya onun “ifşaedici” çıxışlarından, eləcə də Qacar şahzadələrindən bəzilərinin həbsindən narazı idi. Artan ümumi narazılıqdan dövlət çevrilişinin əsas fiquru, kazak dviziyasının yeni komandiri mirpənc (general-mayor) Rza xan Savadkuhi istifadə edib, əski müttəfiqi Seyid Ziyaəddinə qarşı kampaniyaya qoşuldu. Nəhayət Seyid Ziyaəddin vəzifədən kənarlaşdırıldı.
Kazım xan Səyyah dostunu Almaniyaya müşaiyyət etməli oldu. Əvvəlcə İraqa, ordan Osmanlı məmləkətinə, ordan da Berlinə getdilər. O, Berlində 20 il ömür sürüb.
Burda Məhəmmədəli Camalzadənin, Rza Tərbiyyətin, Hüseyn, Tahirzadə Behzad və digərləri ilə birlikdə “Məclisi dustan” adlı məcmuə nəşr edib.

Rza şah Pəhləvi İrandan qovulandan sonra Tehrana dönüb. Heç bir iş təklifi almadığından İsfahana yollanıb. Ordakı Tətbiqi-Dekorativ İncəsənət fabrikinin direktoru olub.
Məhəmməd Müsəddiq 1951-ci ildə Milli Məclisdə neft sənayəsinin milliləşdirilməsi qərarının qəbulunda iştirak edir. Həmin il İranın Baş naziri vəzifəsinə təyin olunur və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. Bu zəmində onun İngiltərə-İran şirkəti ilə qarşıdurması baş verir. Kazım xan Səyyah Müsəddiqə qarşı çıxır. Yenə də siyasətçilər tərəfindən qəbul edilmir. Amma o, usanmır. “Səyyah” adlı gizli komitə yaradıb, dərin dövlət rolunu oynayır.
Kazım xan Səyyah 1970-ci ildə xəstəlikdən vəfat edir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər