00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Sadiq Rzazadə Şəfəq: Qüruba doğru - Fotolar
Tarix: 18-03-2022 10:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Alim adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, inadkar fəaliyyəti ilə yetişən şəxslərdən biri də Sadiq Rzazadə Şəfəqdir.
1896-cı ildə Təbriz şəhərində anadan olan Sadiq Rzazadə ibtidai təhsilini məhəllə mollaxanasında alıb. Orta təhsilini Amerikan Memorial Məktəbində (Presviteriyan missiya məktəbi) tamamlayıb. Məşrutə inqilabı dövründə məktəbli yeniyetmələrə qoşulub, səngərlərdə mücahidlərə yardım göstərib. “Fövci-nicat” təşkilatının üzvü olub. Müəllimləri Hovard Baskervil (10 aprel 1885, Nort-Platt, ABŞ – 19 aprel 1909, Təbriz) səngərdə öldürüləndən sonra dərsinə davam edib. 1910-cu ildə atası Ağa Rzazadənin nəşr etdiyi “Şəfəq” qəzetində yazılar dərc etdirib.

Sadiq Rzazadə Şəfəq 1911-ci ildə rusların Azərbaycanı işğal etməsi və Səməd xan Şücaüddövlənin onların dəstəyiylə Təbrizdə hakimiyyəti ələ keçirdiyi dönəmdə işğala qarşı etdiyi çıxışlar və yazdığı yazılar səbəbiylə qəzeti bağlanıb və özü edama məhkum edilib.
1911-ci ilin dekabrın 14-də Rusiya qoşunları Aşura günü mücahid və inqilabçılardan 80 nəfərə yaxını, o cümlədən ruhani Siqqətülislam, “Mərkəzi qeybi”nin və əncümənin üzvlərindən Şeyx Səlim, Sadiqimülk, Əli Mösyönün oğlanları 20 yaşlı Həsən və 18 yaşlı Qədir dara çəkilir. Mücahidlərin əmlakı müsadirə olunur, evləri dinamitlə partladılır. Sadiq Rzazadə 14 ay gizlənir. 1912-ci ildə fürsət tapıb, Osmanlı məmləkətinə qaçır.
İstanbulda xüsusi bir İran məktəbində (Dəbistan-i İraniyan) Fars dili müəllimi kimi çalışır. Bu arada “Robert Kolej”ə tələbə kimi qeyd olunur, 1914-cü ildə kollecdən məzun olduqdan sonra üç il müddətinə burada ingilis dili və coğrafiya müəllimi olur. İstanbulda ikən Tofiq Fikrətlə tanış olur; onun haqqındakı görüşlərini, ondan aldığı öyütləri ölümünün üçüncü il dönümündə çıxarılan “Düşüncə” dərgisinin özəl sayında nəşr etdirir.(1918)
1921-ci ildə İrana dönən Rzazadə Şəfəq, səkkiz ay sonra atasının bir müddət yanında çalışdığı zəngin bir iş adamı tərəfindən xəstə övladının müalicəsi üçün onunla birlikdə Berlinə göndərilir. Burada bir yandan “İranşəhr” adlı bir dərgidə dərc olunurkən, digər yandan da universitetin fəlsəfə fakültəsində oxuyur və 1928-ci ildə doktor elmi adını qazanaraq Tehrana dönür. Ali Müəllimlər məktəbində fəlsəfə, pedaqoji və İslam öncəsi fars ədəbiyyatından dərs deyib. 1929-cu ildə Tehran Universitetinin açılmasının ardından Ədəbiyyat fakültəsinin fəlsəfə şöbəsinə müəllim təyin edilib. Ümumiyyətlə, İran ədəbiyyatı üzərində çalışıb və müxtəlif yazılar qələmə alıb.
1940-cı illərdə siyasətə atılan Şəfəq Rzazadə 1943 və 1947-ci ildə Tehrandan millət vəkili seçilib. 1945-ci ildə Baş nazir Qəvamüssəltənənin başçılığı ilə siyasi və ticari müzakirələrdə iştirak etmək üçün Moskovaya gedən heyətdə yer alıb. O, vəfatına qədər siyasətdə olub və rəsmi vəzifələrlə müxtəlif ölkələrə səyahətlər edib. Daha sonra Məclis-i Senata senator seçilib.

Sadiq Rzazadə Şəfəq 1971-ci ildə Tehran şəhərində vəfat edib və Bihişt-i Zəhra gorgahında toprağa tapşırılıb.
Mükəmməl təhsili olan Şəfəq Rzazadə türkcə, farsca, ərəbcə, rusca, fransızca, ingiliscə və almanca bilirdi. Avropada oxuyub, doktorluq elmi işi müdafiə etməsi, Qərb düşüncəsini mənimsəməsi, təsirli və gözəl nitqi sayəsində yayğın bir şöhrət qazanıb, düşüncələri özəlliklə gənclər və ziyalılar tərəfindən qəbul edilib. Onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların uğurunu şərtləndirib.
Sadiq Rzazadə Şəfəqin elm adamı kimi ən qabarıq xüsusiyyətlərindən biri də tədqiqatçılıq məharəti və əzmidir. Onun ədəbiyyat və tarixlə bağlı tədqiqatları bu gün də iranşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.
Bir çox xarici ölkələrdə alimlərin elmi tədqiqatlarının dəyəri, ilk növbədə, onlara edilən istinadların sayı əsasında müəyyənləşir. Bir çox əcnəbi alimlərin istinad yeri olan alimin yaradıcılığının ilk dövrlərindən əsasən elmi-publisistik, fundamental əsərləri ilə nəzəri daha çox cəlb etməyə başlayıb. Onun elmi işləri müxtəlif ölkələrin sanballı elmi toplu və jurnallarında çap edilib.
Sadiq Rzazadə Şəfəqin çap olunmuş əsərləri elmi-ictimai nüfuzunu, yaradıcılığının ədəbi-tarixi dəyərini daha yaxından görməyə, duymağa və qiymətləndirməyə imkan yaradır. Rah-i Rehayi-yi İran (Tehran, 1345); Türk mütəfəkkirinin nəzər-i intibahına (Berlin, 1343); Se söxənrani (Tehran, 1318); Tarix-i ədəbiyyat-i İran (dərslik olaraq bir çox dəfə nəşr edilmişdir); Çənd bəḥs̱-i ictimaʿi (Tehran, 1340); Sürud-i mehr (divanı, Tehran, 1342); Dərshayi əz tarix (Tehran, 1342); İran əz nəẓər-i xavərşinasan (Tehran, 1350); Nadir şah əz nəẓər-i xavərşinasan (Tehran, 1339); Yadgar-i müsafirət-i Suvis (Tehran, 1327).

Sadiq Rzazadə Şəfəqin miqyaslı yaradıcılığında tərcümələri məxsusi yer tutur. Yek ruz əz zindegani-yi Daryuş (Ferdinand Justi, Tag aus dem Leben des Königs Darius, Tehran, 1314 hş.); Təhḳiḳ dər fəhm-i bəşər (John Locke, An Essays Concerning Human Understunding, Tehran, 1339); Tarix-i ədəbiyyat-i farsi (Hermann Ethe, Neu Persische Litteratur, Tehran, 1337); İskəndər Makedoni (Harold Lamp, Alexander of Macedon, Tehran, 1335); Kuruş-ı Kəbir (Harold Lamp, Cyrus The Great, Tehran, 1335); Ədyan-I Şərq u Qərb (Rad Krişnan, Tehran, 1344); Upanişad (Tehran, 1349); Tarix-i mütəṣər-i İran (Paul Horn, Tehran, ts.).
Sadiq Rzazadə Şəfəqin tədqiqatçı kimi araşdırmaları göstərdiyimiz nümunələrlə bitmir. Ayrıca İran və İstanbul mətbuat orqanlarında nəşr edilmiş bir çox məqaləsi, ədəbi və fəlsəfi yazıları da vardır.
Əbülqasım Firdovsinin "Yusif və Züleyxa" poeması İran adlı ərazidə "Ələmut Şeyxləri" hərəkatı başlayandan üzü bu yana, yəni XI yüzildən etibarən farslar tərəfindən mümkün qədər gizli saxlanılıb, hətta belə bir əsərin varlığı inkar edilib. Əsər kütləvi şəkildə ilk dəfə 1903-cü ildə Londonda nəşr olunub. Əsər həm də elmi mənbə olaraq, London Kitabxanası və London Muzeyindəki əlyazmalara istinadla çap olunub. Əsər "Şahnamə"də olduğu kimi məsnəvi janrında yazılıb. Məşhur şərqşünas alim, professor Sadiq Rzazadə Şəfəqin "Tarix-e ədəbiyat-e farsi" adıyla farcaya çevirdiyi bu kitab 1958, 1972 və 1977-ci illərdə Tehranın "Bonqah-e tərcome və nəşr-e kitab" adlı nəşriyyatında işıq üzü görüb.
Sadiq Rzazadə Şəfəq o ədəbiyyatşünaslardandır ki, dəsti-xəttində İran milli ideologiyası, İrançılıq, dövlətçilik ümdə notları təşkil edir. Qeyd edək ki, İran millətçiliyinin nəzəri təməlini atanların hamısı Azərbaycan türküdürlər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər