00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Nəvvabi: məşhur dilçi alim - Ənvər Çingizoğlu yazır
Tarix: 23-04-2022 14:51 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İranın dünyaca ünlü dilçi alimlərindən biri də Yəhya Mahyar Nəvvabidir. Alimin çoxşaxəli elmi yaradıcılığı, xüsusilə də orta fars dilinin tədqiqi və əlyazmaların nəşri sahəsindəki səmərəli elmi fəaliyyəti filologiya elminə öz töhfələrini verib və onun bir sıra yeniliklərlə zənginləşməsi, təkmilləşməsi işinə xidmət edib.
1912-ci ildə Qacarlar dövlətinə bağlı Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olan Yəhya Mahyar Nəvvabi ibtidai təhsilini məhəllə mollaxanasında alıb. Sonra mədrəsədə oxuyub. Daha sonra Dəbiristane Əlburuza daxil olub. Yəhya Mahyar Nəvvabi bu təhsil ocaqları ilə kifayətlənməyib, Tehran Darülfünunu da müvəffəqiyyətlə tamamlayıb.

Yəhya Mahyar Nəvvabi doktorluq işini Tehran Universitetində müdafiə erib, dosent və professor ünvanlarını Təbriz Universitetində alıb. Bir müddət burda çalışandan sonra Böyük Britaniyaya yollanıb, London Şərq dilləri məktəbində qədim dilləri öyrənib (1949-1951). Müəllimi Valter Bruno Henninq (1908-1967) onu qədim İran dillərinin sirrindən vaqif edib.
Yəhya Mahyar Nəvvabi bir il də Göttingen Universitetində toxar və qədim türk dilini öyrənib.
Yəhya Mahyar Nəvvabi bir dil mütəxəssisi kimi İrana dönüb.
Nəvvabi 2001-ci ildə vəfat edib.
Alimin orta fars dili, ümumi dilçilik, İran dillərinin müqayisəli tədqiqi sahəsində əldə etdiyi elmi nəticələr ona böyük şöhrət qazandırıb. O, bütün həyatını, yaradıcılıq qüvvəsini İran dilçiliyinin inkişafına sərf edib.
Yəhya Mahyar Nəvvabiyə görə orta iran dilləri dövrünə aid abidələrin qrafik sistemləri son dərəcə müxtəlifdir. Onları üç əsas qrupa bölürlər:
1) arami mənşəli yazı;
2) hind mənşəli yazı;
3) yunan mənşəli yazı.
Bu dövr abidələrinin əksəriyyəti arami mənşəli əlifba ilə yazılıb. O dövrdə arami əlifbası Əhəmənilər imperiyasının dəftərxanalarında geniş istifadə olunub. İmperiyanın süqutundan sonra da hələ bir müddət işlənən arami əlifbası əsasında sonradan orta fars dili əlifbası yaranıb.
Görkəmli alim qeyd edir ki, Sasanilər dövrünə aid abidələrdəki yazılar Əhəmənilər dövründəki abidələrdə olduğu kimi 3 növ yazıdan ibarət idi. Xüsusilə I Şapur və Ərdəşirə aid kitabələrdə 3 – orta fars dili, parfiya (əşkani), yunan xəttindən istifadə olunurdu, sonrakı abidələrdə isə yunan xətti ixtisara salınır, lap sonunda isə yalnız orta fars dili işlənməyə başlayır.
İlk Sasani şahları dövründən Nərsinin hakimiyyəti illərinə qədər 3 xətt növündən istifadə edilib, xüsusilə saray yazışmaları orta fars dilində aparılıb. Tarixi bəlli olan, təhrif olunmayan, xüsusilə dövrümüzə gəlib çatmış qayaüstü abidələrdən: Ərdəşir Babəkan - Nəqşi – Rüstəm 3 versiya – orta fars dili, əşkani və yunan.
Yəhya Mahyar Nəvvabiyə görə İran qrupuna aid ölü dillər: Qədim fars (mixi yazılar e.ə. VI-IV əsrlər), Avesta, Pəhləvi (orta fars dili – III-IX əsrlər), Midiya, Parfiya (Əşkani), Soqdi, Xarəzm, Skif (alanlar), Sak (Xatan – Orta Asiya və Çin Türküstanı V-X əsrlər).
Toxar qrupuna bağlı dillər:
1. Toxar A. (Turfan, Qaraşar – Çin Türküstanında mövcud olmuşdur)
2. Toxar B. (Kuçan) Yenə orada, e.ə. VII əsrdə mövcud olub.
Dil tarixinin tədqiqində qədim kitabələrin dilinin öyrənilməsinin xüsusi əhəmiyyəti var. Yəhya Mahyar Nəvvabi hələ tələbə vaxtından Bisütun kitabələrini öyrənib, dissertasiyasını bu yöndə hazırlayıb. O, bu kitabələrin İran mədəniyyətinə aid olduğunu möhkəm elmi dəlillərlə sübuta yetirib.
Görkəmli alimin elmi yaradıcılığında qədim Azərbaycanın dilçilik məsələləri xüsusi yer tutub. O, “Azərbaycanın qədim dilləri” adlı əsər qələmə alıb.

Dil tarixi sahəsində böyük nüfuz sahibi olan Yəhya Mahyar Nəvvabinin “XV əsr Şiraz dialekti” əsəri mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
Onun “Fars dili və ədəbiyyatı” adlı kitabı tələbələr üçün faydalı vəsaitə çevrilib. Bu sanballı araşdırma təkcə universitet tələbələri üçün deyil, eyni zamanda dil tarixi sahəsində çalışan araşdırıcıların, mütəxəssislərin ən başlıca və mötəbər elmi qaynağı və masaüstü kitabı rolunu oynamaqdadır.
Yəhya Mahyar Nəvvabinin elmi yaradıcılığı çoxşaxəlidir və təkcə dilçiliklə kifayətlənmir, eyni zamanda ədəbiyyatşünaslığın bir sıra sahələrini, mühüm problemlərini də əhatə edirdi. O, Məhəmmədşəfi ibn Məhəmmədismayıl Visal Şirazinin “Xəndan-e Visal Şirazi” əsərini 1956-cı ildə nəşr etdirib.
Yəhya Mahyar Nəvvabi tərcümə sahəsində də səmərəli fəaliyyət göstərib.
Görkəmli alim Yəhya Mahyar Nəvvabi İran Milli Elmlər Akademiyasını (Fərhəngistanı) beynəlxalq elmi məclislərdə, konfranslarda və simpoziumlarda layiqincə təmsil edərək dəyərli məruzələrlə çıxış edib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər