00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mir Həsən xanın törəmələri - Ənvər Çingizoğlu yazır
Tarix: 31-07-2021 17:53 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Mir Həsən xan Mir Mustafa xan oğlu mənşəcə Zeydi seyidlərindəndir. (Əli Pursəfəri Qəssabinəjad, Xanati Talış, Tehran, Bünyad Dairətülmarif İslami, 2010, s.915) Zeyd ibn Əli (698-798) zeydiyyə təriqətinin beşinci imamıdır.
IX yüzillikdə Zeydin nəslindən olan Nasir Xorasanda qiyam edib və yerli hökumət tərəfindən təqib olunduğuna görə oradan qaçıb, hələ də əhalisi İslamı qəbul etməyən Mazandarana gəlib. O, 13 illik təbliğ və dəvətdən sonra bir çoxlarını müsəlman edib, onları zeydiyyə məzhəbinə inandırıb. 864-cü ildə Gilan və Mazandarının daxil olduğu bütün Təbəristanı ələ keçirərək, ilk Zeydi dövlətini qurub. Bu dövlətin varlığına qısa müddətdən sonra - 928-ci ildə Samanilər dövləti tərəfindən son qoyulub. Daha sonra həmin zeydi qrup tərəfindən 968-ci ildə Xəzər dənizinin cənubunda - Gilanda yeni dövlət yaradılıb və həmin dövlət də XI yüzilliyə qədər mövcud olub.
Zeydiyyə seyidlərinin bir hissəsi orta çağda Talış vilayətində məskunlaşıb. Həmin şəxsin törəmələri sonralar Lənkəranda xanlıq qurublar.
Lənkəran xanlarının sülaləsinin əsasını Seyid Abbas qoyub. Seyid Abbasın atası Xalxal mahalının Hir kəndindəndir. (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə (tərcümə Əli Hüseynzadənindir). B., 1975., s.34.) Seyid Abbasın səfəvi nəslindən olduğu bildirilir. Bu müddəa bir az dartışmalıdır. Səfəvilər özlərini yeddinci imam Museyi-Kazıma (6 noyabr 745-1 sentyabr 799) bağlayırdılar.
Teymur bəy Bayraməlibəyova görə isə Seyid Abbasın nəsil şəcərəsi Məhəmməd peyğəmbərə gedib çatır. (Bayramalibekov Teymur-bek. İstoriə Talışinskoqo xanstva.// AMEA Əlyazmalar İnstitutunun Elmi Arxivi. D-687-8597., v.1.) Bunu Səid Əli də təsdiqləyir: «Xəlifə Mir Abbas xanın nəsəbi iyirmi səkkiz nəfərin vasitəsi ilə şəhid Zeyd ibn Əli bin Hüseyn ibn Əli Əbu Talibə çatır və kəramətli ulu babalarından biri xəlifə Əlidir». (Səid Əli Kazımbəy oğlu. Cəvahirnamei-Lənkəran (tərcümə Rauf Şeyxzamanlınındır). B., 2000., s.23.) Ümumiyyətlə, Seyid Abbasın hakimiyyəti illəri və xanlığın əsasının nə vaxt qoyulması haqda həm mənbələrdə, həm də tarixi ədəbiyyatlarda bir-birinə zidd və dəqiq olmayan fikirlər mövcuddur. «Azərbaycan tarixi»ndə də Seyid Abbasın nə vaxt xan olduğu göstərilmir. «Əxbarnamə»də isə bu hadisəni Nadirin hakimiyyəti dövrünə aid edir və onun kasıb bir adamdan Lənkəran xanı səviyyəsinə çatdığı qeyd olunur. (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə (tərcümə Əli Hüseynzadənindir). B., 1975., s.28-29)
Bu soy və sülalənin tarixini dostumuz Eldar İsmayılov (Исмаилов Э.Э. Генеалогия Талышинских-Талышхановых. Баку-2001, 83 c.) mükəmməl şəkildə tədqiq edib, şəcərələri haqqında kitab hazırlayıb. Biz isə Mir Həsən xanın törəmələrini tədqiq etmişik. Onlar Güney Azərbaycanda məskunlaşmışdılar.
Mir Həsən xan ibn Mir Mustafa xan bin Mir Camaləddin Qara xan bin Seyid Abbas bin Məhəmmədbağır bin Mir Məhəmmədrza Mücəhidürəfa tədqiq etdiyimiz soyun babasıdır.
1814-cü ildə Talış vilayətinin hakimi, Lənkəran xanı, general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mir Həsən xan keçib.
1821-ci ildə Çar Aleksandr tərəfindən Mir Həsən xana polkovnik hərbi rütbəsi verilib. Bu haqda o dövrün tarixçilərindən olan Seyid Əli Kazım bəy oğlu öz "Cəvahirnameyi-Lənkəran" əsərində yazır: "Mir Mustafa xanın ölümündən sonra əlahəzrət Rus imperatorluğunun rəhbərləri Talış hökumətinin idarəçiliyini Mir Həsən xana həvalə etdilər. Ona polkovnik rütbəsi verdilər. Lakin ziddiyyətli tabeçiliyə görə Mir Həsən xandan qardaş və bacıları küsdülər, onların bu addıma xoşları gəlmədi və hətta anası Fəxrülnisə xanımın da (o müvəqqəti olaraq xanlığa rəhbərlik edirdi) Rus imperatorluğunun bu təyinatından acığı tutmuş, oğlu Mir Həsən xana qarşı çıxmışdı".
Bu mətləbdən bizə aydın olur ki, Mir Həsən xanın Lənkərana hakim təyin olunması qardaş və bacıları tərəfindən müsbət qarşılanmayıb. Təbii ki, bu, Rusiyanın hiyləgər siyasəti idi. Rusiya siyasətçiləri qəsdən xanın ailəsinə məğşuşluq salmışdı ki, qoy, Mir Mustafa xanın uruğu, qardaşları, bacıları, əsasən də əhali ona qarşı çıxsın və onu hakimiyyətdən uzaqlaşdırsın.
Xüsusi ilə mayor M. S. İlinski Mir Həsən xana qarşı yırtıcı siyasət aparıb. O, gizlincə xanın sədaqətli adamlarını məhv edib, hətta bir coxlarına daş bağlayıb, dənizə batırıb.
İlinski həm də xanın bacısına vurulmuşdu. O, bu hərəkəti ilə həm də Mir Mustafa xanın əmlakına da göz dikmişdi.
Xəzər dəniz batalyonu (660 nəfər) və 50 kazak atlısının komandiri olan bu mayor, xanı sıxışdırıb İrana qaçmağa məcbur edib. Həmçinin əhali də İlyinskinin təhqir və söyüşlərindən, qanunsuz vergi yığımlarından cana doymuşdu. İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi. Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. Yeni qulluq yerində də öz davranışını dəyişməyən mayor Talış xanlığının ərazisində törətdiyi cinayətlərə görə hərbi məhkəməyə verilib, amma onun qarşı heç bir ölçü götürülməyib.

Mir Həsən xan üsyana qalxmış yerli döyüşçülər və bir neçə min Qacar sərbazı ilə 1826-cı il iyulun 25-də Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə girib. Altı gün və altı gecə sürən döyüşdən sonra mayor İlyinski "qalanı deyil, onun xarabasın" üsyançılara buraxıb Sara adasına çəkilib. Bununla Talış xanlığında da Rusiya hərbi idarəçiliyi devrilib.
1826-cı ildə Talış xanlığı Rusiya tərəfindən təkrar istilaya məruz qalıb. Bu dəfə Mir Həsən xan xain elan edilib, Xanlıq ləğv olunub.
Müstəmləkə əsarəti Lənkəran əhalisinə böyük sıxıntı, əzab-əziyyət və zülm gətirmişdi. Ali zümrənin nümayəndələri idarəçilik işlərindən uzaqlaşdırılmışdı, din xadimlərinin əhali içərisində nüfuzunu sarsıdan addımlar atılmışdı. Hökumətin vergi siyasəti Lənkəran vilayətində daha ağır idi. Kəndlilərdən yığılan vergilərin miqdarı iki-üç dəfə artırılmışdı. Lənkəran komendantı rüşvət alır, qanunsuzluqlar törətməkdən çəkinmirdi. Onun əmri ilə 20 nəfəri istintaqsız və məhkəməsiz dənizdə batırıb öldürmüşdülər. Əhalinin böyük əksəriyyətində müstəmləkə rejiminə qarşı nifrət artmışdı. Onlar İrana məktub göndərərək Mir Həsən xanı ruslara qarşı hərəkata başçılıq etmək üçün Lənkərana çağırdılar. 1831-ci ildə Mir Həsən xanın Lənkərana gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Üsyanda kəndlilərlə birgə ali təbəqənin nümayəndələri də fəal iştirak edirdilər.
Hökumət Şamaxı, Şəki, Dərbənd şəhərlərində yerləşən rus qoşunlarını üsyançılara qarşı göndərib. 1831-ci il aprelin əvvəlində üsyan yatırılıb. Xan yenidən Qacarlar məmləkətinə gedib. Ağır cəza tədbirlərindən yaxa qurtarmaq üçün üsyançı ailələrinin bir qismi də Qacarlar məmləkətinə köç etməyə məcbur olub.
1831-ci ilin sonunda Mir Həsən xan Mazandaran əyalətində idi. Orada Fətəli şahın oğlu Zillisultan Əli mirzə hakim idi.
"Əxbarnamə"də yazılır: "O, (yəni Əli mirzə) təcili olaraq Mir Həsən xanın gəldiyini Tehranda Fətəli şahın hüzuruna ərz etdi. Fətəli şah qorxuya düşdü. Şahzadə onu Tehrana göndərdi. Orada isə Mir Həsən xana zəhər verib öldürdülər". Bu hadisə 1832-ci il iyulun 30-da baş verib.
Mir Həsən xanın üç həyat yoldaşı var idi: birincisi Həşim xan Şirvanlının bacısı Bikə xanım, ikincisi Qalaqayınlı Məhəmmədsalah хanın qızı Xeyrənisə xanım, üçüncüsü Muğanlı Məhəmməd bəyin qızı Qızxanım xanım idi. Bu qadınlardan 7 övladı olmuşdu. Dördü oğlan: Mir Kazım bəy, Mir Abdulla bəy, Mir Cavad bəy, Mir Xanlar bəy. Üçü qız: Nisə xanım, Zəhra xanım və Sara xanım.
Mir Həsən xanın nəslinin davamçıları bu gün də Masallıda, Lənkəranda, Astarada, Bakıda və İranın Nəmin və İsfahan şəhərində yaşayırlar. Biz xanın böyük oğlu Mir Kazım xanın şəcərəsinin tədqiqi üçün İrana yollandıq.

Mir Kazım xanın törəmələri Qacarlar məmləkətinə mühacirət etdikdən sonra Nəmində məskunlaşıblar. Onlar nəsilbə-nəsil bu şəhəri idarə ediblər. Məhəmmədəli Qaffari “Tarix-e Qaffari” əsərində göstərir ki, Nəmini əvvəlcə Mir Sultan Əhməd xan, ondan sonra Mir Lütfəli xan, ondan sonra Mirzə Zeynalabdin xan, ondan sonra Mir Süleyman xan Sarəməssəltənə, ondan sonra yenə Mir Lütfəli xan, ondan sonra yenə Mir Süleyman xan Sarəməssəltənə, ondan sonra isə Mir Sadıq xan Sərdar Nasir hakim olub. (Qaffari M, Tarix-e Qaffari, Tehran, 2002, s. 31-34).
**
Mir Kazım bəy Mir Həsən xan oğlu Lənkəran şəhərində doğulub. Saray təlim-tərbiyəsi alıb. Atasına xidmət edib. Vilgic mahalının naibi olub.
Mir Kazım bəy Qacarlar məmləkətinə sığınıb. Vəliəhd Abbas mirzə Qacar ona xan ünvanı verib.
Mir Kazım xan Fəxrəndə xanım Abbas mirzə qızı Qovanlı-Qacar ilə ailəli olub. Mir Sultan Əhməd xan, Mir Əsədulla xan, Mir Zeynalabdin xan, Mir Məhəmməd bəy, Mir Hüseyn bəy, Mir Tağı bəy, Mir Mustafa bəy, adlı oğlanları, Fatma Sultan xanım adlı qızı vardı.
Mir Sultan Əhməd xan Mir Kazım xan oğlu Ərdəbil vilayətinin Nəmin şəhərində dünyaya gəlib. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib. Naib (leytenant) rütbəsindən sərtip (general-briqadir) rütbəsinədək yüksəlib. Seyfülmülk ləqəbini daşıyıb.
Mir Sultan Əhməd xanın Ərşə mahalında kəndlərə, təbəələrə, torpaq sahəsinə yiyələnib.
Mir Sultan Əhməd xanın Mir Lütfulla xan adlı oğlu vardı.
Mir Lütfulla xan Mir Sultan Əhməd xan oğlu Ərdəbil vilayətinin Nəmin şəhərində dünyaya göz açıb. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib. Naib (leytenant) rütbəsindən əmir tuman (general-leytenat) rütbəsinədək yüksəlib.
**
Mir Kazım xanın ikinci oğlu Mir Əsədulla xan Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib. Naib (leytenant) rütbəsindən sərtip (general-briqadir) rütbəsinədək yüksəlib. Sarəmüssəltənə ləqəbini daşıyıb.
Mir Əsədulla xanın Mir Süleyman xan adlı oğlu vardı.
Mir Süleyman xan Mir Əsədulla xan oğlu Ərdəbil vilayətinin Nəmin şəhərində dünyaya boy göstərib. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Orduda xidmət edib. Sarəmüssəltənə ləqəbini daşıyıb.
Mir Süleyman xanın törəmələri Sarəmi soyadını daşıyırlar.
Mir Süleyman xan Qəmər xanımla ailə qurub. Mir Sadıq xan, Mir Davud xan, Mir Mustafa xan, Mir Məhəmmədhüseyn xan, Mir Əsədulla xan adlı oğlanları olub.

Mir Sadıq xan Mir Süleyman xan oğlu 1860-cı ildə Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Orduda xidmət edib. Sərdari-Nasir ləqəbini daşıyıb.
Mir Sadıq xan Sərdari-Nasir Müzəffərəddin şah, Məhəmmədəli şah və Sultan Əhməd şahın hakimiyyətləri dönəmində Ərdəbil, Astara, Nəmin və Rəştin hakimi olub.
Mir Sadıq xan Sərdari-Nasir Məşrutə hərəkatına qarşı çıxıb. Eyneddövlənin əmri ilə Təbriz şəhərinə hücumda iştirak edib.
Mir Sadıq xan Sərdari-Nasirin Nəmindəki evi hazırda muzey kimi fəaliyyət göstərir.
Mir Sadıq xan Sərdari-Nasir II dərəcəli “Şire-Xurşid” ordeni ilə təltif olunub.
Mir Sadıq xan Sərdari-Nasir Qum şəhərində dəfn edilib.
Mir Sadıq xan Sərdari-Nasir Səkinə Sultan xanım Siqqətülislamla ailə qurub. Mir Süleyman xan adlı oğlu, Şəmsülmülk xanım, Lətifə xanım, Turan xanım, Tuba xanım adlı qızları olub.
II Mir Süleyman xan Mir Sadıq xan oğlu Sarəmi 1912-ci ildə Ərdəbil vilayətinin Nəmin şəhərində dünyaya gəlib. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Daha sonra Tehran universitetində təhsil alıb.
II Mir Süleyman xan Sarəmi Nayerülmülk xanım Bəsirpurla ailə qurub. Sadıq xan adlı oğlu, Nəsrin xanım, Haidə xanım adlı qızları olub.
**
Mir Süleyman xanın ikinci oğlu Mir Davud xan Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Orduda xidmət edib. Əmirülməmalik ləqəbini daşıyıb.
Mir Davud xanın Mir Tağı xan adlı oğlu vardı.
Mir Tağı xan Mir Davud xan oğlu Süleymani Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Orduda xidmət edib.
**
Mir Süleyman xanın üçüncü oğlu Mir Mustafa xan Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Təhsilini mədrəsədə davam etdirib. Orduda xidmət edib.
II Mir Mustafa xan Əşrəf Sadat xanım Təbatəbai-Vəkili ilə ailə qurub. Mir Həsən xan adlı oğlu, Əzəm xanım adlı qızı olub.
II Mir Həsən xan Mir Mustafa xan oğlu Sarəmi Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Mədrəsədə oxuyub. Daha sonra Tehran universitetində ali təhsil alıb.
II Mir Həsən xan Sarəmi Tehran şəhərində vəfat edib.
**
Mir Süleyman xanın dördüncü oğlu Mir Məhəmmədhüseyn xan Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra mədrəsədə oxuyub. Orduda xidmət edib. Sarəmi Nizam ləqəbini daşıyıb.
**
Mir Süleyman xanın beşinci oğlu Mir Əsədulla xan Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Mədrəsədə oxuyub. Orduda xidmət edib.
**
Mir Kazım xanın üçüncü oğlu Mir Zeynalabdin xan Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib. Naib (leytenant) rütbəsindən sərhəng (polkovnik) rütbəsinədək yüksəlib.
Mir Zeynalabdin xan ordudan tərxis olduqdan sonra bir müddət Nəminin hakimi olub.
**
Mir Kazım xanın dördüncü oğlu Mir Məhəmməd bəy Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib.
**
Mir Kazım xanın beşinci oğlu Mir Hüseyn bəy Ərdəbil vilayətinin Nəmin şəhərində doğulub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib.
**
Mir Kazım xanın altıncı oğlu Mir Tağı bəy Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib.
**
Mir Kazım xanın yeddinci oğlu Mir Mustafa bəy Ərdəbil vilayətinin Nəmin şəhərində anadan olub. Ailə təlim-tərbiyəsi alıb. Qacar ordusunda xidmət edib.

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər