15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Şərti sərhədi haylar öz arşınları ilə ölçür
Tarix: 18-06-2023 10:21 | Bölmə: Siyasət

Ermənistanın törətdiyi 15 iyun hərbi təxribatından sonra Qarabağda yaranmış son durumu İrəvan öz ampluasına uyğun interpretasiya etməyə başlayıb. Xüsusilə Laçın yolunda Həkəri sərhəd-keçid məntəqəsində silahlı gülləboran həm Ermənistandakı radikal-revanşist qüvvələrin, həm də Qarabağdakı separatçıların əlinə Bakıya qarşı istifadə etməyə əlavə “arqumentlər” verib. Amma bu dəfə məlum qüvvələr hücum obyektləri kimi təkcə Moskvanı deyil, Vaşinqtonu da hədəfə götürüblər.
Son 30 ildə belə bir halın baş veridiyini xatırlamırıq. Rusiyanın Ermənistandakı səfiri XİN-ə dəvət edilir və onun diqqətinə ölkə rəhbərliyinin kəskin etirazı çatdırılır.
Hayastan mediasının yaydığı məlumatlara görə, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin diplomatiya idarəsinə çağırılması iyunun 15-də Laçın yolunda baş vermiş silahlı insidentlə bağlı olub. İndi səfir Kopırkinin ona bildirilən etiraz fonunda hadisənin başvermə şəraitini aydınlaşdırmalı və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirləri görməlidir. Yəni Ermənistanın istəyi budur. S.Kopırkin açıqlamasında bəyan edib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda alternativi yoxdur. Səfirin bu məzmunlu cavabı isə Kremlin İrəvanın addımına etirazıdır.
Xatırladaq ki, Laçın yolundakı Həkəri sərhəd-keçid məntəqəsində bayrağımızı qaldıran Azərbaycan sərhədçilərini müşayiət edən rus sülhməramlıları da ermənilər tərəfindən atəşə tutulmuşdu. İrəvanın Moskvaya rəsmi narazılığını Ermənistan ordusunun Baş Qərargah rəisinin sabiq müşaviri Vladimir Poqosyan canlı efirdən belə “tamamlayıb”: “Yaxşı ki, bizimkilər dünən atəş açdılar. Təəssüf ki, kiməsə dəymədi. Gərək bu və ya digər tərəfi təmsil edənlərə güllə dəyəydi. Əgər sülhməramlı qüvvələr tərəfindən bir daha belə təxribat baş verərsə, onlara xəbərdarlıq etdim: sizə qarşı Ermənistan hərbçiləri tərəfindən kifayət qədər ciddi addım atılacaq. Sizə heç kim imkan verməyəcək ki, bizim ərazimizdə düşmənə bayrağını qaldırmağa şərait yaradasınız”.
Yəqin Moskva müharibə “qəhrəmanının” bu xəbərdarlığını mütləq nəzərə alacaq.
Bayraq kimin ərazisində qaldırılıb?
Rəsmi İrəvan Həkəri postunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri Elşən Rüstəmovun Ermənistan tərəfindən atılan güllə ilə yaralandığı silahlı insidentin guya bizim hərbçimizin hayların ərazisində bayraq sancmasına görə baş verdiyini açıqlayıb. Heç bir araşdırma aparmadan bu bəhanənin elementar məntiqdən məhrum olduğu üzə çıxır. Yəni, bayrağımızın asıldığı ərazinin məhz onlara mənsub olduğunu necə müəyyən ediblər? Əgər sərhədin özü şərtidirsə, onun delimitasiyası və demarkasiyası aparılmayıbsa, həmin koordinatın hansı tərəfdə qaldığı necə ölçülüb? Elə yayılan videokadrlardan aydın görmək olur ki, bayrağımız sərhəd-keçid məntəqəsinin yerləşdiyi Həkəri çayının üzərindəki körpünün girişində qaldırılır. Əlbəttə, bu bəhanəni uyduran hayların niyyəti başqadır.
Məsələ ondadır ki, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayan Laçın nəzarət-yoxlama postundan getdikcə daha çox erməni istifadə etməkdə idi. Bu isə onun legitimliyinin Qarabağdakı erməni əhali tərəfindən qəbul edildiyinin sübutudur. Eyni zamanda bu, erməni əsilli Azərbaycan sakinlərinin reinteqrasiyasının sürətlənəcəyindən xəbər verirdi.
“Ermənistana, sadəcə, siyasi iradə lazımdır ki, artıq rəsmən elan etdiklərini - Qarabağın Azərbaycan olduğunu kağıza köçürsünlər”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Bakıda rəsmi səfərdə olan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuata açıqlamasında söyləyib. Dövlətimizin başçısı çıxışında sülh sazişinin imzalanması üçün perspektivlərin olduğunu da söyləyib. Aydın məsələdir ki, rəsmi İrəvan və Qarabağdakı separatçılar onlara verilmiş bu sonuncu fürsəti düzgün dəyərləndirsələr, sülh müqaviləsinin imzalanması da tezliklə reallaşar.
Paris yenə suyu bulandırır
“Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, özünün silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın iyunun 16-da səsləndirdiyi bəyanatına dair şərhində bildirilib. XİN rəsmisi onu da vurğulayıb ki, Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir. Cənubi Qafqaza hər vasitə ilə müdaxilə etməyə çalışan, bununla da sülh prosesinə əngəl yaradan Paris artıq Rusiyaya qarşı müəyyən iddialar irəli sürməyə başlayıb. O, bununla kifayətlənməyib, Kremli öz həyati əhəmiyyətli maraqlar zonasından, o cümlədən Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istiqamətində səylər göstərir. Parisin belə “səyləri” bu gün Cənubi Qafqazda sülhü, əmin-amanlığı, kommunikasiyaların açılmasını, bölgənin tərəqqisini arzulayan ölkələrə qarşı açıq düşmənçilik xarakteri almaqdadır. 44 günlük müharibənin gedişində bütün təxribatçı müdaxilə cəhdləri fiaskoya uğrayan Fransa yenə suyu bulandırmaqla məşğuldur. Amma faydası yoxdur, çünki dünyanın müstəmləkəçi müsyölərdən çəkindiyi dövr çoxdan geridə qalıb.
Sülh “arxa bağça”nın qasısını döyür
Birmənalı olaraq söyləyə bilərik ki, Laçın postunda təşkil olunan gülləbaranda əsas məqsəd məntəqədən intensiv istifadə edən Qarabağın erməni sakinlərində qorxu yaratmaq idi. Bu “əməliyyat planı”nın hazırlanmasının səbəbi isə son günlərdə Qarabağı birdəfəlik tərk edən ermənilərin sayında kəskin artımın müşahidə olunmasıdır. Bölgədən gedən ermənilər rəsmi İrəvanın dil-ağıza qoymadığı yalançı blokadadan deyil, separatçıların qurduğu xunta rejimindən beziblər. Əslində Qarabağa sülhün gəlməsində ən böyük maneə məhz buradakı silahlı daşnak tör-töküntüsü, bir də onları hələ də himayə edən Kremldir. Artıq gizlədilməsi mümkün olmayan bu çılpaq həqiqəti avropalı sülh vasitəçiləri kimi, danışıqların okeanın o üzündəki əsas moderatoru Vaşinqton da anlayıb. Bir həqiqət də ondan ibarətdir ki, ermənilərin Qarabağı tərk etmələrinə görə separatçılardan daha çox Rusiya narahatdır. Kremlin bu narahatlığının səbəbi ermənilərə canının yanması deyil, Bakıya qarşı yararlandığı “əsas maşa”nın - daşnak-separatçı quldur dəstəsinin arsenalından silinməsidir. Axı bundan sonra özünün “arxa bağçası” saydığı Qarabağda hökm və güc sahibi olaraq qalması üçün bütün rıçaqlar Moskvanın əlindən çıxmış olacaq. Bir də ki, “arxa bağça”nın əsl sahibinin sülhə meyilli, xoşməramlı addımları öz bəhrəsini tezliklə verəcək.
Hayların ekzistensial fatalizmi
Özünü “DQR”in insan hüquqları müdafiəçisi adlandıran Geqam Stepanyan adlı birisinin Facebook səhifəsində yazdığı fərziyyə və “arqumentlərinə” diqqət yetirin: “Arsaxa humanitar yüklərin daşınmasının bloklanması humanitar böhranı daha da dərinləşdirir. Altı ay davam edən blokada nəticəsində onsuz da kəskinləşmiş ərzaq çatışmazlığı 120 minlik əhali, o cümlədən 30 min uşaq, 20 min qoca və 9 min əlil üçün ekzistensial təhlükə yaradır”. Əzabkeş maskasını taxıb ah-nalə etməyə, yalanı həqiqət kimi sırımağa adətkar hayların quyruqları qapı arasında qalanda fatalistə dönmələri də varmış. “Ekzistensial təhlükə”dən dəm vuran “ombudsmanın” bundan daha uğurlu diplomatik termin tapmağa yəqin savadı imkan verməyib.
Əhalinin ayrı-ayrı sosial təbəqələrinin onun ümumi sayına nisbətini göstərən elementar statistik rəqəmləri az qala etnik faciə kimi ictimai rəyə dürtməyə çalışan “ombudsmanın” dərrakəsinə heyran qalmamaq olmur. Bu insan haqları üzrə “müvəkkilin” xəstə təxəyyülünə görə, Azərbaycan humanitar böhrandan “Arsax xalqına” qarşı etnik təmizləmə aləti kimi istifadə edəcək.
Mövcud vəziyyət və bütün şərtlər Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya mərhələsinin çatdığından xəbər verir. Sayı “ombudsmanın” göstərdiyi kimi, 120 min deyil, 40 minə qədər olan toplumun böyük qisminin inteqrasiya tərəfdarı olması barədə ismarıclar da eşidilməkdədir. Onlar artıq başa düşüb və əmin olublar ki, daşnakların Qarabağda xəyal etdikləri status məsələsi siyasi oyunbazlıqdan qeyri heç nə deyilmiş. Ermənistan rəhbərliyi isə indən belə vaxtın onun əleyhinə işlədiyini qəbul etməli və düşünməlidir. Bütün hallarda İrəvanın 15 iyun təxribatının onun özü üçün arzuolunmaz nəticələrə səbəb olacağı şəksizdir. Necə ki hayların sülhdənqaçmaya yönəlik “taktiki gedişləri” hər dəfə bumeranqa çevrilib öz başlarında çatlayır. Bu dəfə zərbə daha ağır olacaq.
İmran BƏDİRXANL,
“Xalq qəzeti”
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək