15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Üsyandan sonrakı Rusiya… - Bəzi yüksək vəzifəli şəxslərə təhlükə yaranıb
Tarix: 29-06-2023 14:17 | Bölmə: Siyasət

“Vaqner” muzdlu dəstəsinin Moskvaya qarşı üsyanı ötən həftə gündəmin ən mühüm məsələlərindən biri oldu. “Vaqner” qüvvələri Moskvadan kilometrlərlə uzaqda dayandıqdan və Yevgeni Priqojin geri addım atdıqdan sonra üsyan hələlik sona çatsa da, Kremldə Putinə yaxın fiqurları çox çətin günlər gözləyir. Xüsusilə təhlükəsizlik üçün məsul olanları şəxsləri.
Reyting.az Rusiya prezidenti Vladimir Putinə yaxın olan və təhlükəsizlik üçün məsul şəxslərdən bir necəsinin adını təqdim edir:
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2008-ci ildə Putindən sonra 4 illik müddətə prezident olub. Bu müddət ərzində Putin Rusiyanın baş naziri olub və bir çoxları üçün baş nazirlik sadəcə, simvolik bir post idi. Putin baş nazir olduğu müddətdə Medvedevin arxasında “kölgə lider” oldu və hakimiyyəti saxlamağa davam etdi.
Medvedevin prezidentlik dönəmində Rusiyanın Qərblə yaxınlaşacağına ümidlər artsa da, bu dövrdə Rusiya Gürcüstanla müharibə apardı. 2012-ci il seçkilərində prezident kürsüsünü Putinə təhvil verən Medvedev 2020-ci ilə qədər baş nazir vəzifəsini icra etdi və sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini təyin edildi.
Ukrayna ilə müharibə başlayandan Medvedev “Telegram”dakı yazıları ilə müharibənin müdafiəçilərindən birinə çevrilib və hətta Putini vətəninin düşmənlərinin üzərinə nüvə bombası atmağa çağırıb.
“Vaqner” qoşunları Moskvaya çatmağa çalışdığı vaxtlarda Medvedev yazırdı:
“Bəşəriyyət hələ quldurlar tərəfindən idarə olunan nəhəng nüvə arsenalını görməyib. Belə bir böhran təkcə bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün dünyanı məhv olmaq həddinə gətirir. Biz belə trayektoriyaya yol verməyəcəyik” .
Xarici işlər naziri Sergey Lavrov Putin hökumətinin tanınmış simalarından biridir və 2004-cü ildən Rusiyanı beynəlxalq arenada təmsil edir.
“Vaqner” üsyanı zamanı ictimaiyyətə çox da görünməyən 73 yaşlı Lavrov Priqojinin arxasında Ukraynanı dəstəkləyən Qərb dövlətlərinin olub-olmaması ilə bağlı araşdırma başlandığını açıqlayıb. Hadisələr bitdikdən sonra “Vaqner”in Afrika və Yaxın Şərqdəki fəaliyyətinin taleyi ilə bağlı sualı cavablandıran Lavrov deyib: “Vaqner” üzvləri işləməyə davam edəcək, üsyan dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizə təsir etməyəcək”.
68 yaşlı Şoyqu 2012-ci ildə Müdafiə naziri postunu tutub və Sergey Lavrov kimi, Putinin ən yaxın təmaslarından biridir.
Ukrayna müharibəsinə lap əvvəldən rəhbərlik edən Şoyqu üsyanın səbəbkarı kimi göstərilib. Priqojin Ukraynada davam edən müharibədəki uğursuzluqları və silahlı qüvvələrdəki korrupsiyanı əsas gətirərək, Rusiya Baş Qərargah rəisi Gerasimov və Şoyqunu ağır şəkildə təhqir edib, onların işdən çıxarılmasını vacibliyini dilə gətirib və onunla əməkdaşlıq edəcək insanları görmək istədiyini bildirib. Lakin “Vaqner” üsyanından sonra Putin bazar ertəsi yüksək səviyyəli təhlükəsizlik rəsmiləri, xüsusilə də Şoyqu ilə görüşüb, Müdafiə naziri və Baş Qərargah rəisinin arxasında dayandığı mesajını verib.
Gerasimov və Şoyqunun gələcək taleyi maraq doğursa da, Putinin hərbi idarəetmədə dəyişiklik etmək qərarına gələcəyi təqdirdə ilk olaraq bu iki şəxsin vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Mixail Mişustin 2020-ci ildən Dmitri Medvedyevdən sonra Rusiyanın baş naziri olub. “Vaqner” qüvvələri Moskvaya yürüş edərkən Mişustinin açıqlama verməzdən əvvəl hadisələrin nəticəsini gözlədiyi iddia edilir. Guya Mişustin “Vaqner” qüvvələrinin uğur qazana bilməyəcəyini anladıqdan sonra Rusiya xalqını öz prezidentinin ətrafında birləşməyə çağırıb. Mişustin baş verən hadisələrdən sonra bəyanat verib:
“Birlik yaratmaq üçün vahid komanda olaraq birlikdə hərəkət etməli və prezidentin ətrafında toplanmalıyıq”.
Putinə çox yaxın olan digər şəxs SSRİ “KQB”-sinin varisi olan Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovdur. FTX “Vaqner” üsyanının ilk saatlarından fəaliyyət göstərib, lakin bir çoxları üçün hələ də Bortnikovun yaxın günlərdə cavab verməli olacağı bəzi “narahatedici” suallar var. Çoxları düşünür ki, “Vaqner” üsyanında Kremlin “sürprizi” FTX-də öz əksini tapmayacaq.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Putinlə yaxın münasibətdə olsa da, Ukrayna müharibəsi başlayandan dərhal sonra keçirdiyi mətbuat konfransında Putinin tənqidindən qaça bilməyib və Rusiya lideri tərəfindən alçaldılıb.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, Narışkin “Vaqner” üsyanı başlayandan bəri Priqojinə qarşı olduğunu açıq şəkildə bəyan edib. Bununla belə, bildirilir ki, Narışkin də FTX rəhbəri kimi qarşıdakı günlərdə “narahatedici” suallarla üzləşməli ola bilər.
Təxminlərə görə, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan və 1999-2008-ci illərdə FTX-ya rəhbərlik etmiş Nikolay Patruşev də Rusiyanın “Vaqner” üsyanına hazır olub-olmaması ilə bağlı cavab verməli olduğu suallarla üzləşə bilər.
Prezident Putinin ötən həftənin bazar ertəsi təhlükəsizlik rəsmiləri ilə görüşündə Milli Qvardiyanın direktoru Viktor Zolotov da iştirak edib. Ukraynada davam edən müharibədə ağır itkilər verdiyi üçün Zolotovun bölməsinin rəhbərlərinə qəzəbləndiyi iddia edilsə də, Qərb mətbuatında yer alan iddialara görə, Zolotovun qəzəbinin çevrilişə və ya üsyana çevrilmə potensialı yoxdur. 69 yaşlı Zolotov “Vaqner” üsyanının ilk saatlarından Putinlə daimi ünsiyyətdə olduqlarını bildirib. “Hər kəs bu yolda ölməyə hazırdır”,- deyib.
Zolotov bundan əvvəl 1991-ci ildə Mixail Qorbaçova qarşı çevriliş cəhdinin qarşısını almaq üçün tankların üstünə çıxan Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə birlikdə olub.
İkinci Çeçen müharibəsindən sonra Çeçenistan Respublikasının başçısı olan Kadırovun təxminən 12 min nəfərlik qüvvəsi olduğu təxmin edilir. Ukrayna müharibəsindən əvvəl çeçen qoşunlarının yüksək təcrübəli və peşəkar olduğu düşünülürdü, lakin bu ordu gözləntiləri doğrultmadı. “Vaqner” üsyanı aydınlaşdıqdan sonra Kadırov Putinə dəstəyini ifadə edərək hərəkətə keçib və komandanlığı altında olan qoşunları “Vaqner”in tutduğu Rostova göndərib. Mümkün münaqişə Priqojinin geri addım atması ilə başa çatıb. Kadırovun qoşunlarını səfərbər etməyə hazır olması onun Putinə sadiqliyinin sübutu kimi şərh edilib.
ELÇİN
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək