15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “Cənubi Qafqaz artıq Rusiyanın “arxa bağçası” kimi görünə bilməz”
Tarix: 10-07-2023 13:28 | Bölmə: Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üç günlük danışıqların əsası may ayında qoyulub. Sonuncu görüşlə “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olunmasına dair ikitərəfli saziş” layihəsinin əlavə maddələri ilə bağlı tərəflər arasında razılığın əldə olunduğu açıqlanıb. Görüş konkret irəliləyişləri göstərmək baxımından əhəmiyyətlidir.
Reyting.az xəbər verir ki, bunu professor Yıldız Deveçi Bozkuş Azərbaycan və Ermənistan arasında son görüşdə əlavə maddələri razılaşdırılan “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş”in tərəflərə, eləcə də Türkiyə və qlobal aktyorlara əhəmiyyətini təhlil edərkən deyib.
Professor əsas diqqəti iyunun 27-29-da ABŞ-ın Virciniya ştatında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mühüm görüşünə yönəldib.
Yıldız Deveci Bozkuş bildirib ki, imzalanan saziş həm də Rusiyanın regiondakı tarixi əlaqələrinin və gücünün sarsılmağa başladığının mühüm siqnalı kimi qiymətləndirilir:
“Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı qüvvələrinin tərəflər arasında davamlı sülhə nail ola bilməməsi Azərbaycanla Ermənistan arasında ciddi problemlər yaradıb. Bundan əlavə, Ukrayna müharibəsindən sarsılan Rusiya prezidenti Vladimir Putinin imici və nəhayət, Rusiyanın muzdlu qruplaşması “Vaqner”in Moskvaya doğru irəliləməsi ABŞ və Qərb dünyasının regionda fəal rol oynamasına mühüm fürsət yaradıb. Bu səbəbdən də mümkün razılaşma həm tərəflər arasında davamlı sülhün təmin edilməsi baxımından, həm də Rusiyaya verdiyi mesajlar baxımından kritik əhəmiyyətə malikdir. Müqavilə Cənubi Qafqazın son zamanlar artan strateji əhəmiyyətindən xəbər verir və bu region artıq Rusiyanın “arxa bağçası” kimi görünə bilməz”.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin ABŞ, Rusiya və Çin üçün əhəmiyyətinə gəldikdə professor əlavə edib ki, bu razılaşma ABŞ-ın bölgədə mühüm addımlar atmaq üçün səy göstərdiyini və Qarabağ müharibəsində prosesdən kənarda qalmanın yaratdığı narahatlığa görə irəliləyiş əldə etdiyini göstərmək baxımından əhəmiyyətlidir:
“Məlumdur ki, ABŞ kimi Qərb dünyasında da bu istiqamətdə ciddi səylər göstərilir və tez-tez görüşlər keçirilir. Hətta demək olar ki, ABŞ, Qərb və Rusiya arasında danışıqlar adi hala çevrilib. Nəhayət, may ayında tərəflərin Vaşinqtonda görüşündən sonra mayın sonunda Rusiyanın rəhbərliyi ilə cavab görüşü keçirilib. Bu səbəbdən sözügedən razılaşmanın ABŞ və Rusiya arasında bəzi qarşılıqlı mesajları ehtiva etdiyini söyləmək olar. Çünki Qarabağın işğaldan azad edilməsi ilə ABŞ-ın sülhsevər siyasəti arasında uyğunluq gözə çarpmağa başladı”.
Professorun fikrincə, “Vaqner” üsyanının Rusiyanın əlini zəiflətdiyi bir vaxtda ABŞ-ın bölgə ilə yaxından maraqlanması Putinə mesajdır: “Demək olar ki, ABŞ administrasiyası region ölkələrinə Putinin bölgəyə gətirə bilmədiyi daimi sülhü gətirəcəyinə söz verib. Bundan əlavə, ABŞ üçtərəfli razılaşma ilə bölgədə Rusiya, Çin və İrana mesaj verməyə çalışır. ABŞ-ın bu münasibətilə yeni dövrdə “Bir kəmər - bir yol layihəsi” ilə üzünü bu bölgəyə çevirən və Qafqaz ölkələrini bu layihəyə daxil edən İran və Çinə qarşı mesaj verdiyi görünür. Çin xüsusilə Azərbaycanın enerji ehtiyatlarından, Gürcüstan və Ermənistanın yerləşdiyi yerdən və bu regionun “Bir kəmər - bir yol layihəsi” üçün həyati əhəmiyyətindən xəbərdardır. ABŞ isə xüsusilə “Orta Dəhliz”də yerləşən bir ölkə kimi Türkiyənin strateji mövqeyinin fərqindədir və bölgədə qütbləşmə siyasəti aparır. Beləliklə, ABŞ sülh müqavilələri ilə Cənubi Qafqaz dövlətlərini öz tərəfinə çəkmək üçün ehtiyatlı davranır. Bu vəziyyət Cənubi Qafqazda dinamikanın nə dərəcədə həssas olduğunu, Ukrayna müharibəsi və bir çox qlobal hadisələrin “kəpənək effekti” yaradaraq bu regiona birbaşa və dolayısı ilə nə dərəcədə təsir edə biləcəyini də ortaya qoyur”.
Professor xatırladıb ki, 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan münasibətlərində yeni dövr başlayıb və Şuşa Bəyannaməsi ilə bu əlaqələr tarixi zirvəyə çatdırılıb:
“Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi, təhsil, mədəniyyət, ticarət, müdafiə və bir çox digər sahələrdə əlaqələrdə həm əməkdaşlığı, həm də müttəfiqliyi özündə ehtiva etdiyi üçün kritik və strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən ABŞ həm Türkiyənin Cənubi Qafqazda yeni dövrdə artan əhəmiyyətini diqqətlə izləyir, həm də Rusiyanın regionda gücünü zəiflətmək üçün Cənubi Qafqaz dövlətləri ilə yaxından maraqlanır. Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə artan strateji müttəfiqliyi də ABŞ-ı dərindən narahat edir. Çünki ABŞ regionda bir NATO ölkəsi olaraq Türkiyənin ABŞ-dan müstəqil hərəkət etməkdənsə, onun yanında olmasını istəyir. ABŞ da NATO ölkələri vasitəsilə Çin, Rusiya və İrana qarşı Qafqazda geniş ittifaq yaratmağa çalışır və bu ittifaqı genişləndirmək və gücləndirmək məqsədi ilə hərəkət edən Türkiyəni də öz yanında görmək istəyir.
Türkiyə isə ABŞ-ın başçılıq etdiyi ittifaqda yer almaqdansa, bölgə ilə tarixi, mədəni və siyasi əlaqələri sayəsində öz siyasi qərarları çərçivəsində müstəqil addımlar atmaq niyyətindədir. Bu səbəbdən də Ermənistanla normallaşma haqqında öz fikrini ifadə edir”.
Bozkuş sonda əlavə edib ki, ABŞ və Qərb dünyasının iştirak etdiyi Sürix protokollarının keçmişdə həyata keçirilə bilmədiyini nəzərə alsaq, bu qərarın nə qədər doğru olduğunu unutmaq olmaz:
“Bununla belə, qlobal miqyasda baş verən bəzi hadisələr Türkiyə-Ermənistan münasibətlərində hələ də əsas rol oynayır. Qarabağ müharibəsindən sonra Türkiyənin təkcə Azərbaycanla deyil, türk dünyası ilə əlaqələrində də mühüm addımlar atılıb və bu, Zəngəzur dəhlizi aıldıqdan sonra Türkiyə ilə əlaqələr baxımından daha yüksək səviyyəyə qalxacaq”.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək