15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan-İran münasibətləri normallaşır?
Tarix: 24-07-2023 14:16 | Bölmə: Siyasət

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. İndiki məqamda belə bir qərarın qəbul edilməsi diqqət çəkir.
Məsələ ondadır ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə indiyə qədər heç bir məlumat yayılmayıb. Bununla belə qərarın İRNA Xəbər Agentliyinin baş direktoru Əli Nadirinin Azərbaycana 4 günlük səfəri çərçivəsində açıqlanması diqqətçəkəndir.
Nə baş verir?
İRNA Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində “Azərtac”-ın baş direktoru Vüqar Əliyevlə görüşüb. Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib. Məhz bu görüşdə bəlli olub ki, İRNA Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar verib.
Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iştirak etməsi isə xüsusilə diqqət çəkir.
Səfirin görüşdə iştirakı ondan xəbər verir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması öncədən rəsmilər səviyyəsində razılaşdırılıb. Ə. Nadirinin Azərbaycan səfərinin əsas məqsədi də məhz bu məsələ ilə bağlıdır.
Bakı və Tehran arasında buzlar əriyir?
İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması bu sualı aktuallaşdırır.
Sualın cavabını tapmaq üçün həm İRNA Agentliyinin baş direktoru Əli Nadirinin “Azərtac”-ın baş direktoru Vüqar Əliyevlə görüşünə, həm də prezident İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapurun sualına verdiyi cavaba diqqət yetirmək lazımdır. Buna sonra qayıdacam.
Əli Nadiri görüş zamanı deyib: “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var”. Bundan başqa, o, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil “faciəli basqın” olaraq adlandırıb.
Aydın məsələdir ki, o, “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var”,- deyərək İsraili hədəfə alır. Bu, Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də ənənəvi İsrail ritorikasından əl çəkmədiyini göstərir. Yəni münasibətlər normallaşsa belə gələcəkdə Bakı-Təl-Əviv münasibətləri əsas gətirilib, pisləşə bilər.
Bundan başqa, Əli Nadiri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil, “faciəli basqın” olaraq adlandırması da doğru yanaşma sayıla bilməz. Bu məsələ münasibətlərin korlanmasının ən əsas səbəbidir. Rəsmi Tehranın məsələyə daha həssas yanaşması və bunu terror hadisəsi olaraq qəbul etməsi lazımdır. Bu, Tehranın baş verən hadisənin unudularaq münasibətlərin normallaşdırmaq istəyini bir daha göstərir.
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapur ilə dialoqu da İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və normallaşma perspektivi baxımından diqqət çəkir.
Birincisi, Muhammed Rizapur nə qədər cəhd etsə də, sualını formalaşdırıb, Azərbaycan prezidentinə ifadə edə bilməyib. Bu zaman prezident moderator Rüfət Həmzəyevi iranlı jurnalistin yanına göndərib və olduqca simvolik replika verib: "Siz bizdən çox uzaqsız, bəlkə ona görə səsiniz gəlmir...".
Bəli, həqiqətən də bu gün İran Azərbaycandan çox uzaqdır. Son baş verən hadisələr də iki ölkə arasında münasibətləri pisləşdirdiyi kimi bir-birindən də uzaqlaşdırdı. Bu baxımdan prezidentin iranlı jurnalistə verdiyi simvolik replika əslində İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən xəbər verir.
İkincisi, M. Rizapur prezidentə “İRNA Azəri”nin fəaliyyətə başlaması münasibətlərin güclənməsinə necə təsir göstərəcək sualını ünvanladı. Prezident isə cavabında “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək”.
Bu dialoqda diqqətçəkən məqam İRNA əməkdaşının özünü “İRNA-Azəri” əməkdaşı kimi təqdim etməsi və prezidentin cavabında “İRNA-Azəri” deyil “İRNA-Azərbaycan” deməsidir.
Əslində bu çox sadə bir məsələ kimi görünə bilər, lakin ölkə başçısının iranlı jurnalistin provokasiyasına ustaca cavab verməsi rəsmi Bakının İranla münasibətləri normallaşsa belə əvvəlki kimi qarşılıqlı, güvən, etimadla deyil, ehtiyat və hər an gərginləşmə risklərinə hazırlıqlı olacağını göstərir.
Bakının gözləntiləri
Aydın məsələdir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar qarşılıqsız verilməyib. Bunu prezidentin İRNA əməkdaşının sualına verdiyi cavabdan da görmək olar.
“Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır”, - prezident deyib.
Ölkə başçısı bu sözləri ilə İranda Azərbaycan reallıqlarının, habelə Qarabağ və Şərqi Zəngəzur ilə bağlı düzgün informasiyanın verilmədiyini deyir. Yəni “İRNA-Azərbaycan”dan əsas gözləntisi həm reallıqların düzgün əks etdirilməsi, həm də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin İran ictimaiyyətinə çatdırılmasıdır.
Bu, həm də “İRNA-Azərbaycan”a bir xəbərdarlıqdır. Qurum yenidən dezinformasiya, yalan məlumat yaysa, bu zaman fəaliyyəti dayandırıla bilər.
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək