15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dini konfessiya rəhbərləri ermənilərin təxribatları barədə bəyanat yayıb
Tarix: 04-08-2023 11:05 | Bölmə: Siyasət

Azərbaycandakı dini konfessiya rəhbərləri Ümumdünya Kilsələr Şurasını ermənilərin təxribatçı təbliğatına uymamağa çağırıb.
Reyting.az xəbər verir ki, bu, Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə bəyanatında əksini tapıb.
Bəyanatda deyilir:"Bir olan Yaradanın adı ilə!
Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli bəyanatlarla bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
Hər şeydən əvvəl bildiririk ki, müzakirə olunan mövzu dini səciyyə daşımasa da, Qafqaz bölgəsində sülhün bərqərar olmasını arzu edən hər bir şəxs və bu yolda böyük səylər göstərən din xadimləri kimi bizim ümdə vəzifəmiz baş verənlərə haqq və ədalət meyarları ilə yanaşmaqdır. Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən "humanitar yardım" adı ilə TIR yük maşınlarının Laçın nəzarət buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. Dəfələrlə Azərbaycanın dövlət orqanları Xankəndində yaşayan Qarabağ bölgəsinin yerli erməni sakinlərini müzakirəyə dəvət etmiş, lakin Ermənistan bununla razılaşmamış, Azərbaycanın humanist təkliflərinə rədd cavabı vermişdir. TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin "etnik təmizləmə siyasəti" və "humanitar böhran" kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür.
Birmənalı şəkildə bildiririk ki, Ermənistanın "etnik təmizləmə siyasəti" barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışdır. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlərdə İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Müharibənin bitməsinə baxmayaraq hələ də yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınmışdır.
Azərbaycan xalqı öz dövlət başçısının rəhbərliyi ilə BMT və beynəlxalq hüquq tərəfindən rəsmən tanınan əzəli torpaqlarını Ermənistanın təcavüzündən xilas edərək ərazi bütövlüyünü bərpa etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə mülki obyektlərlə yanaşı dini-mənəvi abidələrin bərpa və yenidən qurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir. Hər zaman qlobal təfəkkür və bəşəri ideyaları ilə tanınan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları regionun taleyini müəyyən edən, tarixini yenidən yazan öndər lider kimi bütün yüksək kürsülərdən sülh və birgəyaşayış çağırışları edir, qarşı tərəfi xalqların gələcəyi naminə siyasi təfəkkür və humanist məntiqə əsaslanan həmrəyliyə dəvət edir.
Təəssüf doğuran haldır ki, bunun müqabilində erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə də iftira kampaniyaları aparır, hətta dini platformadan – xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri – Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar.
Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq "xristian təəssübkeşliyi" adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir. Daha öncə Qafqaz Müsəlmanları İdarəsi adından Ümumdünya Kilsələr Şurasının Baş katibi cənab Jerry Pillay və Mərkəzi komitənin sədri (moderator) Dr. Heinrich Bedford-Strohm cənablarına göndərilmiş məktubunda Şuranın 11-ci Assambleyasında, habelə Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitəsinin son iclasının yekun sənədində erməni tərəfinin mənafelərinə xidmət edən bəyanatlara etiraz bildirilmiş və qeyd olunmuşdur ki, dünya birliyi ilə yanaşı şəxsən Ermənistanın Baş naziri N.Paşinyanın da rəsmən etiraf etdiyi 86,6 min kv. km. təşkil edən Azərbaycan ərazisində "Dağlıq Qarabağ" – "Artsax" adlı inzibati vahid yoxdur. Buna baxmayaraq, Ümumdünya Kilsələr Şurasının cari ilin 31 iyul tarixində yaydığı bəyanatında "Artsax" ifadəsini mətndə qəsdən bir neçə dəfə təkrarlayaraq, Azərbaycanın daxili işlərinə, suverenliyinə və ərazi bütövlüyünə kobud müdaxilə etmiş, Kilsə adını daşıyan Təşkilata baş ucalığı gətirməyən əyani hörmətsizlik nümayiş etdirilmişdir.
Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən soyqırımı cinayətlərinə, Xocalı qətliamına "narahatlıq" bildirməyən Kilsələr Şurasının indiki mövqeyi ikili standartlara və siyasətbazlığa söykənir. Azərbaycanın suveren ərazisi olan Naxçıvanın uzun müddətdir ki, Ermənistan tərəfindən blokadada saxlanılmasına etiraz etməyən Ümumdünya Kilsələr Şurasının indi belə canfəşanlıq etməsi beynəlxalq dini təşkilata yaraşmayan riyakarlıqdır. Biz bu kimi halları qətiyyətlə qınayır, Ermənistanı, xüsusilə də erməni Kilikiya və Eçmiədzin kilsələrini müharibə ritorikasından əl çəkməyə, millətlər arasında nifrət çağırışlarına və revanşizm ideyalarına dəstək verməməyə çağırırıq. Belə siyasət nəhayətində regionda vəziyyəti gərginləşdirəcək, özəlliklə erməni xalqına xeyir gətirməyəcəkdir.
Biz uzun illərdir ki, bir sıra Avropa dövlətlərinin, xüsusilə Afrikada və Okeaniyada soyqırımlara, zorakılıqlara və qarşıdurmalara rəvac verən Fransanın, habelə bəzi Qərb təşkilatlarının erməni lobbisinin təsirinə düşərək qərəzli, anti-Azərbaycan mahiyyətli qərarlar verməsinin, qətnamələr qəbul etməsinin şahidiyik. Heç şübhəsiz ki, rəsmi Yerevanın, Qarabağ separatçılarının və onların Eçmiədzindən "xeyir-dua" alan tərəfdarlarının bu yeni təxribatda hədəfi - hazırda müxtəlif platformalarda davam edən Azərbaycan-Ermənistan danışıqlarını pozitiv məcradan uzaqlaşdıraraq sülh sazişinin imzalanmasını pozmaqdan, revanşizm məqsədli fəaliyyətlərini gerçəkləşdirməkdən ibarətdir. Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Bir müddət öncə rəsmi Bakı BQXK-nın Laçın yolu vasitəsilə qacaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu faktlarla sübuta yetirmiş, erməni hərbi cinayətkarların və terrorçuların sərhəddən keçirilməsində BQXK-nın bilavasitə iştirakını ifşa etmişdir.
Dinlər tarixindən bəllidir ki, bütün peyğəmbərlər, o cümlədən Hz. İsa əleyhissalam insanları haqqa, ədalətə, sülhə dəvət etmişlər. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq. Unutmayaq ki, din xadimlərinin əsas vəzifəsi ilahi əmrlərə riayət etmək, bəşəri sülh naminə barışdırıcı mövqedə olmaqdır".
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək