Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Tarix: 19-10-2025 10:54 | Bölmə: Siyasət
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib

Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.

Reyting.az
-ın xəbərinə görə, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.

Prezident postu uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.

Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizəddir.

Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.



Əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya tərəfdarı olan Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır.

Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.

Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Namizədlərdən hər hansı biri lazımı səsi toplamazsa, 7 gün sonra prezident seçkilərinin ikinci turu keçiriləcək.(APA)

***

Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.




Bölməyə aid digər xəbərlər