Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir
Tarix: 06-11-2025 16:03 | Bölmə: Siyasət
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir

“Əgər Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edirsə, bu, yalnız onların öz ərazilərinə aiddir, çünki həmin ifadəni bizim ərazilərimizə tətbiq edə bilməzlər”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, dünya artıq bilir ki, Ermənistandan olan insanlar avtomobillə Bakıya, Azərbaycandan olan insanlar isə Yerevana da daxil olmaqla, Ermənistana gedə bilərlər.

“Amma əgər söhbət başqa məzmundan gedirsə, bu gündəm sülh üçün təhlükəlidir”, - deyə Paşinyan əlavə edib.

Ermənistan baş naziri qeyd edib ki, Azərbaycanla razılaşmanın mahiyyəti bu yanaşmadan imtina etməkdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər