Türkiyə Ukrayna ilə Rusiya arasında birbaşa təmasları asanlaşdırmaq istəyir
Tarix: 24-11-2025 18:18 | Bölmə: Siyasət
Türkiyə Ukrayna ilə Rusiya arasında birbaşa təmasları asanlaşdırmaq istəyir

Ankara Ukraynadakı münaqişə tərəfləri arasında birbaşa təmasları asanlaşdırmağa hazırdır.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bəyan edib.

Telefon danışığında Ərdoğan qeyd edib ki, Türkiyə keçmişdə olduğu kimi Moskva ilə Kiyev arasında birbaşa təmasları asanlaşdıracaq və regionda davamlı sülhə yol açacaq istənilən diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər