Bakıda SSRİ bayrağı ilə saxlanılan tanınmış həkim imiş
Tarix: 26-11-2025 11:24 | Bölmə: Siyasət
Bakıda SSRİ bayrağı ilə saxlanılan tanınmış həkim imiş

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, İ. Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.

Daha əvvəl isə İ. Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.

Qeyd edək ki, polis əməkdaşları İ. Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib.




Bölməyə aid digər xəbərlər