Qaya Məmmədov parlament xətti ilə dialoqu faydalı hesab edir
Tarix: 26-11-2025 11:34 | Bölmə: Siyasət
Qaya Məmmədov parlament xətti ilə dialoqu faydalı hesab edir
Qaya Məmmədov

Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Milli Məclisin plenar iclasında, 2025-ci il noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib.

Reyting.az
-ın xəbərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan nümayəndə heyəti həm ikitərəfli görüşdə, həm də Assambleyanın iclaslarında Azərbaycan tərəfinin Ermənistana tranzit daşımalara olan məhdudiyyətləri aradan qaldırmasını minnətdarlıqla qeyd edib.

Görüşün müsbət ab-havada keçdiyini qeyd edən Qaya Məmmədov parlament xətti ilə dialoq aparılmasının faydalı olduğunu bildirib.

Qeyd edək ki, İstanbulda keçirilmiş görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.




Bölməyə aid digər xəbərlər