15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Beynəlxalq konfransda Azərbaycanı İqbal Ağazadə təmsil edib
Tarix: 07-05-2020 19:14 | Bölmə: Siyasət

Peşəkar Siyasi Məsləhətçilər Assosiasiyasının mayın 7-də (Bakı vaxtı ilə saat 13:00-da) keçirilən beynəlxalq qapalı online-zoom konfransında Azərbaycan Respublikasını Ümid Partiyasının sədri İqbal Ağazadə təmsil edib.
Ümid Partiyasından Reyting.az-a verilən məlumata görə, konfransın mövzusu “Yeni dünyanın qlobal çağırışları” olub.
Online konfransda dünyada pandemiya nəticəsində yaranan böhranın aradan qaldırılması, iqtisadiyyatın bərpası, demokratik və şəffaf seçkilərin keçirilməsi yönündə müzakirələr aparılıb. Konfransda İsrail, Ukrayna, Gürcüstan, Finlandiya, Polşa, Latviya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarusdan partiya sədrləri, ictimai-siyasi xadimlər, politoloqlar iştirak ediblər. Beynəlxalq qapalı konfransın online dinləyiciləri sırasında Ümid Partiyasından İcra Aparatının rəhbəri Taleh Əliyev, Ali Məclisin sədr müavini Günel İbadova, sədr müavinləri Rüfət Muradlı, Tamilla Qulami və İlahə Sadıqova da olublar.
Konfrans rus dilində keçirilib. “Postpandemiya dövründə dövlətlərin və siyasətçilərin vəzifələri” mövzusunda çıxış edən Ümid Partiyası sədrinin məruzəsinin Azərbaycan dilində olan variantını təqdim edirik:
“Xanımlar və cənablar!
İlk növbədə məni bu konfransa dəvət etdiyiniz üçün şəxsim və rəhbərlik etdiyim Umid Partiyası adından təşkilatçılara təşəkkürümü bildirirəm.
Mən Azərbaycan Respublikasının ictimai rəyinə əhəmiyyətli təsir edən partiyanın rəhbəriyəm. Üç çağırış Azərbaycan Parlamentinin üzvü olmuş, iki dəfə prezident seçkilərində iştirak etmişəm.
Umid Partiyasına 2002-ci ildən rəhbərlik edirəm, 51 yaşım var.
Bəşəriyyəti sarsıdan koronavirus bir daha bizə sübut etdi ki, dünya çox kiçik, sərhədlər isə keçilməz deyil. Sərhədlərinin harda başlamasından asılı olmayaraq, bizim bir evimiz var – Yer kürəsi. İqtisadi böhran hamımızın gündəlik həyatına təsir edir, qorxulu xəstəliklər sərhəd tanımır, insanları dininə, millətinə, irqinə görə fərqləndirmir.
Mən pandemiyanın gətirdiyi bəlalardan, ölkələrin hazırlıq səviyyələrindən, dünya səviyyəsinin problemlərindən, iqtisadi və sosial çətinliklərdən daha çox postpandemiya dövründə dünya düzəni və çıxış yollarından danışmaq istərdim. Şərqlilərin məşhur deyimindəki kimi “bu da keçəcək”.
Nə etməliyik?!
Dünya qloballaşmadan, sərhədsiz və geniş əlaqələrdən imtina edərək, öz milli sərhədlərini qoruyan dövlət halına gəlib qapalı dövrə qədəm qoymalı, yoxsa daha sürətlə qloballaşmaya getməlidirmi?!
Məncə qloballaşma daha böyük sürətlə sərhədləri dağıtmağa xidmət edən bir hərəkata çevrilməlidir.
İnsanlığı xilas etmək istəyiriksə, bizi gözləyən çoxsaylı problemlərdən qaçmağın mümkün yollarını birgə aramalıyıq.
Bütün sferalarda əməkdaşlığın, sülhün, paylaşmanın yeni vasitələrini aramalıyıq.
İlk növbədə: Demokratikləşmə bütün siyasi institutların əsas vəzifəsinə çevrilməli, avtoritar, teokratik, qeyri-demokratik rejimlərlə qısa zamanda vidalaşmağın ortaq yolu aranmalı, dövlətlər, beynəlxalq birliklər o cümlədən siyasi institutlar əl-ələ verib mümkün hüquqi vasitələrlə cəmiyyət quruculuğuna keçidi təmin etməlidirlər.
Demokratik idarəetmə və seçkilərlə formalaşan hakimiyyətlər qurulmayana qədər böyük problemlərin öhdəsindən gəlmək mümkün olmadığı kimi, iqtisadi, sosial çətinlikləri aradan qaldırmaq da mümkün olmayacaq, insan haqları mütəmadi pozulacaq, korrupsiya və rüşvətxorluğu mümkün səviyyəyə endirə bilməyəcəyik.
Doğrudur, demokratiyaya keçiddə, xüsusilə postsovet ölkələrində bizə mane olan Rusiya amili var və biz hələlik bunun qarşısını almaqda acizik.
Demokratik dünya da bizə bu istiqamətdə yardım etməyə tələsmir – ya qorxur, ya da hələlik demokratikləşməyimiz onların daxili maraqlarına uyğun deyil. Postsovet ölkələrindəki etnik-milli konfliktlərin kökündə dayanan amil də Rusiyadır.
Biz demokratiya ilə Rusiyanın arasında tampon bölgəyik.
Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Moldova və Orta Asiya respublikalarından hansı demokratiyaya keçid etmək istədisə, ya əraziləri işğal olundu, ya etnik-milli separatizm baş qaldırdı. Nəticədə yarımçıq, etimad limiti zəif olan hakimiyyətlər iqtidar oldu.
Biz demokratik dünyaya inteqrasiya etmək istəyəndə Qarabağı, Gürcüstan Abxaziya və Osetiyanı, Moldova Qaqauziya və Prednestroviyanı, Ukrayna lap bu günlərdə Krımı və Şərqi Ukraynanı itirdi.
Bir gün Belarus demokratikləşmək istəsə, mütləq onların da itirəcəyi bölgə olacaq.
O cümlədən, Orta Asiya cümhuriyyətləri də demokratikləşmə yolunu tutarsa, itirəcəkləri çox şey olacaq.
Çünki Rusiya gözəl anlayır ki, demokratiya onun sərhədlərinə söykənsə, mütləq içəri girəcək və Rusiya parçalanacaq.
Avtoritar, imperialist dövlətlər qloballaşma üçün təhlükədir. Bu təhlükəni aradan qaldırmağın tək yolu demokratikləşmədir.
İkinci: Azad, sərbəst, oliqarxlaşmamış iqtisadiyyat formalaşmalıdır ki, sosial-iqtisadi cəhətdən təminatlı insan yetişdirə bilək.
Azad, rəqabətli iqtisadiyyatın da hökmən təminatçısı demokratik idarəetmə olmalıdır.
Üçüncü: Təhsil və səhiyyə sahəsində ciddi əməkdaşlığa və müasir biliklərə yiyələnən yeni nəsil tərbiyə edilməli, birgə yaşayışın, birgə mübarizənin yolları ortaq axtarılmalıdır.
Dördüncü: Postsovet ölkələrində yaradılan etnik-milli separatist addımlara qarşı hüququn aliliyi təsbit edilməli, yerli xalqların haqlarının tanınması ilə yanaşı dövlətlərin ərazi bütövlüyü təmin edilməlidir.
Qloballaşan dünyada etnik-milli separatizmə yer olmamalıdır.
Etnik-milli separatizmi dəstəkləyən ölkələr qəbul etməlidirlər ki, gec-tez bu yanaşmalar onların öz ölkələri üçün də problem yaradacaq.
Hər kəsin haqqı tanınan dünya və insan üçün mübarizə aparmalıyıq. Ərazi bütövlüyü dövlətlərin haqqı, o dövlətlərdə milli-mədəni dəyərləri qoruyaraq yaşamaq azsaylı xalqların hüququdur.
Kimsənin haqqına və hüququna girmədən azad, demokratik, dünyaya açıq bir sistem yaratmaq isə bizim borcumuzdur.
Postpandemiya dövrü bəşəriyyət üçün yeni fürsətdir. Bu fürsəti dəyərləndirsək, insanlığı xilas etmiş olacağıq.
Diqqətinizə görə təşəkkür edirəm”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək