15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan qlobal vəzifələrini necə yerinə yetirir? - Partiya sədri yazır
Tarix: 08-05-2020 21:28 | Bölmə: Siyasət

Əlisahib Hüseynov,
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
Bu həftə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşünü istər Azərbaycan, istərsə də dünya KİV-ləri geniş şəkildə işıqlandırdı. Dünyanın ən mötəbər nəşrlərində bu görüş barədə xəbərlər, şərhlər dərc olundu. Eləcə də bir çox nüfuzlu ekspertlər həm Zirvə görüşünün məqsəd-məramını, həm də ki, İlham Əliyevin bu görüşün təşkilindəki mühüm rolunu detallı şəkildə şərh etdilər. Zirvə görüşünün səhərisi günü mən də rəhbərlik etdiyim partiyanın bu Zirvə görüşü ilə bağlı mövqeyini açıqlamışdım. Ancaq bu gün yenidən bu mövzuya qayıtmaq istəyirəm. Çünki hesab edirəm ki, sözügedən Zirvə görüşünün bir sıra önəmli məqamları ictimaiyyətimiz üçün ətraflı şərh olunmalıdır.
Əvvəla, bu Zirvə görüşü onu göstərdi ki, Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilata formal şəkildə yox, real olaraq rəhbərlik edir və Azərbaycan Prezidenti İlham Əliyevin bu Hərəkata sədrliyi təşkilatın fəaliyyətinin ən hərəkətli, dinamik dövrü kimi tarixə düşəcək. İlham Əliyev özünü beynəlxalq bir təşkilatın rəhbəri ampluasında çox rahat hiss edir və dünyada gedən qlobal proseslərə adekvat reaksiya verməyi, proseslərin nəbzini tutmağı bacarır. Elə sözügedən Zirvə görüşünün İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi də az öncə qeyd etdiyim adekvat və çevik reaksiyanın təzahürüdür. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının lideri kimi tam zamanında hiss etdi ki, pandemiya nəticəsində yaranmış dünyanın hazırki böhranlı durumunda belə bir Zirvə görüşünün keçirilməsinə hava-su kimi ehtiyac var. Sonradan Zirvə görüşünün gedişatı və nəticələri də bu həqiqəti təsdiqlədi ki, görüşün keçirilməsinə qərar verilməsi tamamilə doğru addım imiş. Yəni ki, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü özünü həqiqətən də doğrultdu.
İlham Əliyev bu görüşdə sözün əsl mənasında bir dünya lideri kimi fəallıq göstərdi. O, dünyanın 40-dan artıq dövlət və hökumət başçısını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini bu Zirvə görüşü çərçivəsində bir araya gətirməyi bacardı. İlham Əliyev Qoşulmama Hərəkatının üzv dövlətlərini və beynəlxalq təşkilatları dünyanı bürümüş COVID-19 bəlasına qarşı ümumi mübarizəyə, əməkdaşlığa və tərəfdaşlığa, birgə fəaliyyətə dəvət etdi. Çünki indiki mürəkkəb və həssas şəraitdə birgə fəaliyyət və əməkdaşlıq həqiqən də çox vacib məsələdir. Zirvə görüşündə istər Azərbaycan Prezidentinin çıxışında, istərsə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreisusun məruzəsində açıq mətnlə qeyd olundu ki, indi heç bir ölkə pandemiyaya qarşı təkbaşına, əlahiddə şəkildə effektiv mübarizəni təşkil edə bilməz. Bununçün səyləri birləşdirmək, təcrübələri bölüşmək, qarşılıqlı yardımlaşmanı həyata keçirmək və həmrəylik nümayiş etdirmək lazımdır. Zirvə görüşünün ən önəmli nəticəsi də məhz bu birliyə, bu həmrəyliyə, pandemiyaya qarşı birgə mübarizə aparılmasına, birgə çıxış yollarının axtarılmasına qərar verilməsi oldu. Bu, olduqca mühüm məqamdır və bu mənada, İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşünü pandemiyaya qarşı qlobal həmrəylik aktı kimi, nümunəsi kimi də dəyərləndirmək olar.
Zirvə görüşü ilə bağlı digər bir önəmli məqam isə təşkilatçı tərəfin – yəni Azərbaycanın multilateralizm prinsipinə uyğun olaraq hərəkət etməsi oldu. Multilateralizm nə deməkdir? Multilateralizm - tarixin həlledici məqamlarında bir dövlətin çoxtərəfli fəaliyyət prinsipi əsasında hərəkət etməsi, bir neçə ölkəni deyil, bir çox ölkələri ümumi prosesə cəlb etməsi və mövcud imkanlardan bütün iştirakçı dövlətlərin yararlanmasını təmin etməsi deməkdir. Azərbaycan Prezidenti məhz bu nümunəni ortaya qoydu və ÜST-ə növbəti dəfə maliyyə yardımı göstərməklə ölkəmizin və xalqımızın humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycanın bu cür xeyirxah davranışı həm ÜST-ün Baş direktoru tərəfindən, həm də Zirvə görüşünün iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Onların hər biri dövlət başçımızın bu addımını yüksək qiymətləndirdilər.
Azərbaycanın bu cür kritik məqamda belə bir xoş məram nümayiş etdirməsi dünya mətbuatında da xüsusi qeyd olundu. Odur ki, bu Zirvə görüşünün beynəlxalq miqyasda təqdirlə qarşılanması, müsbət rezonans doğurması tamamilə təbiidir. Belə bir nəticə gözlənilən idi. Və bundan sonra Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bizdən nümunə götürüb analoji addım atmaları üçün də presedent yaranmış oldu. Məhz bu cür müsbət amillərə görə dünyanın diqqəti bu həftə yenə də Bakıya yönəldi. Bu gün biz əminliklə söyləyə bilərik ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycan öz üzərinə düşən qlobal vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın bu uğuruna görə həqiqətən də sevinməyə və qürur duymağa dəyər. Böyük şairimiz Məhəmməd Hadinin məşhur fikirinə istinadən qeyd etmək istəyirəm ki, bu gün millətimizin və dövlətimizin imzasını imzalar içində görmək çox xoşdur.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək