15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Süleyman İsmayılbəyli: "Münaqişənin həllində vasitəçilərdən imtina etməliyik"
Tarix: 15-08-2020 17:54 | Bölmə: Siyasət

"Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyanın Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələməsi cəzasızlıq mühitindən irəli gələn bəyanatdır. Əks təqdirdə separatçı rejimin rəhbərliyi belə bir sərsəm fikirlər söyləməyə cürət etməzdi".
Reyting.az xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli Aratunyanın məlum bəyanatına münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, separatçı rejimin rəhbərliyinin Azərbaycanı təhdid edən açıqlamalar verməsi dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistanı cəzalandırmamasından irəli gəlir:
"Əgər diqqət etsək aydın şəkildə görərik ki, son illər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin heç bir qondarma lideri Arutunyan qədər irəli gedib Azərbaycanı təhdid etməyib. Bu da ondan irəli gəlir ki, separatçı rejimin rəhbərliyi də dünyada ədalətsizliyin hökm sürdüyünü görür, işğalçını cəzalandırmaq əvəzinə, ona haqq qazandırmaq, hətta dəstək olmaq kimi mənfi tendensiyaların mövcud olduğunu müşahidə edir. Ən son Ermənistanın Tovuz istiqamətində dövlət sərhədini pozması fonunda bunun şahidi olduq. Baxmayaraq ki, bu hadisə Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçılıq siyasətinin növbəti mərhələsi idi və dövlət səviyyəsində Azərbaycana yeni bir mühribə elan edildiyini təsdiqləyirdi, buna rəğmən heç bir beynəlxalq təşkilat, hətta münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu belə Ermənistanı bu hərəkətinə görə tənqid etmədi, onun cəzalandırılması istiqamətində addım atmadı. Hətta Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyası Ermənistan Azərbaycan ərazilərini işğal etməyə hazırlaşdığı bir ərəfədə işğalçı ölkəyə hərbi təyinatlı yüklər göndərdi. Digər beynəlxalq təşkilatlar və qurumlar isə yalnız tərəflər arasında atəşkəsin təmin olunması çağırışları etdi. Ona görə də, separatçı rejim rəhbərliyinin son açıqlaması başadüşüləndir və cəzasıqlıq mühiti Arutunyanın belə sərsəm bəyanatlar verməsinə yol açır. Bir sözlə, bunu Arutunyanın cəzasızlıq mühitindən irəli gələn sərsəmləməsi saymaq olar".
MVP rəsmisi onu da qeyd edib ki, işğalçı ölkənin hərbi obyektlərdən daha çox mülki obyektləri hədəf alması adət halına çevrilib və Gəncə şəhəri ilə bağlı verilən sərsəm bəyanat da buna əyani sübutdur: "İstər 2016-cı ilin Aprel döyüşləri zamanı, istərsə də Tovuzda baş verən son olaylar ərəfəsində ermənilərin mülki obyektləri, yaşayış evlərini, kəndləri hədəf alması bütün dünyaya məlumdur. Xarici KİV-lərdə də bununla bağlı müxtəlif səpkili materiallar əks olunub. Bir sözlə, ermənilərin insan qatili olduğu heç kimə sirr deyil. Yaxın keçmişimizdə Xocalıda törətdikləri soyqırım da bunu təsdiq edir".
S. İsmayılbəyli deyib ki, Xocalıda insanlıq əleyhinə cinayət törədib sakinləri xüsusi amansızlıqla qətlə yetirən ermənilərdən istənilən cinayəti gözləmək olar: "O məsələnin başqa tərəfidir ki, Azərbaycanın hərbi potensialı, hava hücumundan müdafiə sistemləri bizə imkan verir ki, havadan gələn istənilən təhlükəni zərərsizləşdirək. Ancaq ümumilikdə götürəndə qondarma rejimin rəhbərliyinin bu sərsəm açıqlaması dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ciddiyə alınmalıdır. Bu açıqlama konkret olaraq terror hücumu xarakteri daşıyır. Azərbaycanın ikinci böyük şəhərinin vurulacağı ilə bağlı səslənən hədə dolu bəyanatı beynəlxalq təşkilatlar nəzarətə götürməlidirlər. Beynəlxalq birlik Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb etməlidir".
S. İsmayılbəyli qeyd edib ki, erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusu hərəkətə keçib işğalçı ölkəni cəzalandıran anda təşvişə düşərək hərəkətə keçən, erməni vandallarının ölməməsi üçün dərhal atəşkəs çağırışı edən ATƏT-in Minsk Qrupu Arutunyanın hədə dolu fikirlərini eşitməməzlikdən gələrək özünü karlığa vurur: "Əgər həmsədrlər ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaq bəyanatına da səssiz qalır, heç bir reaksiya vermirlərsə, o zaman vasitəçilərdən birdəfəlik imtina etməkdən başqa bir əlac qalmır. Deməli, həmsədr ölkələr də bu məsələdə erməni cinayətkarlarla eyni fikirdə və mövqedədirlər".
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək