15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: “Regionun sabitliyi Türkiyə, Rusiya və Azərbaycanın dostluq münasibətlərindən çox asılıdır”
Tarix: 14-10-2020 17:26 | Bölmə: Siyasət

“Rusiya dünyanın hərbi supergüclərindən biri olmaqla yaxın qonşumuzdur. Həmin ölkədə bizim iki milyona qədər soydaşımız yaşayır. Ciddi tarixi, mədəni, iqtisadi əlaqələrimiz var. Ona görə də hər zaman Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olmuşam. Azərbaycan iqtidarı da Qarabağ probleminin həllində Rusiyanın Ermənistanın hərbi-siyasi müttəfiqi kimi xüsusi rolunu və Minsk qrupunun həmsədri olmasını nəzərə alıb bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olması üçün böyük səylər göstərib. Təəssüf ki, Rusiya da münaqişənin həllinə kömək etməli olan digər həmsədr ölkələr kimi münaqişənin həllindən çox onun dondurulmuş vəziyyətdə qalmasında maraqlı olub. Belə hesab ediblər ki, bu halda hər iki respublika onlardan asılı vəziyyətdə qalacaq və bu siyasətlə indiyə qədər istədiklərinə nail olublar”.
Reyting.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Q. Həsənquliyev bildirib ki, münaqişənin dondurulmuş vəziyyətdə qalmaması üçün zaman-zaman Azərbaycan iqtidarına Rusiya ilə açıq danışmağı təklif edib:
“Rusiya problemin həllinə imkan verərsə, biz regionda Rusiyanın maraqlarını müdafiə edə bilərik. Yox, Rusiya mövqeyini dəyişməsə, o zaman Azərbaycan Avropa İttifaqına inteqrasiya yolunu tutmalı, NATO-ya üzvülük üçün müraciət etməli, neytrallıq siyasətindən imtina edib Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi istiqamətində konkret addımlar atmalıdır. Bu zaman Rusiyanın yeni hərbi təxribatlarından, hətta Qarabağdakı qondarma rejimi tanıması ehtimalından belə çəkinməməliyik. Rusiyanın onu tanıyıb-tanımaması heç nəyi dəyişmir.
Gürcüstandakı seperatçı rejimləri tanıması nəyi dəyişdi ki? Amma Gürcüstanı əbədi düşmənə çevirdi. İndi Gürcüstanda hakimiyyət naminə xalqının maraqlarını satanlar, yaxud satmaq istəyənlər də xalqın qəzəbindən çəkinərək Rusiya ilə yaxınlaşa bilmir”.
BAXCP sədri qeyd edib ki, Rusiya Ermənistana kömək etməklə Azərbaycana xəyanət etsə, deməli, bu ölkəyə heç zaman güvənmək olmaz: “Hazırda Rusiyanın iştirakı ilə humanitar məqsədlərlə atəşkəs razılaşmasına görə onları ittiham etmək olmaz. Bu, bizə də lazım idi. Humanitar atəşkəsə razılıq verməklə həm də növbəti dəfə nümayiş etdirdik ki, Rusiyanın təşəbbüsünə hörmət edirik və nə qədər ki, bu təşəbbüslər Azərbaycanın milli maraqlarına ziyan vurmur Rusiyanın regiondakı və dünyadakı nüfuzuna nəinki zərbə vurmaq fikrində deyilik, əksinə, yüksəlməsində maraqlıyıq.
Amma atəşkəsdən sonra Gəncəyə ballistik raketlə zərbə endirən Ermənistana münasibətdə Rusiyanın mövqeyində dəyişiklik olmasa və Rusiya Ermənistana dəstək verməklə Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verməsə, o zaman qəti sözümüzü deməliyik”.
Q. Həsənquliyev deyib ki, Azərbaycan istənilən dövlətin, o cümlədən Rusiyanın münasibətindən asılı olmayaraq işğal altındakı ərazilərini azad etməlidir:
“Vaxtilə Azərbaycan Respublikası Prezidenti Rusiya televiziyalarından birinə verdiyi müsahibədə xüsusi vurğulamışdı ki, Prezident Putinə inanır. Rusiyadan Ermənistana silah daşınsa da, hələlik onun yanılmadığı ortadadır. Rus ordusu döyüşlərə qatılmayacaqsa, biz işğalçıları ölkəmizdən qovacağıq. Qoşulacağı təqdirdə isə bunu Türkiyənin köməyi ilə edəcəyik.
Amma Putin söylədi ki, Rusiyanın münaqişəyə qatılması üçün heç bir əsas yoxdur, çünki müharibə Azərbaycanın ərazisində gedir. Onu da xüsusi vurğuladı ki, böyük siyasətdə dostlar yoxdur, maraqlar var. Putin görür ki, Azərbaycan səmimi və etibarlı tərəfdaşdır. Ermənistan barəsində isə bunu demək olmaz. Yəni Paşinyan Qarabağı işğal altında saxlamaq üçün Rusiyadan istifadə etsə də, addım-addım Ermənistanı Rusiyadan uzaqlaşdırır. Bizim Rusiya ilə strateji tərəfdaş olmamız və Rusiyanın vasitəçilik missiyası tələb edir ki, Rusiya haqlı olan Azərbaycanı müdafiə etməsə də, heç olmasa bitərəf qalsın. Rusiyanın neytral qalacağına ümid buradan qaynaqlanır. Rusiya neytrallığını qoruyub saxlamasa, onunla münasibətlərə yenidən baxmalıyıq və bundan sonra strateji tərafdaşlıqdan söhbət belə gedə bilməz. Biz torpaqlarımızın azadlığı üçün xarici təzyiqlərə sinə gərib, çox qətiyyətli davranmasaq ölkəmizin taleyi çox qaranlıq olacaq”.
Deputatın fikrincə, Azərbaycan Rusiyanı seçim qarşısında qoysa, Rusiyanın Şimal-Cənub Nəqliyyat Dəhlizi olan Azərbaycana və onun təbii müttəfiqi Türkiyə ilə dostluğa üstünlük vermə ehtimalı çox yüksəkdir:
“Ermənistan onsuz da Rusiyanın orbitindən uzaqlaşa bilməz. Qərb zəngin erməni diasporasına görə Ermənistanı nə qədər çox sevsə də, onun işğalçılıq siyasətini dəstəklədiyinə görə Rusiyaya çox şey verməyəcək, sanksiyaları da aradan qaldırmayacaq. Amma Rusiya Azərbaycanla dostluq edib ona mane olmasa, bu, həm iqtisadi baxımdan faydalı olar, həm də digər anoloji problemləri olan ölkələr anlayacaqlar ki, öz problemlərini Rusiya ilə dost olmaqla həll etmək daha asandır. Əksini görsələr, Rusiyadan qorxu və ona nifrət bir az da artacaq. Rusiya düşmən xalqlarla əhatə olunacaqdır.
Putin ağıllı adamdır, düşünürəm ki, düzgün seçim edəcək. Regionun inkişafı və sabitliyi Türkiyə, Rusiya və Azərbaycanın dostluq münasibətlərindən çox asılıdır”.
Onu da qeyd edək ki, Rusiya və Qərbdəki ermənipərəst dairələr Putinə təzyiq edir ki, Qarabağda humanitar fəlakət yaşanır, insanlar ev-eşiklərini tərk edir və s. Putindən tələb olunur ki, Azərbaycanı dayandırsın. Q. Həsənquliyev bu məsələdən danışarkən deyib ki, bu tipli siyasi riyakarlığı təbliğ edən rus kanallarından birinə bizim xalq yazıçısı Çingiz Abdullayev çox gözəl cavab verib:
“Çingiz Abdullayev dedi ki, hansı humanizmdən, insanlıqdan danışırsınız? Dağlıq Qarabağ və ətraf rayonlardan 700 mindən çox insan ermənilərin etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovulanda harada idiniz? Onların taleyi sizi narahat etmir?
Hesab edirəm, “Qaçqınların yürüşü” kimi ən azı 100 min qaçqının Minsk qurupunun həmsədri olan ölkələrin Bakıdakı səfirliklərinin qarşısından keçməklə etiraz aksiyası keçirib öz evlərinə qayıtmaqlarını tələb etməsi, sonda Türkiyə səfirliyi qarşısına gedib verdikləri dəstəyə görə qardaşlarımıza təşəkkür etmək istəklərinə hökumət müsbət reaksiya verərsə, bu, çox yaxşı olar. Hamı tibbi maska geyinərsə və hərbi komendant təhlükəsizliyə təminat verərsə, belə aksiyanı sanksiyalaşdırmaq məqsədəuyğun olardı. Onlar varlıqlarını dünyaya bir daha çatdırardı. ABŞ-da Afrika mənşəlilərin qaldırdığı şüarlar kimi ( Black Lives Matter) biz də plakatlar qaldırardıq ki, azərbaycanlıların da həyatı məna kəsb edir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək