15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Aleksandr Sıtin: "Ermənilərin Rusiya ərazisində də terrora əl atacağı ehtimalı böyükdür"
Tarix: 28-10-2020 15:53 | Bölmə: Siyasət

“Müharibə Azərbaycan ərazisində gedir. Bütün dünya, o cümlədən BMT tərəfindən Dağlıq Qarabağ və ətrafı Azərbaycan ərazisi hesab olunur. Prinsipcə, hüquqi və siyasi cəhətdən bu müharibədə heç kəs Azərbaycanın haqqını şübhə altına ala bilməz”.
Bunu rusiyalı politoloq, tarix elmlər doktoru Aleksandr Sıtin deyib.
Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan müharibəni udacaq və Dağlıq Qarabağı yenidən öz ərazisinə qatacaq: “Bundan sonra yeni sual ortaya çıxacaq. Bu sual humanitar məsələlərlə bağlıdır. Dağlıq Qarabağın erməni əhalisi ilə bağlı məsələlərdən söhbət gedir. Ona görə də, Azərbaycanın siyasi rəhbərliyinin qarşısında qələbədən sonra ciddi məsələlər dayanır”.
A. Sıtin bildirib ki, Ermənistan tərəfindən guya Qarabağda suriyalı terrorçuların olması, Türkiyə ordusunun vuruşması kimi xəbərlər qəsdən tərəfindən dövriyyəyə buraxılır.
Rusiyalı politoloq Ermənistanın Rusiyanı Qarabağ münaqişəsinə cəlb etmək cəhdlərinə davam etdiyini vurğulayıb: “Təkcə müharibə başlayandan deyil, ermənilər buna qədər də əlindən gələni edib, edir və edəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. Bunun üçün də Ermənistan tərəfindən bu və ya digər yollarla Azərbaycan tərəfində guya radikal-islamçı terrorçuların döyüşməsi, onların Suriyadan Azərbaycan gəlməsi kimi xəbərlər dövriyyəyə buraxıldı. Çünki ermənilər yaxşı bilirlər ki, terrorçu məsələsi Rusiya rəhbərliyi üçün olduqca ağrılı mövzudur. Bundan başqa, Rusiyanı münaqişəyə cəlb etmək üçün Ermənistan Türkiyənin münaqişədə iştirakı məsələsini ortalığa atır, öz ərazisinin Azərbaycan tərəfindən atəşə tutulması üçün çoxsaylı cəhdlər edir. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi mexanizmlərini işə salmaqdır. Əgər açığını desək, məsələ belədir: Rusiya hazırda əlindən gələni edir ki, bu, baş verməsin. Bu günə kimi, bu, həqiqətən də belədir. Lakin burada bir şeyi nəzərə almaq lazımdır. Azərbaycanın qələbəsi həm Türkiyənin, həm də Azərbaycanın regiondakı gücünü artıracaq. Formal olaraq Rusiya bu gün bu məsələdə düzgün mövqe tutub. Mən özüm, Rusiyanın ümumiyyətlə, bu münaqişəyə müdaxiləsinin əleyhinəyəm. Lakin Rusiyanın erməni lobbisi tərəfindən ilhamlanan informasiya siyasəti başqa cür deyir. Onlar Moskvanın bu münaqişəyə müdaxiləsini tələb edirlər. Bu gün Moskva ancaq humanitar əsaslarla münaqişəyə müdaxilə edir. Bəyanatlarında atəşkəsə əməl etməyə, insanların həlak olduğuna işarə vurur”.
A. Sıtin Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı cəbhədə göstərdiyi hərbi üstünlüklərdən də danışıb: “Mən Azərbaycanın bu müharibədə göstərdiyi iki şeyə heyranam. Birincisi, Azərbaycan bu 30 il ərzində, heç kəsə heç nə demədən yüksək döyüş qabiliyyətli ordu yarada bilib. İkincisi, əlbəttə ki, Azərbaycanın siyasi qərarlar səviyyəsində bütün hərbi əməliyyatların ancaq Qarabağ ərazisində aparılmasına nail olmasıdır. Bu, sözsüz ki, böyük layiqli işdir”.
Rusiyalı ekspert Dağlıq Qarabağ müharibəsində Rusiyanın dəstəyindən məhrum olan ermənilərin Rusiya Federasiyası ərazisində terrora əl atacağı ehtimalının böyük olduğunu qeyd edib: “Sözsüz ki, onlar bu cür təxribatlara əl atacaqlar. Ona görə ki, terror Rusiya üçün olduqca həssas mövzudur. Çeçenistandan sonra doğum travması kimi bu Rusiya üçün qalıb. Ona görə də, ermənilər təxribatlara əl atıb, hərbi yolla da olmasa, Moskvanın siyasi yolla bu münaqişəyə müdaxilə etməsinə cəhd edəcəklər”.
A. Sıtin münaqişəyə üçüncü tərəflərin yalnız bir halda müdaxilə etmək ehtimalının olduğunu diqqətə çatdırıb: “Bu, Dağlıq Qarabağdakı münaqişənin arealının genişlənməsi halında mümkündür. Lakin bu gün gördüyümüz kimi münaqişə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış konkret ərazisində gedir. Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkələrin siyasi mövqeləri artıq cızılıb və Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpağını geri qaytarır. Ona görə də, çətin ki, Dağlıq Qarabağa görə, hansısa ölkə öz mövqeyindən geri çəkilib, münaqişəyə müdaxilə etsin”.
Rusiyalı politoloq ölkəsindəki erməni lobbisinin Rusiyanın xarici və informasiya siyasətinə təsir qüvvəsinə də toxunub:
“Ermənilər kasıb ölkə olsa da, diasporu çox varlıdır. Birinci məqam budur. İkinci məqam isə erməni lobbisinin Rusiyadakı nüfuzudur. Bu heç kəsə sirr
deyil. Üçüncü məqam, Rusiyanın bu gün silah alveri ilə məşğul olmasıdır. Məncə, Moskva üçün fərqi yoxdur, kimin pulu var, ona silah satır. Rusiyanın hərbi sənaye kompleksi elə qurulub ki, hər kəsə silah sata bilər. İnternetdə bir çarx var. Orada MGİMO-nun məşhur professoru Andranik Mqranyan çıxış edir. O, Rusiyadakı erməni lobbiçilər barədə danışır. Konstantin Zatulinin, Vladimir Poznerin adlarını çəkir. Mən Zatulini tələbəlik illərindən tanıyıram. Onunla bağlı hər şey aydındır. O ki, qaldı Poznerə, o, Fransada doğulub böyüyüb. Başqa hansı cür mövqeni tuta bilər ki?! Fransa ən qatı ermənipərəst ölkədir. Bu, faktdır.
O ki qaldı siyasi tok-şoulara, xatırladım ki, bu tok-şoular Rusiya auditoriyasına hesablanıb. Bu tok-şoular analitik siyasi proqramlardan çox fərqlənir. Təəssüflər olsun ki, bu gün Rusiya kanallarında siyasi-analitik proqramlar yoxdur. Bu tok-şoular ona hesablanıb ki, maraqlı olsun və onlara rusiyalı izləyici baxsın. Təkcə Azərbaycan-Ermənistan münaqişəsi Rusiya ictimaiyyətini maraqlandırmayacaq, publikanı Rusiya üçün təhdidlər maraqlandırır.
Başa düşüləndir ki, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə Rusiyanı təhdid etmir və Rusiya ictimaiyyətini maraqlandırmır. Ona görə də, tok-şoularda bu vəziyyət genişləndirilir, Türkiyə, ABŞ və Qərb mövzuları ortalığa atılır. Tok-şouların məntiqi bundan ibarətdir. Mən də həmin tok-şoularda daha çox ermənipərəst mövqenin dəstəkləndiyini müşahidə edirəm. Baxmayaraq ki, Rusiyada Ermənistan və Azərbaycana olan simpatiyanın səviyyəsi fərqlidir. Artıq Rusiya cəmiyyətində bir çoxları mövcud erməni təsirindən narazıdır.
Deyim ki, koronavirusla bağlı sərhədlər bağlı olduğuna görə, çoxları Soçidə olub, ora istirahətə getmişdi. Orada yaşayan ermənilərin təsir qüvvəsini şərh etməyə ehtiyac görmürəm. Anlaşılandır ki, bütün bunlar insanları qıcıqlandırır. O ki, qaldı tok-şoularda ermənipərəst mövqenin nümayiş olunmasına, əlbəttə ki, burada erməni lobbisinin əli var. Açıq-aydın bu prosesin iştirakçıları arasında çoxlu sayda ermənilərin olduğu görünür. Bir məsələni də deyim ki, bu gün erməni və ya ermənipərəst ekspertlər mənimlə açıq müzakirəyə girməkdən çəkinirlər. Onlar ancaq hədələyə və qarğış edə bilirlər. Hansı ki, mən bunu zəiflik əlaməti hesab edirəm”/APA.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək