15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
XİN Ermənistanın əsassız ittihamları barədə bəyanat yayıb
Tarix: 05-11-2020 17:30 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Reyting.az-a daxil olan açıqlamada deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur. Bu qarayaxma kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası daxil olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq çoxsaylı qərarlara əsaslanan Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməkdən ibarətdir.
Bununla əlaqədar xatırladırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı doğma yurdundan qovulmuş 1 milyona yaxın azərbaycanlının etnik təmizlənməsi, işğal olunmuş ərazilərdə özəl və dövlət əmlakının mənimsənilməsi, bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhv edilməsi, ələ keçirilmiş torpaqlarda təbii sərvətlərin və iqtisadi potensialının qeyri-qanuni istismarı və talan edilməsi, etnik ermənilərin bu ərazilərə qeyri-qanuni məskunlaşdırılması və qanunsuz infrastruktur dəyişikliklər ilə müşayiət olunur.
30 ilə yaxın siyasi həll prosesi, habelə Azərbaycanın bu prosesə sadiqliyindən sui-istifadə edən Ermənistan, bu torpaqların ilhaq edilməsi məqsədilə Azərbaycan ərazilərinin işğalı nəticələrini möhkəmləndirmək üçün ardıcıl addımlar atıb.
Qeyri-qanuni güc tətbiqi nəticəsində yaranmış status-kvonu rədd edən siyasi həllin əleyhinə olan, bu prosesə xələl gətirən təxribat xarakterli bəyanat və hərəkətlərə əl atan Ermənistan, Azərbaycanın bütün cəbhə boyu əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmaqla 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirməyə məcbur edildi.
Bu xüsusda, bir daha aşağıdakıları bildiririk:
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, habelə öz vətəndaşlarının mühafizəsini və təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini özünümüdafiə çərçivəsində və Azərbaycanın suveren ərazisində aparır;
Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatı yalnız beynəlxalq humanitar hüquq çərçivəsində aparılır, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq həyata keçirilərək, beynəlxalq humanitar hüquq üzrə bütün öhdəliklərə ciddi riayət olunur;
Azərbaycan Respublikasının Silahlı Qüvvələri mülki şəxslərə, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmır və işğal altındakı ərazilərdə mülki əhalini və mülki infrastrukturu hədəfə almır;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qadağan edilmiş heç bir silah və sursatın olmadığı üçün ondan istifadə edilə bilməz.
Vurğulayırıq ki, Ermənistan Azərbaycan ərazilərini işğal edərək beynəlxalq ictimaiyyətin tələblərini, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, bu ərazilərdən çıxmaqdan imtina edir. Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədi ilə Azərbaycanın böyük mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərini ballistik və kasetli sursatlar da daxil olmaqla, ağır artilleriya və raketlərlə qəsdən hədəfə alaraq amansız terror taktikasına əl atıb. Nəticədə, aralarında 10 uşaq və 27 qadın olmaqla 92 mülki şəxs həlak olub, həmçinin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 404 mülki şəxs ağır yaralanıb. Tibbi və təhsil müəssisələri də daxil olmaqla, mülki infrastruktura, həmçinin vacib dövlət infrastrukturuna və xüsusi mülkiyyətə ciddi ziyan vurulub. Üç dəfə humanitar atəşkəsin elan edilməsi də Ermənistanın mülki şəxslərə qarşı terror hücumlarını dayandırmayıb.
Ermənistanın mülki əhaliyə və mülki infrastruktura qarşı hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabər olan bu qəddar hücumlarına dair faktlar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qurumlar və strukturlar və xarici media nümayəndələri vasitəsilə də daxil olmaqla, beynəlxalq ictimaiyyətə təqdim edilib.
Xatırladırıq ki, yüksək səviyyəli Ermənistan rəsmilərinin açıq bəyanatlarına əsasən, hərbi əməliyyatlar başlayandan bəri Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin əksəriyyəti bu əraziləri tərk edərək, Ermənistana köçüblər. Azərbaycan tərəfi dəfələrlə ərazidə qalanlara hərbi obyektlərdən uzaq durmağa və hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməyə çağırışlar edib, çünki bu, onların mülki statusuna xələl gətirərək, onları döyüşçü statusuna çevirə bilər. Bundan əlavə qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə qarşı apardığı hərbi əməliyyatlarda muzdlulardan və xarici terrorçu döyüşçülərdən istifadə etdiyi, o cümlədən müxtəlif beynəlxalq media mənbələri tərəfindən geniş sənədləşdirilib.
Ermənistan, hərbi cinayətləri və insanlığa qarşı cinayətləri meydana gətirən yuxarıda qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi ilə həyasızcasına Azərbaycanı eyni ittihamla günahlandırır və bu məqsədlə kütləvi saxta xəbər kampaniyasını aparır. Ermənistanın öz iddialarını əsaslandırmaq üçün təqdim etdiyi video və foto materiallarının peşəkar təhlili bunların hamısının əvvəlcədən hazırlanmış saxtalaşdırmalardan başqa bir şey olmadığını sübut edir.
Azərbaycan tərəfi Ermənistanın bu əsassız ittihamlarını bir daha qətiyyətlə rədd edir və beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini ört-basdır etmək cəhdlərinə qarşı diqqətli olmalarını xahiş edir.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi hər zaman ardıcıl olub və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Azərbaycan həmişə onların həyata keçirilməsi üçün ATƏT-in Minsk Qrupu formatında danışıqlara hazır olduğunu bildirib”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək