15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İnstitut rəhbəri: “Atatürk millətinə necə xidmət etmişdisə, İlham Əliyev də Azərbaycana elə xidmət etdi”
Tarix: 16-11-2020 16:37 | Bölmə: Siyasət

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev Ermənistan-Azərbaycan münaqişəsinə dair 10 noyabr bəyanatını şərh edib.
A. Məsiyev deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə bəyanat daha çox Azərbaycanın xeyirinədir:
- Mən deməzdim ki, bu bəyanat birdən birə imzalandı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatının başlanmasından bir neçə gün sonra hərbi ekspertlər ermənilərin məğlub olacağını praqnozlaşdırırdılar. Azərbaycan həm siyasi, həm hərbi, həm də insanların ruh yüksəkliyi baxımından Ermənistandan üstün idi. Ermənilərin 1990-1994-cü illər ərzində işğal etdikləri, təxminən 30 il ərzində möhkəmləndikləri əraziləri Azərbaycan əks-hücum əməliyyatı nəticəsində cəmi 44 gün ərzində geri qaytardı.
Münaqişə başlayan gündən Azərbaycan prezidenti bəyan edirdi ki, ermənilər silahlı qüvvələrini torpaqlarımızdan çıxartsınlar və bununla bağlı cədvəl versinlər, bu halada hərbi əməliyyatlar dayandırıla bilər. Bundan başqa, Türkiyə prezidenti Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putinin telefon danışıqları zamanı münaqişəni dayandırmaq üçün təşəbbüs olub. Bu müddət ərzində Paşinyan məğlubiyyətini hiss edirdi və belə bir sənədin təklif edilməsini gözləyirdi. Münaqişınin 44-cü günü erməni tərəfi məğlubiyyətini anladı və bəyanatı imzalamağa məcbur oldu. Yəni ermənilər “ziyanın yarısından da qayıtmaq xeyirdir”, - misalını anladılar və qəbul etdilər.
- Deyirsiniz, ermənilər “ziyanın yarısından da qayıtmaq xeyirdir”,- məsələni anladılar və qəbul etdilər. Yəni ermənilərə xeyri oldu bu bəyanat. Bəs bizim xeyrimiz hardadı?
- Bəzi şəxslər qəbul edilən sənədə kölgə salmağa çalışır və hərənin öz məntiqi var. Düşünürəm ki, ümumilikdə sənəd hər baxımdan Azərbaycanın xeyrinədir. Bu bəyanatın tarixi-siyasi əhəmiyyəti var. Bəyanat nəticə etibarı ilə sülhün bərqərar olması deməkdir - həm siyasi, həm humanizim, həm hərbi, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bunu arqumetlərimlə izah etməyə çalışacağam:
- Bəyanatın şərtlərinə görə Naxçıvan dəhlizi Laçın dəhlizi ilə eyni statusa malik olsa da, onun faydalılığı, iqtisadi və siyasi baxımdan daha çoxdur, bunu Türk dünyasına açılmış dəhliz hesab etmək olar. Bəyanat imzalanmasaydı və əməliyyat sonacan davam etsəydi, ermənilər bu dəhlizi verməyəcəkdilər.
- Bəyanatın nəticəsi erməni birliyini parçaladı, əgər ermənilər döyüşə-döyşə məğlub olsaydılar bu halda Paşinyan Ermənistanda milli qəhrəmana çevriləcəkdi, indisə ona “vətən xaini” damğası vururlar.
- Əgər bəyanat qəbul edilməsəydi münaqişə davam edəcəkdi, hər iki tərəfdən yüzlərlə-minlərlə insan ölümü və yaralanması ilə nəticələnəcəkdi. Bu da insanlıq baxımından qəbuledilməzdir, bu nöqteyi-nəzərdən bəyanatın humanizim tərəfi xüsusi əhəmiyyət kəsb edir.
- Bu bəyanatın qəbulu ilə əlaqədar bölgədə sülhün ədalətli təminatı üçün Rusiya silahlı qüvələri ilə yanaşı Türkiyə silahlı qüvvələrinin də Qarabağda proseslərə nəzarət etməsinin xüsusi əhəmiyyəti var. Bununla da Türkiyə-Rusiya dostluğu, əməkdaşlığı möhkəmləndi. Bizə qonşu olan hər iki dövlətin maraqları uzlaşdı, eyni zamanda bəyanat türkdilli dövlətlər və xalqlar üçün qapının açılması oldu.
- Bəyanat münaqişəni köklü şəkildə dayandırdı. Hərbi əməliyyat sonacan davam etsəydi ermənilər Azərbaycanı dünyaya (ABŞ, Qərb dövlətlərinin imkanlarından istifadə edərək) təcavüzkar kimi qəbul etdirəcəkdi, bunu əsas götürərək üzərimizə siyasi basqı edəcəkdilər. Bəyanat qəbul edilməklə biz beynəlxalq təşkilatların (BMT, Avropa Birliyinin) mövqeyini siyasi baxımdan öz tərəfimizə çəkdik, sülhsevərliyimizi və humanizim mövqeyimizi bir daha bəyan etdik, bu bizim həm də siyasi qələbəmizdir.
- Hərb nəzəriyyəsində belə bir taktika var - hüçum edən tərəf müdafiə olunan tərəfdən 2-3 dəfə çox qüvvə ilə hərəkətə keçməlidir. Qarabağın dağlıq bölgə olduğunu nəzərə alsaq, bu halda nəinki, 2-3 dəfə, hətta 5-6 dəfə çox qüvvə sərf etməli olurduq. Əməliyyatın davamı yüzlərlə-minlərlə insan ölümü və yaralanması ilə nəticələnə bilərdi.
- İqtisadi baxımdan müharibənin hər günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir. Bu bəyanatla bu xərcələrin qarşısı alındı. Bir sözlə, qəbul edilən sənəd hər mənada bizim xeyrimizədir.
- Azərbaycan, Rusiya və Ermənistan liderləri birgə bəyanat imzaldıqdan dərhal sonra Ermənistanda içtimai-siyasi vəziyyət ciddi olaraq dəyişdi, İravanda qarşıdurma getdikcə güclənməkdədir. Bu qarşıdurmanın sonluğu necə ola bilər?
- Erməni təfəkküründə yüz illərdi formalaşmış millətçilik ideyası erməni cəmiyyətində milli birlik yaratmışdı. Bu cəmiyyət sözün əsl mənasında bəşəri dəyərlərdən uzaq, digər millətləri yaxına buraxmayan bir toplumdur. Bu illər ərzində Ermənistanda və dünyaya səpələnmiş erməni lobbiləri hər sahədə birgə fəaliyyət göstərirdi, bunların birliyinə nufuz etmək çox çətin idi. Nəhayət ki, məlum bəyanatın qəbul edilməsi erməni birliyini parçaladı, bu, bizim üçün torpaqlarımızın azad edilməsi qədər uğurdur.
İravanda başlanan etirazlar təbiidir. Maraqlı olan odur ki, siyasi baxışlarına görə insanlar həbs olunur, qəddarcasına döyülür, təqib edilir, insan haqları ilə bağlı beynəlxalq konvensiyaların müddəları pozulur. Amma özlərini demokratiyanın beşiyi adlandıran Qərb və Avropa dövlətləri - ABŞ, Fransa, Almaniya və s. göz yumur, beynəlxalq təşkilatlar səslərini belə çıxarmırlar. Aydın məsələdir ki, ABŞ, Fransa kimi dövlətlər Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Onlar Paşinyanı inqlab yolu ilə hakimiyyətə gətirəndə məqsədləri Rusiya əleyhinə “toxum səpmək” və onu inkişaf etdirmək idi. Demək olar ki, İrəvanda yaranmış siyasi vəziyyət göstərir ki, Qərb dairələri məqsədlərinə qismən nail olublar. Ona görə də, İravanda baş verənlərə göz yumur, Paşinyanın hakimiyyətdən getməsinə mane olmağa çalışırlar. Əgər Paşinyan hakimiyyətdən getsə, Qərbin mövqeyi zəifləyə bilər.
Qarşıdurma gücləndikcə vətəndaş itaətsizliyi arta və nəticədə qan tökülməsi ilə yekunlaşa bilər. Eyni zamanda terror hadisələri də qaçılmaz olar.
Hər bir halda İrəvanda yaranmış siyasi vəziyyət bizim xeyrimizə işləyir. Bu qarşıdurma nə qədər uzansa bir o qədər erməni cəmiyyətində parçalanma yaranacaqdır ki, bu da bizim marağımıza uyğundur.
- Sənədin imzalanmasında Türkiyənin və Rusiyanın rolunu necə dəyərləndirirsiniz?
- Bu sənədin qəbulunda Türkiyənin və Rusiyanın rolu danılmazdır. Prezident Ərdoğanın Rusiya prezidenti Putinlə münaqişənin həlinə dair telefon danışıqları olub. Şükürlər olsun ki, bu danışıqlar uğurla nəticələndi. Mən müsahibələrimdə həmişə qeyd etmişdim ki, dünyada olduğu kimi Qafqazda da Türkiyə və Rusiyanın maraqlar uzlaşmalıdır. Bu sənəd qeyd etdiyim maraqların uzlaşmasını təsdiqlədi.
Münaqişə ilə bağlı qəbul edilmiş sənədə kölgə salmaq istəyənlər Rusiya silahlı qüvvələrinin bölgəyə gəlməsi ilə bağlıdır. Əvvala onu qeyd edim ki, Rusiyanı rəqib və ya düşmən kimi görmək istəyənlər birmənalı olaraq ermənilərin mənafeyinə xidmət etmiş olurlar. Bununla da Türkiyə-Rusiya dostluğuna və əməkdaşlığının gələcəyinə zərbə vururlar. Bu əməkdaşlığın inkişafı türkdilli dövlətlərin və xalqların birliyinə aparıb çıxaracaq.
Qərbin siyasi dairələri Qafqaz bölgəsində Rusiya ilə Türkiyənin maraqlarının toqquşacağını düşünürdülər, Suriyada olduğu kimi, bu da baş vermədi. Qərbin Ermənistanda Paşinyanın hakimiyyətini himayə etməkdə məqsədlərindən biri də Türkiyə-Rusiya dostluğunu və əməkdaşlığını pozmağa yönəlib.
Türkiyə və Rusiya dövlət başçıları imzalanmış sənədin ərsəyə gəlməsində böyük birlik nümayiş etdiriblər, icrası üçün də bir o qədər səy göstərəcəklər.
- Azərbaycan prezidenti İlham Əliyev münaqişə başlayan gündən beynəlxalq təzyiqlərin olmasına baxmayaraq siyasi iradə nümayiş etdirdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu barədə saatlarla danışmaq olar, amma fikrimi qısa ifadə etmək istəyirəm: Türkiyə tarixində Mustafa Kamal Atatürk millətinə necə xidmət etmişdisə, Azərbaycan tarixində də İlham Əliyev elə xidmət etdi. Mustafa Kamal Atatürk türklərin qəlbində necə yaşayırsa, Azərbaycan xalqının qəlbində də İlham Əliyev elə qalacaq. Bununla da prezident İlham Əliyev vahid lider olaraq xalqın şanlı tarixini yazdı.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək