15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Brazya: "Minsk qrupunda Fransanı başqa ölkə əvəz etməlidir"
Tarix: 19-11-2020 20:44 | Bölmə: Siyasət

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza Teleqraf.com-un suallarını cavablandırıb.
Reyting.az onunla müsahibəni təqdim edir:
- Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatı necə şərh edirsiniz?
- 10 noyabr razılaşması Azərbaycanın tarixində böyük diplomatik nailiyyətdir. Ölkələr hərbçiləri öldürmək və ya hərbi texnikanı məhv etmək üçün müharibə etmir. Onlar siyasi məqsədlərə nail olmaq üçün hərbi əməliyyatlar aparır. Yeni razılaşma Azərbaycanı əvvəldən də razı olduğu tam siyasi hədəflərlə təmin etdi. 2009-cu ildə bu əsas prinsiplərlə Nikol Paşinyanın sələfi Serj Sarkisyan qeyri-rəsmi olaraq razılıq ifadə etmişdi, Paşinyan isə bunları qəbul etməyərək həll prosesindən qaçındı. Hələ 11 il əvvəl Prezident İlham Əliyev başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni razılaşmada göstərilən siyasi həll Azərbaycan üçün böyük bir qələbədir.
Biz anlayırıq ki, ordunun Xankəndi, Ağdərə, Xocavənd və faktiki olaraq Ermənistanın nəzarətində qalan digər bölgələrə qədər irəliləyib sonra razılaşma əldə olunması Azərbaycanda bəzi insanlarda narahatlığa səbəb oldu. Amma döyüşlər davam etsəydi, bu, son dərəcə ağır bir əməliyyat olardı. Buna səbəb ilkin olaraq savaşın Xankəndidən sonra çox çətin olması və hər iki tərəfdən itkiyə səbəb olacağı idi. Eyni zamanda yeni razılaşma ilə Azərbaycan onsuz da öz siyasi məqsədlərinə çatıb. Bu halda hər iki tərəf də niyə başqa hərbi və ya mülki itkilər vermək istəsin?
Ən əsası, Şuşanın işğaldan azad olunması həlledici məqam idi. İnsanlar müharibəni saxlamaqla Azərbaycanın tarixində ən böyük diplomatik qələbənin əldə edilməsinin səhv olduğunu düşünürdülərsə, onda niyə onlar özləri ön cəbhədə iştirak etmirdilər? Şuşa uğrunda gedən döyüşlər çox ağır idi. Hərbçilər əlbəyaxa, bıçaqlarla ölümcül vəziyyətdə döyüşürdülər. Həm də buna görə müharibəni Azərbaycanın şərtləri ilə bitirməklə Prezident Əliyev gələcək itkilərin qarşısını aldı.
- Artıq prosesə aktiv olaraq Rusiya və Türkiyə qoşulub. Sizcə ATƏT-in Minsk qrupunun missiyasını bitmiş hesab etmək olarmı?
- Azərbaycan və Ermənistanın arasında beynəlxalq sərhəddə yaranan hərbi toqquşmalardan sonra Rusiya və Türkiyə bu ilin yanvarında hərəkətə keçdi. O vaxt ABŞ və Fransa gərginliyi azaltmaq və danışıqlar masasına qayıtmaq üçün heç bir addım atmırdı. Rusiyanın isə aktiv olaraq Ermənistan ilə hərbi təlimlər keçirməsi Türkiyənin indiyə qədər Azərbaycana verdiyindən daha artıq bir dəstək ifadə etməsinə səbəb oldu. Türkiyə Azərbaycana siyasi, texnoloji və hərbi istiqamətdə tam dəstək göstərdiyini bəyan elədi. Bu isə Cənubi Qafqazda geosiyasətin yeni bir mərhələsidir.
Tərəflərin münaqişəyə qoşulmasının səbəbi Paşinyanın eks-prezident Serj Sarkisyanın və Prezident İlham Əliyevin 2009-cu ilin yanvarında razılaşdığı həll çərçivəsini qəbul etməməsi idi. Əksinə olaraq o aqressivləşməyə və təhrikedici hərəkət edərək aydın şəkildə danışıqlar prosesini sabotaj etməyə çalışırdı. Bu vəziyyətdə Minsk Qrupu və ya hər hansı digər bir vasitəçinin edəcəyi bir şey yox idi. Vasitəçilərin qaydalara riayət etməyən tərəfi məcbur etmək qabiliyyəti yoxdur. Rusiya və Türkiyə bunu Nikol Paşinyanla etdilər. Türkiyə Azərbaycanı Ermənistanın hərbi qüvvəsini məhv etməyə yarayan texnika ilə təmin etdi. Rusiya Prezidenti Putin isə Ermənistana siyasi və ya hərbi yardım göstərmədi. Putin dəfələrlə qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın Ermənistanı qoruma öhdəliyi Azərbaycan ərazisinə deyil, yalnız Ermənistanın ərazisinə hərbi hücum olarsa, əsaslıdır.
Paşinyanın idarəçiliyində olan Ermənistanı Minsk qrupu tərəfindən təməli qoyulan əsas prinsplərə razı salmaq və danışıqlar masasına qaytarmaq ancaq güc tətbiq etməklə mümkün idi. Gələcəyə baxsaq, noyabrın 10-da imzalanan razılaşmanı atəşkəs anlaşmasından tam sülh müqaviləsinə çevirməkdə Minsk Qrupunun mütləq rolu ola bilər. Bu isə çoxsaylı danışıqlar tələb edir. Amma Fransanın Prezidenti Emmanuel Makron və xarici işlər naziri tərəfindən verilən açıqlamalarda tamamilə Ermənistanı dəstəkləməsi və Azərbaycanı savaşdığına görə qınaması ilə Fransa özünü Minsk qrupundan təcrid etdi, birtərəfli olaraq Ermənistanı dəstəkləmişdi. Son sülh müqaviləsində Minsk qrupunun iştirak etməsi üçün Fransanı başqa bir ölkə və ya təşkilat əvəz etməlidir.
- Sizin də vaxtilə həmsədr kimi təmsil olunduğunuz ATƏT-in Minsk qrupu niyə 30 ildə passiv oldu? Bunun səbəblərini nə ilə izah edərdiniz?
- Minsk qrupunun passiv olduğunu düşünmürəm. Əksinə, Minsk qrupu öz rolunu tamamilə yerinə yetirdi. Minsk qrupun vəzifəsi iki suveren dövlət arasında vasitəçi olmaqdır. Bu, hakimin futbol meydançasında komandaların qaydalara uyğun oynaması və düzgün nəticənin almasından əmin olmasına bənzəyir. Minsk qrupu 2009-cu ilin yanvarında əsas prinsiplərlə düzgün nəticəni təmin etdi. Əslində, 2007-ci ilin noyabrında Madriddə imzalanan Madrid sənədinin əsas prinsiplərini müəyyənləşdirmişdi. 2009-cu ilin yanvarında isə Serj Sarkisyan və Prezident İlham Əliyev qeyri-rəsmi olaraq bu prinsiplərlə razılaşdı. Onlar bu prinsiplərin son sülh razılaşmasını təmin edəcək tək məntiqi yolun olduğunu bilirdilər. Bu prinsipləri qəbul etməyən şəxs isə Paşinyan idi. Bu mənada hesab edirəm ki, Minsk qrupu öz işini gördü. Vasitəçi olaraq Minsk qrupunun tərəfləri razılaşmağa tabe olmağa məcbur etmək missiyası yoxdur. Bunun üçün ciddi diplomatik təzyiq və ya hərbi güc gərəkdir və bunların hər ikisi Rusiya və Azərbaycan tərəfindən təmin edildi.
- Azərbaycana hərbi personal göndərilməsi ilə bağlı fərman layihəsi Türkiyə parlamentində qəbul edildi. Türk ordusunun bölgədə iştirakını necə dəyərləndirirsiniz?
- Rus sülhməramlıların yerləşdiyi ərazilərdə Türkiyə hərbi qüvvələrinin Azərbaycanda hər hansı bir barışıq əməliyyatında mövcudluğu sadəcə Azərbaycan üçün deyil, bütün NATO ölkələri üçün müsbət amildir. Son iki əsrdir ki, Türkiyə öz dəstələrinin Cənubi Qafqazda yerləşdirilməsini istəsə də, Rusiya buna həmişə mane olurdu. Bu dəfə isə Rusiya İlham Əliyev və Azərbaycanın təkidi ilə bunu qəbul etməli oldu. İndiki reallığa görə isə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır. Düşünürəm ki, ABŞ və ya Avropada kifayət qədər insan bunu başa düşmür. Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olmağı NATO üçün çox xeyirlidir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək