15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanın siyasi partiyaları Fransaya etiraz bəyanatı ünvanlayıb
Tarix: 25-11-2020 18:13 | Bölmə: Siyasət

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıb.
Reyting.az bəyanatı təqdim edir:
"Məlum olduğu kimi, Fransa Senatı bu gün - noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi.
Biz, Azərbaycan ictimaiyyətinin avanqardı olan, əksər hallarda siyasətə məhz ərazi bütövlüyümüzə qəsdin aradan qaldırılması üçün qatılmış siyasi xadimlər unutmamışıq ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasına səbəb ilk dəfə Mixail Qorbaçovun müşaviri Abel Aqanbeqyanın 1987-ci ildə məhz Parisdə keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Fransadakı erməni diasporuna söz verməsi olub.
Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi bizim unutmayacağımız faktlardır.
Məhz Fransanın himayəsi ilə Yaxın Şərqdəki, xüsusən Livandakı erməni icması xüsusi imtiyazlar əldə etmiş, Livanda dövlət içərisində dövlətə çevrilmişdir. Fransanın himayəsi ilə Livandakı ermənilərdən formalaşdırılmış ASALA Yaxın Şərqdən terrorçular cəlb edərək azərbaycanlılara qarşı amansızlıqları ilə seçilən dəstələr təşkil edib.
Azərbaycan və Fransa arasında ən yüksək səviyyədə dövlət səfərləri təşkil edilmiş, bizim ölkəmiz Fransaya böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq verib.
Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilmişdir. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlər keçirmiş, 2,2 milyard dollarlıq anlaşmalar imzalanıb.
Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fransada çoxsaylı mədəni layihələr icra etmiş, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi bərpa olunmuş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılıb.
Lakin bütün bu addımlara baxmayaraq, Fransa qərəzli ermənipərəst mövqeyindən imtina etmədi, bəzi fransız şirkətləri İkinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam etdi.
2018-ci ildə bir çox Fransa bələdiyyələri qondarma rejimdəki bələdiyyələrlə dostluq xartiyaları imzalamışlar. Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə bu xartiyaları ləğv etdirsə də, bu il Paris meriyası “Dağlıq Qarabağ respublikası”nı tanımaq təşəbbüsü qaldırıb.
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar vermiş, daha sonra saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz ölkəmizə qarşı böhtan atıb.
Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi - yazıçılar, jurnalistlər və s. prezident Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini müdafiə etməyə" çağırıblar.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, rəsmi Paris Ermənistanı birtərəfli müdafiə etməkdə davam edəcək.
Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Son hadisələr onu göstərdi ki, münaqişənin real həllində yalnız ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya və Minsk qrupunun üzvü olan Türkiyə maraqlıdır. Bu cür yanaşmaya, o cümlədən hər üç ölkə rəhbəri arasında dostluq və sıx əməkdaşlıq münasibətləri səbəb olub.
Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Hesab edirik ki, fransız siyasi elitası heç zaman Böyük Fransız İnqilabının ideallarına riayət etməmiş, bir tərəfdən qardaşlıq, azadlıq, bərabərlik, dinin dövlətdən ayrı olması idealları bəyan edilsə də, reallıqda müstəmləkəçilik, islamofobiya, antisemitizm, irqçilik, xristian təəssübkeşliyi bu ölkənin xarici siyasətində həmişə mühüm yer tutmuşdur. Məhz Fransanın yanlış yanaşmalarının nəticəsi olaraq Avropa İttifaqı bu gün bir xristian klubu kimi qəbul olunmaqdadır.
Fransa Əlcəzair, Tunis, Mərakeş, Çad, Qabon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda soyqırımları törətmiş bir ölkədir.
Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Fransa idarəçilərinə məsləhət görürük ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, bu xalqların, o cümlədən 300 ildir işğal etdiyi Elzas və Korsika əhalisinin öz müqəddəratını müəyyən etmək prinsipinə necə yanaşırsa, Dağlıq Qarabağ mövzusuna da eyni münasibət göstərsin.
Belə ikili standartlara əlavə olaraq Fransa siyasi elitasının son zamanlar etnik və iqtisadi lobbilər tərəfindən ələ alınmasına dair Fransa mediası yüzlərlə yazılar dərc etməkdədir. 1980-ci illərdən üzü bəri Fransanın demək olar bütün aparıcı siyasətçiləri barədə bu məzmunda ittihamlar səsləndirilib.
Azərbaycan ictimaiyyətinə Emmanuel Makronun da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən ələ alınması, öz fəaliyyətini erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında məlumatlar bəllidir. Makronun Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışdığı halda, İkinci Qarabağ müharibəsi zamanı ermənilərin hərbi cinayətləri nəticəsində 94 günahsız mülki şəxsin həlak olması barədə susması onun riyakarlığını bir daha göstərir. Emmanuel Makronun ermənilərə münasibətdə göstərdiyi canfəşanlığın arxasında duran əsl səbəbləri tarix göstərəcək.
Biz siyasi partiyalar olaraq bəyan edirik ki, indi daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi qəbul olunacağı təqdirdə, açıq-aşkar işğalçını dəstəkləyən ölkə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır".
Bəyanatı aşağıdakı siyasi partiyalar imzalayıb:
Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
Ana Vətən Partiyası – Fəzail Ağamalı
Böyük Quruluş Partiyası – Fazil Mustafa
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
Vəhdət Partiyası – Tahir Kərimli
Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
Milli Cəbhə Partiyası – Razi Nurullayev
ReAL Partiyası – İlqar Məmmədov
Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
Ədalət Partiyası – İlyas İsmayılov
Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
Böyük Azərbaycan Partiyası – Elşad Musayev
Milli Vəhdət Partiyası – Yunus Oğuz
AĞ Partiya – Tural Abbaslı
Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
Azadlıq Partiyası – Əhməd Orucov
Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov
Yeni Zaman Partiyası – Musa Ağayev
Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
Milli Konqres Partiyası – İxtiyar Şirinov
Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
Birlik Partiyası – Xudadat Xudiyev
Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
Qorqud Partiyası – Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək