15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əsir və girovlarla bağlı ilkin hesabat hazırlanıb
Tarix: 25-12-2020 11:47 | Bölmə: Siyasət

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlayıb.
Reyting.az xəbər verir ki, hesabat iki dövrü -1988-ci idən başlayaraq 27 sentyabr 2020-ci ilədək - yəni birinci 1-ci Qarabağ savaşı, ondan sonrakı dövrü və 27 sentyabr 2020-ci ildən sonrakı Vətən müharibəsi (2-ci Qarabağ savaşı) dövrünü əhatə edir və bir neçə hissədən ibarətdir. Birinci hissədə əsir və girovlarla bağlı anlayışlar, beynəlxalq normativ sənədlər haqqında qısa məlumatlar verilib, onun tələbləri izah edilib.
İkinci hissədə isə Ermənistan-Azərbaycan münaqişəsinin Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı məlumatlar yer alıb. Bu hissədə Birinci Qarabağ müharibəsində əsir, girov və itkin düşmüşlər barədə 01.12.2020-ci il tarixinə olan məlumatlar verilib. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər (kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər), onlardan 3171 nəfər hərbçilər, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslər, itkinlərdən 872 nəfərinin (kişilər 774 nəfər, qadınlar 98 nəfər, həmçinin hərbçilər 605 nəfər, mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)) əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər kimi qeydiyyata alınıb, 1480 nəfər (hərbçilər 378 nəfər, mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)) əsir və girovluqdan azad edilib.
Bu bölmədə qeyd olunan azərbaycanlı əsirlərin taleyi, onlara qarşı pis rəftar hadisələri, işgəncələrə məruz qalma, şəxisiyyətin alçaldılması barədə çoxlu sayda faktlar, dəlillər, bu işgəncələrə məruz qalmış şəxslər barədə məlumatlar, ayrıca bir altbaşlıqlarla taleyi naməlum olan əsirlər və girovlar, əsirlikdə qətlə yetirilənlər, Ermənistanda əsir və girovluqda qul kimi istifadə olunan azərbaycanlılar, 1993-cü ildən bu günə qədər Azərbaycan əsirləri onların taleyi haqda məlumatlar, fotolar dərc edilib.
Növbəti, “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı törətdikləri işgəncələrin (vəhşiliklərin) bəzi nümunələri” hissədə, ermənilərin azərbaycanlı əsir və girovlara qarşı istiafadə etdiyi işgəncələr, işgəncəyə məruz qalmış şəxslər barədə məlumatlar verilib, erməni vəhşiliyini sübut edən faktlar əksini tapıb. Materiallar bir daha təsdiq edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.
Dörüdüncü hissədə isə 27 sentyabr-10 noyabr 2020-ci il Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) azərbaycanlı əsirlərə qarşı işgəncə faktları dərc edilib. Müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün norma və prinsipləri qoruyub. Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə verdikləri işgəncələri açıq-aşkar nümayiş etdirirlər. Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür. Əsir düşmüş Azərbaycan vətəndaşları Ermənistanda həmişə olduğu kimi yenə işgəncələrə, pis rəftar və şəxsiyyətin alçaldılmsı hallarına məzruz qalıblar. Hətta erməni vəhşiliyinin nümunəsi kimi yaralı əsgərlərimizə verilən işgəncələr barədə faktlar, bizim əsirlərin hər birinə qarşı pis rəftar, işgəncə, şəxsiyyətin alçaldılması faktlarının olması foto, video və şahid ifadələri ilə tam sübut olunub. Bu mənada Ermənistan Respublikasının azərbaycanlı əsirlərə qarşı törətdiyi cinayətlərin anti-göstəricisi 100 faizdir. Bununla bağlı Azərbaycan tərəfdə kifayət qədər tutarlı materiallar var. Bundan əlavə, ən iyrənc, insanlığa yaraşmayan fəaliyyət kimi erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərinin cəsədləri üzərində təhqiredici, aşağılayıcı hərəkətlərə yol verilməsidir. Bu barədə də kifayət qədər video, foto və s. materiallar da mövcuddur.
Hesabatda 6 il erməni girovluğunda saxlanılmış Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı isə ayrıca məlumat verilib. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunub. Bu dövr ərzində onların hansı şəraitdə saxlandığı, nə cür işgəncələrə məruz qalmaları və s. haqda kifayət qədər əsaslar var.
Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar susqun qalıblar. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar səssiz yanaşıb. Bu azmış kimi, ayrı–ayrı siyasi, dini konyukturaya xidmət edən transmilli mərkəzlərin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, ədalətsiz, həyasız dezinformasiyalar yayılır, əsası olmayan, heç bir sübuta, dəlilə söykənməyən, əldəqayırma ittihamlarla Azərbaycan Respublikasına, rəşadətlı ordumuza, ölkənin siaysi və hərbi rəhbərlyinə qarşı təbliğat aparılır. Bu böhtan kampaniyasının seqmentlərinin biri də hərbi əsirlərlə, girovlarla rəftarla bağlıdır. Bu məsələyə qeyri-obyektiv, qərəzli yanaşma aşkar sezilir.
Məhz təqdim edilən hesabat da bu sahədə ölkəmizə, ordumuza qarşı aparılan bu çirkin kampaniyaya tutarlı, adekvat cavab vermək, dünya ictimaiyyətinə obyektiv, doğru məlumatlar yaymaq məqəsədinə xidmət edir. Ölkə və dünya ictimaiyyətin diqqətinə təqdim edilən bu hesabat hərbi əsirlərə və girovlara rəftarla bağlı bir neçə ay ərzində aparılmış müşahidələr, toplanmış materiallar, KİV-də dərc olunan yazılar, video yazılar, şahid ifadələri əsasında, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, İsrail və s. ölkələrin mənbələrinə istinadən, müqayisəli şəkildə təhlil aparılaraq hazırlanıb.
Hesabatın sonunda isə müşahidə və araşdırmadan hasil olunan nəticələr qeyd olunub.
Bildirilib ki, bu sənəd ilkin hesabat olaraq əldə olan materialların araşdırmasının tam yekunlaşmış bir hissəsinin nəticəsidir. Hələ məlumatların dəqiqləşməsinə ehtiyac duyulan, araşdırması və təhlili tam yekunlaşmamış kifayət qədər material qalmaqdadır. Bu işlər də yekunlaşdıqdan sonra hesabat tam şəkildə ictimaiyyətə təqdim ediləcək. Bunun özü hesabatın ehtimallara, şaiyələrə deyil, maksimum dərəcədə, təkzibolunmaz sübut və dəlillərə söykənməsinə, obyektiv və ədalətli olmasına dəlalət edir.
Hesabat daha sonra müxtəlif dillərə tərcümə edilərək, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq, beynəlxalq təşkilatlara, xarici dövlətlərin nümayəndələrinə yayılacaq.(Modern.az)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək